Ermənistan nümayəndə heyətinin “Avronest” Parlament Assambleyasının Bakıda keçiriləcək iclasında iştirak edəcəyi dəqiqləşib
Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Fuad Muradov AzVision.az-a bildirib ki, erməni deputatlar sentyabrın 22-də keçiriləcək iclasda iştirak etmək üçün Bakıya gələcəklər.
Qeyd edək ki, Ermənistanı “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyan təmsil edəcək.
pia.az