Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanla Putin arasında “kürd qambiti”

Zülfiqar Doğan

“Al-Monitor” (ABŞ)


2015-ci ilin noyabrında başlayan təyyarə böhranından bu yana Rusiya ilə münasibətləri normallaşdırmaq üçün səy göstərən Türkiyə Suriya kürdləri məsələsində çıxılmaz vəziyyətdədir. Prezident Rəcəb Tayyib Ərdoğan ilə Rusiyanın dövlət başçısı Vladimir Putin arasındakı yaxın dialoqa baxmayaraq, PYD-YPG ilə əlaqədar fikir ayrılıqları dərinləşir.

Rusiya Xarici İşlər Nazirliyi 31 oktyabr bəyanatına əsasən, noyabrın 18-də Rusiyanın Soçi şəhərində təşkil ediləcək Suriya Xalqlarının Konfransı-Milli Dialoq Konqresinə, prezident Bəşər Əsədin rəhbəri olduğu BƏƏS Partiyası də olmaqla, 33 təşkilat dəvət edib.

Xarici işlər naziri Sergey Lavrov noyabrın 3-də Moskvadakı açıqlamasında BMT Təhlükəsizlik Şurasının (TŞ) 2254 saylı qərarının həyata keçirilməsinə aid əhəmiyyətli bir addımın adlandırdığı həmin toplantı üçün bütün qruplara dəvətnamə göndərildiyini qeyd edib.

TŞ-nın 2015-ci ilin dekabr ayında qəbul etdiyi 2254 saylı qərar, "terrorist" olaraq təyin olunan İŞİD və “əl-Nusra”ya bənzər təşkilatlar istisna olmaqla, atəşkəs və müzakirə ilə həll prosesinin başladılmasını və tədbirdə Suriya hökuməti və bütün müxalif nümayəndələrin iştirakını nəzərdə tutur. Qərarda keçid dövrünün Suriya hökuməti öndərliyində olması və 18 ay içində BMT-nin nəzarəti ilə azad və ədalətli seçkilərin keçirilməsini ön görür.

Rusiya yığıncaqda İŞİD-ə qarşı mübarizənin ən əhəmiyyətli ünsürü saydığı kürdlərin də iştirak etməsinin vacibliyi fikrindədir. Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev oktyabrın 30-da Astana-7 konfransında deyib: "Suriyada Şam rəhbərliyi ilə birgə İŞİD və bənzər terror təşkilatlarının öhdəsindən gəlinməsində kürdlər də böyük səy göstərdi və göstərirlər. Suriya xalqının əhəmiyyətli hissəsini təmsil edən kürdlər Suriya böhranının siyasi həlli prosesində də iştirak etməlidirlər”.

Bu çərçivədə konfransa Suriya kürdlərini təmsil Suriya Kürdüstan Demokrat Partiyası və Suriya Kürd Milli Şurası ilə bərabər, Demokratik Birlik Partiyasının (PYD) də dəvət edildiyi eşitdirilib. PYD-nin Moskva nümayəndəsi Əbdüssalam Əli konqresdə Suriyadakı kürdlərin federallaşma planlarını və Suriyanın şimalında 2016 payızında təktərəfli qaydada yaradılan demokratik federasiyanın gələcəyini müzakirə edəcəklərini bildirib.

Astana görüşlərinə qatılan Suriya hökumət nümayəndə heyətinin başçısı Bəşər Cəfəri bu cür konqresin vacibliyini, dost ölkə olaraq Rusiyaya etibar etdiklərini ifadə edib. Cəfərinin sözlərinə görə, Suriya hökumət konqresə qatılacaq.

Bütün bu proseslər PYD və onun silahlı qanadı YPG-ni PKK-nın qolu hesab edən Türkiyə üçün Rusiya ilə qarşı-qarşıya gəlmə ehtimalını gündəmə gətirib. PYD-nin dəvət edilməsi türk tərəfində qarışıqlıq və əsəbi təpki yaradıb.

2015-ci ildəki böhrandan sonra Türkiyəyə sanksiya tətbiq Rusiyanın Suriya kürdləri ilə əlaqələri əsaslandırırdı. PYD-nin Moskva nümayəndəliyi 10 fevral 2016-cı ildə açılıb. Ərdoğan böhran sonrası əlaqələrin normallaşdırılması prosesində Rusiya-PYD əlaqələrini gündəmə gətirməsində Putindən gözlədiyi qarşılığı ala bilməyib. “Fərat qalxanı” əməliyyatından sonra Ərdoğanın PYD-nin idarəçilyindəki Məmbicdən Afrinə irəliləmə planlarına Rusiya izn verməyib.

Ötən aylarda Afrində Məmbicə müdaxilə yenidən danışılmağa başladıqda, Türkiyə-Suriya sərhədindəki Afrində Rusiya bayrağı dalğalandırdı. Rus əsgərləri YPG-yə və medyaya YPG əsgərləri ilə birlikdə fotoşəkillər təqdim etdilər.

PYD-nin Suriya konfransına dəvət edilməsini "məcburi addım" kimi səciyyələndirən prezident Ərdoğanın spikeri İbrahim Kalın Türkiyə baxımından bunun qəbul edilməyəcəyini, məsələni rus həmsöhbətləri ilə müzakirə edəcəklərini söyləyib. Kalın deyib: "Əlbəttə, bunu qəbul etmək mümkün deyil. PYD və YPG PKK terror təşkilatının bir qoludur və onun nə Astana, nə Cenevrə nə də bir başqa yığıncağa dəvət edilməsi əsla qəbul edilə bilməz."

Kalının sözlərinə cavab olaraq Rusiya PYD-yə dəvətin arxasında dayanıb. Konfransa dəvət edilənlərin "Türkiyənin deyil, Suriyanın vətəndaşlarıdır" deyən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Suriyada siyasi razılaşmaya kürdlərin də daxil edilməsi tərəfdarı olduqlarını açıqlayıb.

Ancaq prezidentin sözçüsü Kalın noyabrın 5-də “NTV”də Türkiyənin təpkisi və mövzunu yenidən qiymətləndirdiyini bildirib. Kalın Türkiyənin ABŞ-a, Rusiyaya və İrana "PYD-nin terror təşkilatı olduğunu" davamlı vurğulandığını ifadə edərək belə deyib: "Yəni, əgər qərar dəyişikliyinə getməzlərsə, noyabrın 18-də bu görüş təxirə salınacaq. Biz iştirak etmərik. Suriyalı qruplar qatılacaq, amma çox ehtimal ki, biz ora müşahidəçilər göndərə bilərik. Ancaq Rusiyanın bizə söylədiyi şey “PYD-yə dəvət olmayacaq”dır``.

ODTÜ (Orta Doğu Texnik Universiteti) beynəlxalq əlaqələr bölümünün müəllimi professor Hüseyn Bağcının fikrincə, Rusiyanın davranışı sürpriz deyil. O, İŞİD-ə qarşı mübarizədə Rusiyanın PYD-nin dəstəklədiyini belə izah edir: "Rusiya Türkiyə ilə olan əlaqələrində iqtisadi və siyasi mənada güclü tərəf mövqeyindədir. O, bu vəziyyətdən yaxşı şahmatçı kimi istifadə etməyə başlayıb".

Türkiyənin hazırkı vəziyyətinin "məngənəyə alınmış" kimi göründüyünü ifadə edən Bağcı buna əvvəllər tətbiq olunan yanlış siyasətin təsirinin olduğunu da vurğulayır.

CHP-nin İstanbul millət vəkili Ərdoğan Torpaq isə AKP hökumətinin xarici siyasət və iqtisadiyyatda artıq "ödənc siyasətinə" məcbur qalması fikrindədir. Təyyarə böhranından bu yana əlaqələrdə Rusiyaya iqtisadi və siyasi güzəştlər edilməsinə diqqət çəkən Torpaq, 22 milyard dollarlıq nüvə stansiyası, 16 milyard dollarlıq “Türk Axımı”na əlavə 2 milyard dollarlıq “S-400” alışı ilə hökumətin Putinin könlünü alınmaq istədiyini deyir.

Soçi konfransı təxirə salınmış olsa belə, bu, Türkiyənin təpkisini yüngülləşdirmək üçün ediləcək. Putin PYD və “Kürdüstan”ı Ərdoğana qarşı oynaya bilər. Ərdoğan və "dostum" dediyi Putin arasındakı “kürd qambiti”ndə Putin hələlik bir addım geri atarsa, tezliklə bunun nə ilə nəticələnəcəyi bilinəcək.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar