Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclunun futbol düşüncələri



Ərəstun Oruclu: “Çempionatda ən ciddi problemlərdən biri ikinci, üçüncü yerlər uğrunda mübarizə aparanlardır”


Yağış dolu şəklində yağmasa da gölməçələrin, nohurların əmələ gələcəyi kimsədə şübhə yeri qoymur. Çünki Bakı çox kövrəkdi. Ana təbiət bir azca “ağlayan” kimi şəhər sel sularının içində batır. Üzü yuxarı istiqamətə sürətlə irəliləyirik. 

Çünki vədələşdiyimiz vaxtın tamamında hadisə yerində idi. Zamanı az olduğu üçün hər an bizə “texniki məğlubiyyət” verib oyunu dayandıra bilərdi.

Nəhayət, onun gözlədiyi meydançaya çatırıq. “Yollar tıxacdı” , deyib üzrxahlıq edirik. Bəzən böyük problemlər kiçik məsələləri həll etməyə yardımçı olur. 

Yaxınlıqdakı kafelərin birində oturan kimi dərhal söhbətə başlayırıq. “FutQOLaktika”nın qonağı Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Orucludur.



- Ərəstun bəy çox yorğun görünürsüz. Sanki komandanın bütün yükünü çiyinlərinizdə daşıyırsız...

- Komanda yoxdur. Bu da bir az məyusluq yaradır. Meydanda pərakəndəlikdi. Hərə öz oyunundadı. Biri futbol qaydalarıyla, o biri basketbolla, başqa birisi isə qaydasız döyüşlə məşğuldu. İstər-istəməz insanda psixoloji, mənəvi yorğunluq əmələ gəlir. 

- Zəif futbolçusuz deyə komanda yoxdur? Transfer etmək istəyəndə tapılmır?

- Yox, sadəcə olaraq kollektiv oyun alınmır. İnsanlarımız fərdi məşqlərə üstünlük verir. Hansısa birinə qoşulanda da görürsən ki, oyun yanlış gedir, fikrin nəzərə alınmır. “Futbol deyil, basketbol oynayırsan” deyəndə də o dəqiqə səni stadiondan kənara çıxartmaq istəyirlər, ya da üstünə “boksçudu” damğasını vururlar. 

- Qarşıdakı çempionata hazırlaşırsız?

- Əslində çempionat yoxdur. Bu və ya başqa səbəblərdən qalib komanda oyun qurub öz qaydalarını tətbiq edir. Üstəlik onlar rəqib oyunçuların bir hissəsiylə anlaşıblar. Hakimlər heyəti də ələ alınıb, əvvəlki çempionatların “qalib”inin əlinə oynayırlar. 



- Bu şərtlər altında nə vaxta qədər oynamaq fikriniz var? Yoxsa karyeranızı bitirəcəksiz?

- Oynayacağıq. Yeni komanda formalaşdırmağı planlaşdırırıq. Fərdi qaydada oynayıb meydandan kənarda qalan iddialı futbolçularla birlikdə meydana atılmağı düşünürük. Bu sahədə işlər gedir. 

- Yeni yaranan komandalar adətən təcrübəsiz olur...

- Komanda əslində şərti olaraq illərdi qalib olanın qarşısına çıxmalıdır. İkinci, üçüncü yerləri bölüşənlərlə rəqabət aparmaq lazım deyil. 
Bəlkə də təcrübə çatışmaya bilər. Ancaq pis təcrübəsi olandan bu daha yaxşıdır. 

- Ümidinizi futbolçuların fərdi ustalıqlarına bağlamısız?

- Fərdi ustaqlıqları birləşdirib komanda oyuna çevirmək istəyirik. İstənilən halda bunun kökündə futbolçuların istedadı, oyun qabiliyyəti dayanır. Ümid edirəm ki, məhz bu birləşdirici amil ola bilər.



- 2013-cü ildə siz meydana çıxa bilmədiniz. Bu il də eyni hal təkrarlanacaq?

- 2010-cu ildə də meydana çıxmağa qoymadılar. 2013-cü ildə isə oyuna tam hazır deyildim. Ancaq buraxmaq fikirlərinin olmadığı da görünürdü. Söhbət təkcə qalib komandadan getmir, həm də ikinci, üçüncü yerləri bölüşənlərin də bizə münasibəti pis idi. Çempionatda ən çox problemlərdən biri məhz gümüş, bürünc medalların uğrunda mübarizə aparanlardı. Yeni komandalar mükafatlara iddialı kimi görür, daha çox onlar savaş açırlar.

- Onları da başa düşmək olar. Qalib gələ bilmirsənsə, ən azı yuxarı pillələrdə qərar tutmalısan ki, növbəti çempionatda nəyəsə nail olasan...

- İstək kimi baxıram, kimisə qınamıram. Ancaq daim ikinci, üçüncü yerdə qalmaqla da iş düzəlmir. Məqsəd budursa açıq demək lazımdır. “Mənim hədəfim çempion olmaqdı” söyləməklə iş bitmir. 25 il mükafatsız qalmaq olar? Əslində ikinci, üçüncü yerlər də şərtidi. Çünki çempionla gümüş medalın sahibi arasında həddindən artıq böyük xal fərqi var. Bu məsafəni, boşluğu kimsə doldura bilər, bax, bundan qorxurlar. Yeni qüvvə bürünc mükafata çatanda başından vururlar, ikincini keçməyə cəhd edəndə ayağından dartırlar. Sanki süni şəkildə xal fərqini yüksəkdə saxlamağa çalışırlar. 



- Çempionla ikinci yerin sahibi arasındakı xal fərqini bu qədər böyük saxlamaqda kim maraqlıdı?

- Hər üç tərəf. Çempion da, gümüş və bürünc medalın sahibi də bunda maraqlıdı. 

- Kiminlə üz-üzə gəlmək sizi qorxudur?

- Bizim çempionatda ən qorxulu rəqib zərbəni arxadan vurandı. Düzdür, topa elə toxunmaq olar ki, kobud oyun qeydə alınmaz. Ancaq qaydaları bilərəkdən pozanlar var və onlar səni meydanda görmək istəmirlər.

- Qaydasız zərbələrə görə hakim qırmızı vərəqə göstərmir?

- Hakim futbolçunun zədələnməsində, onun meydandan çıxmasında maraqlıdır. Çünki çempionun tərəfindədir. 



- Küncdən vurduğunuz zərbələr hədəfə çatmır. Sanki top çox ağırdı, gücünüz çatmır...

- Küncdən vurulan zərbə yardımçıdı. Onu tamamlayan futbolçu olmalıdı, o da yoxdu. Çünki oyun pərakəndədir. İllərdi ikinci, üçüncü yerlərdə məskən salan komandanın hücumçularına top atanda ya qapının üstündən, ya da sağından, solundan vururlar. Sonra haqlı olduqlarını sübut etməyə çalışırlar. “Dəqiq ötürmə etmədiniz ki, biz qol vuraq” deyib adamı günahkar çıxardırlar.

- İlham Əliyevlə nə vaxtsa bir komandada oynayarsız? Ona ötürmə edərsiz?

- Hələ ki, bunu görmürəm. Mən oyundan, futbolçudan, rəqiblə müttəfiqdən daha çox qaydaları üstün tuturam. İndi meydanda bu yoxdur. Hər şey futbol qaydaları çərçivəsində olarsa rəqibə belə ötürmə etmək mümkündü. Təminatlı çempionatların keçiriləcəyinə ümidlər azdı. Hələlik stadionda qaydasız, kobud, satılmış oyunlar dominantlıq edir.

- Həyat bir dəfə verilir. Bunu necə oynamaq lazımdı?

- Qalib gəlməyə çalışmalısan. Bütün çempionatlara baxmayaraq bir az da bu həyatı yaşamaq lazımdı. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar