Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni deputatlar Milli Məclisdə

Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” mövzusunda konfrans başlayıb


APA-nın məlumatına görə, konfrans Milli Məclis, “Avronest” Parlament Assambleyasının (PA) Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumu və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı ofisinin birgə təşkilatçılığı ilə keçirilir.

Konfransda çıxış edən MM-in “Avronest” PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov bildirib ki, tədbirdə qadınların sağlamlığının yaxşılaşdırılması və gender bərabərliyi üzrə qeydə alınan inkişaf göstəriciləri, qarşıya çıxan problemlər ətrafında çıxışlar və müzakirələr nəzərdə tutulur.

F. Muradov bildirib ki, Ermənistan 25 ildir, Azərbaycanın torpaqlarını işğal altında saxlayır: “Bu bizim inkişafımıza mane olan səbəblərdəndir. 1 milyon insan qaçqın və məcburi köçkündür. Onlardan 50 faizini qadın, 5 faizini isə uşaqlar təşkil edir. Bizim məqsədimiz dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində hər bir təşkilatın öz vəzifəsini yerinə yetirməsidir”.

Konfrans çıxışlarla davam edir.

Qeyd edək ki, tədbirdə Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan da iştirak edirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar