Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni generalın məktubu ələ keçirildi - Mətn


Panikada qaçan erməni ordusu-qondarma komandan qondarma baş prokurora məktub yazıb


Erməni ordusunda son dövrlər hərbi xidmətdən yayınma, postu özbaşına qoyub aradan çıxma halları kütləvi hala çevrilib. 

Ermənilər əvvəlcə bu halların üstünü ört-basdır etmək istəsələr də, artıq vəziyyət nəzarətdən çıxmaq üzrədir. Heç də təsadüfi deyil ki, qondarma respublikanın müdafiə ordusunun komandanı Levon Mnatsakanyan qondarma respublikanın qondarma baş prokuroruna məktub yazıb. 

PİA.AZ "Ölkə.Az"-a istinadən məktubun ana dilimizə tərcüməsini oxuculara təqdim edir:

"Dağlıq Qarabağ Respublikasının baş prokuroru Artur Mosiyana

İyul ayının əvvəlində Azərbaycanın Silahlı Qüvvələrinin Fizuli istiqamətində yerləşən Alıxanlı kəndində yerləşən hərbi hissədən həyata keçirdikləri raket atəşlərindən sonra, Dağlıq Qarabağ Respublikasının Müdafiə ordusunun bir qrup hərbi qulluqçusu panikaya düşərək öz döyüş postlarını tərk edərək qaçıblar.

Təəssüflə qeyd etmək lazımdır ki, qarşı tərəfin əməliyyatlarından sonra yaranan panika əhval-ruhiyyəsindən sonra, eyni hərbi hissənin müddətli  xidmət edən bir qrup hərbçisi Qarabağ Respublikasının (!) ərazisini özbaşına tərk etməyə cəhd ediblər. Lakin onlara Kəlbəcər polis postundan keçmək nəsib olmayıb. 

Xoşbəxtlikdən eyni gün postları özbaşına tərk edən əsgərlər Qarabağ-Ermənistan yolunda bir qrup zabit tərəfindən saxlanılaraq həbs ediliblər. Həbs edilənlər daha sonra komandirlərin nəzarəti altına alınıblar. Sorğu-sual zamanı postdan qaçan əsgərlər suallara cavab verməkdən imtina ediblər.

Lakin sadəcə bu hərbçilərin gözlərinə baxmaqla aydın olurdu ki, bir illik xidmətdə olan əsgərlərin panikaya düşmək səbəbi  düşmənin artilleriya atəşindən irəli gələn qorxudur. 

Cənab Mosiyan, həmin addımı atan əsgərlər öz silahdaşlarını təhlükə altına qoyaraq hərbi davranış qaydalarını, nizam və intizamı pozublar.

Eyni zamanda xahiş edirik ki, həmin əsgərlərin əmələrini və məsuliyyətsizliyini nəzərə alaraq  qanuna müvaffiq layiqli cəza tətbiq edilsin".

Məktubdan da göründüyü kimi, qondarma rejim artıq öz silahlı qüvvələrinə nəzarəti itirib, işğalçı dövlət əsgər və zabit heyətinə nəzarət etməkdə çətinlik çəkir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar