Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erik Xaçaturyan Bakıda


Dünən Bakıda “Ermənistanla Azərbaycan arasında sülh naminə platforma”nın ofisində doğma şəhərini 30 il əvvəl tərk etmiş bakılı Erik Xaçaturyanla görüş keçirilib


Erikin uşaqlığını keçirdiyi şəhərlə uzun illərdən sonrakı ilk görüşü təsirli keçib. Bakıda təyyarə ilə yerə enən kimi o, tanış küçələri gəzib və addımbaşı bu ifadələri işlədib: 

“Burada qohumlarım yaşayırdı”, “Bu məktəbdə oxumuşam”, “Bu dostumun evidir”...

“Nəhayət ki, arzuma çatdım. Mən evimdəyəm”, - deyən Erik göz yaşlarını gizlədə bilməyib.

“Sülh platforması” Erik Xaçaturyana doğma şəhərini görmək imkanı verib. Bu, elə də asan başa gəlməyib. Müharibə vəziyyətində olan hər iki ölkə - AzərbaycanErmənistan qarşı tərəfin vətəndaşlarının səfərlərinə ehtiyatla yanaşır.

Lakin dünən Platformanın ofisində keçirilmiş görüşdəki qədər səmimi və mehriban mühiti təsəvvür etmək çətindir. Sanki hamı uzun illərdən sonra görüşmüş doğma insanlar kimi idi.

Görüşdə çıxış edən Erik Xaçaturyan bildirib ki, burada keçirdiyi hisslər barədə uşaqlarına danışmaq istəyir, onlara da bu şəhəri göstərmək arzusundadır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar