Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəb ölkələri Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün bəzi təkliflər veriblər

Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının Ticarət Palataları Federasiyasının baş katibi Abdulrahim Hasan Naqi Azərbaycanla adıçəkilən regionun ölkələri arasında biznes əməkdaşlığının genişləndirilməsi üçün bir sıra təkliflər irəli sürüb


"APA-Economics"in xəbərinə görə, Bakıda keçirilən Azərbaycan-Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələri biznes forumunda çıxışı zamanı baş katib bildirib ki, İslam İnkişaf Bankı Azərbaycanla Şuraya üzv ölkələrin həyata keçirdiyi layihələri maliyyələşdirə bilər.
 
Bundan başqa, təşkilat rəsmisi gömrük rüsumlarının azaldılmasını və ya ümumiyyətlə ləğv olunmasını təklif edib.
 
Baş katibin başqa bir təklifi vizalarla bağlıdır: "Təklif edirik ki, viza alınan zaman tələb olunan 20 dollar ləğv olunsun və aviabiletlərin qiymətinə əlavə edilsin".
 
O təklif edib ki, 2018-ci ildə Azərbaycanda Şuraya üzv ölkələrdə istehsal olunan məhsullarının sərgisi təşkil edilsin. "Ölkələrimizin istehsal etdiyi məhsulların burada tanınması lazımdır".
 
Baş katib iqtisadiyyat naziri Şahin Mustafayevin birgə investisiya fondunun yaradılması ilə bağlı təklifinə də müsbət reaksiya verib: "Azərbaycanla Şura ölkələri arasında investisiya fondunun yaradılması məqsədəuyğun olar".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar