Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni futbolçu Azərbaycanda oynaya bilər


Lüksemburqun “Proqres” klubunun tərkibində Azərbaycana erməni futbolçu gələ bilər


Söhbət Gürcüstanın paytaxtı Tbilisidə doğulmuş Aleksandr Karapetyandan gedir.

O, Avropa Liqasında “Qəbələ”yə qarşı oynaya bilər.

“Proqres”in 87 nömrəli futbolçusu nə Ermənistan, nə də Gürcüstan klublarında çıxış edib. Karapetyan daha çox Almaniyanın aşağı dəstə klublarında və Lüksemburqda karyera qurub.

Onun 2014-cü ildə Ermənistan millisinin formasında iki oyuna çıxdığını da qeyd etməliyik. Deməli, bu futbolçunun Ermənistan vətəndaşlığı da var.

Aleksandr Karapetyan ötən mövsüm “Proqres”in heyətində 23 oyun keçirib və 29 qola imza atıb. Komandasının əsas qol ümidi olduğunu nəzərə alsaq, Karapetyanın Bakıya gələcəyi real görünür.

Qeyd edək ki, bu artıq “Qəbələ” ilə bağlı yaranmış ikinci belə bir hadisədir. 2015-ci ildə Avropa Liqasının qrup mərhələsində hazırda İngiltərənin “Arsenal” klubunda top qovan Ermənistan millisinin futbolçusu Henrix Mxitaryan Bakıya gələ bilərdi. Lakin Dortmund “Borusiya”sı onu siyasi səbəblərə görə gətirməmiş və futbolçunun zədəsi olduğunu bildirmişdi.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar