Xəbər xətti

23 YANVAR

0:47 Gürcüstan Qış Olimpiadasını keçirmək istəyir

0:34 Kliniki ölümün sirri açılır: Yeni təcrübə…

0:21 Eyzenşteynin evliliyinin sirri: O, nəyi gizlədirdi?

0:11 Coli Breddən ayrılma səbəbini açıqladı - ilk dəfə

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 YANVAR

23:59 Kolumbiyada iki ağır yol qəzası baş verib: 18 ölü, 14 yaralı

23:54 Yaxın keçmişini bilməyən gənclər - kimi qınayaq...

23:48 Sumqayıt sakini özünü 16-cı mərtəbədən atmaq istədi

23:43 “Ola bilər ki, heç gəlməyim, deyib sağollaşdı” – “Aprel şəhidi”nin xanımı

23:37 İlham Əliyev “Chevron” şirkətinin vitse-prezidenti ilə görüşüb

23:30 Azərbaycanda hostel biznesinə maraq artıb

23:24 Bəkir Bozdağ: “Bu kimi xəbərlər qara təbliğatdır”

23:16 Azərbaycan Avropa Şurasını qınadı - Ermənistana görə

23:09 ABŞ Türkiyənin Suriyada təhlükəsizlik zonası yaradacağına ümid edir

23:01 Trampın Davosa səfəri sual altındadır

22:54 Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

22:46 Damla tənqid olunan fotosu haqqında: “Reklam hanı?”

22:39 Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırdı

22:31 Bakıda toy yasa döndü

22:23 “Hər 2 gündə dünyada bir yeni milyarder yaranır” - “Oxfam”

22:15 Gürcüstanda azərbaycanlı məktəbli nadir xəstəlikdən ölüb

22:07 ABŞ-ın “terror torbası”: Türkiyə “Zeytun budağı” ilə onu yırtmağa çalışır

21:59 Prezident Vahid Ələkbərovla görüşüb - Foto

21:53 Yaponiya güclü qar fırtınasına təslim oldu - 250 reys təxirə salındı

21:47 Bakının bu hissəsində dayanacaqların yerlərinin dəyişdirilməsi təklif olunur

21:40 Koreyada hərbçilərin sayı və xidmət müddəti azaldılacaq

21:33 Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyəti dayandırılıb

21:26 Türkiyə ordusu Afrində strateji yüksəkliyi ələ keçirib

21:19 İlham Əliyev Davosda mühüm görüşlər keçirdi - Yenilənib

21:12 Yaqland Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirib

21:10 Əsgəran-Ağdam istiqamətindəki hərbi hissədə işgəncələr və...

21:02 Futbol üzrə dünya çempionatının kuboku Azərbaycana gətiriləcək

20:55 İlhamə Quliyevanın şərəfinə şərab hazırlanıb - Foto

20:48 “Neftçi” böyük hesabla məğlub oldu

20:40 Beşiyində külə dönən körpə: Biləcəridə baş verən yanğın hamını ağlatdı

20:32 Vəkilliyə namizədlər üçün imtahana “buraxılış vərəqələri”nin çapına başlanıldı

20:24 Rusiyada uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan oluna bilər

20:16 İngiltərə XİN başçısı: “Türkiyə haqlıdır”

20:09 Çayxanada dəhşət: tanışını qaynar su ilə yandırdı

20:00 Putinin seçkidə səlahiyyətli nümayəndələri arasında azərbaycanlı da var

19:53 Ermənistanın Müdafiə Nazirliyi çöküb

19:46 2017-ci ildə 2878 şəxs həbs olunub

19:39 “Türkiyənin terrorla mübarizə hüququnu tanıyırıq” - ABŞ dövlət katibi

19:31 AŞ baş katibi Azərbaycanda haqqında müsbət rəy verdi

19:23 Azərbaycandan çıxışına blok qoyulan şəxslərin sayı açıqlandı

19:15 Çavuşoğlu Tillersonla görüşəcək - Afrinlə bağlı kritik görüşmə

19:07 Əməliyyat Qərargahı alpinistlərin axtarışı ilə bağlı yeni məlumat yaydı

18:59 Yığmamızın baş məşqçisi vəzifəsindən kənarlaşdırıldı

18:52 Elzanın bacısı: “Vaxt gələcək onu dahi şair kimi qəbul edəcəklər”

18:46 Vergilər Nazirliyi Mübariz Mənsimovun işini araşdırır

18:44 “Rusiya kürdlərə Afrini Əsədin nəzarətinə verməyi təklif edib” - PYD nümayəndəsi

18:36 Gəncədə 80 yaşlı kişi intihar edib

18:29 Ötən il 30 min adam saxlanılıb - 3 mini dilənçidir

18:20 Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

18:12 Kərə yağının gömrük rüsumu azaldıldı… - Qiymətlər yenə düşmədi

18:05 Azərbaycana qanunsuz miqrasiya təşkil edən 15 nəfər saxlanılıb

17:38 Türkiyə və ASO vuruldu: 3 ölü, 15 yaralı

17:22 Bakıda itkin düşən qız tapılıb

17:10 Ərdoğan: “Afrindəki kürdlər bizə təşəkkür edəcəklər”

16:51 Tanınmış alim vəfat etdi

16:42 Rusiya Myanmaya 6 Su-30 qırıcısı verəcək

16:22 Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçilib

16:11 Qaxda canavarlar fermaya hücum edib, 37 qoyunu parçalayıb

15:57 Ərdoğan: “Afrindən geri çəkilməyəcəyik”

15:51 Bakıda İran vətəndaşının meyiti tapılıb

15:45 Ötən il 38,7 milyon ton neft hasil olunub – SOCAR

15:09 Azərbaycanın lüğət davası: Dilçilik İnstitutu quyuya bir daş atıb...

15:01 AŞPA-nın yeni prezidenti seçildi

14:47 Roma Papasına 350 kiloqramlıq heykəl bağışladılar

14:37 Nardaranda 15 hektarlıq torpağa kim göz dikib?

14:26 “ZEYTUN BUDAĞI” əməliyyatının daha bir sirri :Rusiya-Türkiyə qaz sazişi

14:18 Komadan ayılan deputat 9 saat əməliyyatda qalıb

14:05 Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı

13:52 Əlbir olub bir dələduz bir notarius ilə... - Abşeronda tikinti şirkətinin başına bu müsibəti gətirdilər

13:28 AŞPA prezidenti vəzifəsinə seçki keçirilməyəcək

13:22 Saratovda ov iti sahibini güllələyərək öldürüb

13:06 Zərdüşt Əlizadədən Fəzail Ağamalıya ironik cavab

13:04 BMT Təhlükəsizlik Şurasındakı Afrin müzakirələrində Rusiya Türkiyəni müdafiə edəcək?

13:00 “19 dəfə terrorra cəhd”: Bəhreynli nazir İranı ittiham etdi

12:50 İki nazir müavini ixtisara düşüb

12:38 “ABŞ-ın Suriyadakı birtərəfli fəaliyyəti Türkiyənin səbrini daşdırdı”

12:11 Bu şəxslərə dərman satmaq qadağan edilir

12:08 Uilyams: “FED bu il uçot dərəcəsini 4 dəfə artıra bilər”

11:48 Mətin Eynullayev vergilər nazirinin müavini təyin edilib

11:33 “Bakcell” şirkəti “AppLab” proqramı üçün layihələrin seçiminə başlayıb

11:21 Deputat Ağalar Vəliyevin biznes imperiyası

11:20 Şəhriyar Məmmədyarov dünya ikincisi oldu

11:11 DTX son illərin ən iri mütəşəkkil qaçaqmalçılığını ifşa etdi - 80 milyon dollar, 5 milyard Rusiya rublu

11:07 Körpələr evinə kimi gedib çıxan mənşəyi naməlum ətlər

10:59 Gəncədə gecə klubunda kütləvi dava olub, 3 nəfər bıçaqlanıb

10:44 BMT-nin Təhlükəsizlik Şurası Türkiyəyə görə toplanır

10:33 Dərslər nə vaxt başlayır? - RƏSMİ

10:32 Homoseksuallıq xəstəlik deyil, əxlaqsızlıqdır

10:26 Cim Mattis: “Türkiyə ABŞ-ı Suriyada hücumlardan əvvəl xəbərdar edib”

10:15 Aydın Əliyev Biləsuvarda vətəndaşları qəbul edəcək

10:03 Ələt Azad İqtisadi Zonasının maliyyə mənbələri müəyyənləşib

9:59 Sarkisyan Parisdə danışıqlara başlayır

9:54 Manatın məzənnəsi

9:50 ABŞ-dan Azərbaycanın ərazi bütövlüyünə xəyanət- sensasion faktlar

9:46 Ərdoğan “Zeytun budağ”ndan danışdı

9:42 Neft bahalaşdı

9:39 Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb

9:35 Qarabağda ədalətli sülhün tək qarantı - hərbi güc diplomatiyası

9:29 Bu gün Davos İqtisadi forumu başlayır

9:25 Fəzail Ağamalı: “Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürdü”

9:21 Ticarət mərkəzinin önündə bomba partladı

9:17 Ümid sədri: “İstədiyim budur, versinlər, siyasətdən gedək”

9:14 Ölkədə “çürük bank”ların sayı artır

9:10 Qarabağ üçün təhlükəli ssenari - ABŞ Rusiya yolu gedir

9:07 Fazil Məmmədovun Eldar Mahmudov “taktikası”

9:03 Bu gün AŞPA-nın qış sessiyası başlayır

9:00 Bu gün bürcünüz nələr vəd edir?

21 YANVAR

21:35 Tillerson türkiyəli və rusiyalı həmkarı ilə Afrin əməliyyatını müzakirə edib

20:34 Saatlıda polis əməkdaşı bıçaqlanıb

20:23 Nazir: “Araz Ağalarova kömək edərdim, amma qanun buna imkan vermir...”

20:00 Saatlıda ağır qəza olub, ölən və yaralananlar var

19:29 Plastik qabların ziyanı

19:09 Çexiya baş nazirinin deputat toxunulmazlığı ləğv edilib

19:00 Suriyanın Afrin bölgəsindən Türkiyəyə 3 raket atılıb, 1 nəfər ölüb, 32 nəfər yaralanıb

18:39 Türkiyədə qar uçqunu iki hərbçinin ölümünə səbəb olub



ANALİZ

...

Ərdoğanla Putin arasında “kürd qambiti”

Tarix 08.11.17, 17:05

Font ölçüsü : - / +
bitmap-img6

Zülfiqar Doğan

“Al-Monitor” (ABŞ)


2015-ci ilin noyabrında başlayan təyyarə böhranından bu yana Rusiya ilə münasibətləri normallaşdırmaq üçün səy göstərən Türkiyə Suriya kürdləri məsələsində çıxılmaz vəziyyətdədir. Prezident Rəcəb Tayyib Ərdoğan ilə Rusiyanın dövlət başçısı Vladimir Putin arasındakı yaxın dialoqa baxmayaraq, PYD-YPG ilə əlaqədar fikir ayrılıqları dərinləşir.

Rusiya Xarici İşlər Nazirliyi 31 oktyabr bəyanatına əsasən, noyabrın 18-də Rusiyanın Soçi şəhərində təşkil ediləcək Suriya Xalqlarının Konfransı-Milli Dialoq Konqresinə, prezident Bəşər Əsədin rəhbəri olduğu BƏƏS Partiyası də olmaqla, 33 təşkilat dəvət edib.

Xarici işlər naziri Sergey Lavrov noyabrın 3-də Moskvadakı açıqlamasında BMT Təhlükəsizlik Şurasının (TŞ) 2254 saylı qərarının həyata keçirilməsinə aid əhəmiyyətli bir addımın adlandırdığı həmin toplantı üçün bütün qruplara dəvətnamə göndərildiyini qeyd edib.

TŞ-nın 2015-ci ilin dekabr ayında qəbul etdiyi 2254 saylı qərar, "terrorist" olaraq təyin olunan İŞİD və “əl-Nusra”ya bənzər təşkilatlar istisna olmaqla, atəşkəs və müzakirə ilə həll prosesinin başladılmasını və tədbirdə Suriya hökuməti və bütün müxalif nümayəndələrin iştirakını nəzərdə tutur. Qərarda keçid dövrünün Suriya hökuməti öndərliyində olması və 18 ay içində BMT-nin nəzarəti ilə azad və ədalətli seçkilərin keçirilməsini ön görür.

Rusiya yığıncaqda İŞİD-ə qarşı mübarizənin ən əhəmiyyətli ünsürü saydığı kürdlərin də iştirak etməsinin vacibliyi fikrindədir. Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev oktyabrın 30-da Astana-7 konfransında deyib: "Suriyada Şam rəhbərliyi ilə birgə İŞİD və bənzər terror təşkilatlarının öhdəsindən gəlinməsində kürdlər də böyük səy göstərdi və göstərirlər. Suriya xalqının əhəmiyyətli hissəsini təmsil edən kürdlər Suriya böhranının siyasi həlli prosesində də iştirak etməlidirlər”.

Bu çərçivədə konfransa Suriya kürdlərini təmsil Suriya Kürdüstan Demokrat Partiyası və Suriya Kürd Milli Şurası ilə bərabər, Demokratik Birlik Partiyasının (PYD) də dəvət edildiyi eşitdirilib. PYD-nin Moskva nümayəndəsi Əbdüssalam Əli konqresdə Suriyadakı kürdlərin federallaşma planlarını və Suriyanın şimalında 2016 payızında təktərəfli qaydada yaradılan demokratik federasiyanın gələcəyini müzakirə edəcəklərini bildirib.

Astana görüşlərinə qatılan Suriya hökumət nümayəndə heyətinin başçısı Bəşər Cəfəri bu cür konqresin vacibliyini, dost ölkə olaraq Rusiyaya etibar etdiklərini ifadə edib. Cəfərinin sözlərinə görə, Suriya hökumət konqresə qatılacaq.

Bütün bu proseslər PYD və onun silahlı qanadı YPG-ni PKK-nın qolu hesab edən Türkiyə üçün Rusiya ilə qarşı-qarşıya gəlmə ehtimalını gündəmə gətirib. PYD-nin dəvət edilməsi türk tərəfində qarışıqlıq və əsəbi təpki yaradıb.

2015-ci ildəki böhrandan sonra Türkiyəyə sanksiya tətbiq Rusiyanın Suriya kürdləri ilə əlaqələri əsaslandırırdı. PYD-nin Moskva nümayəndəliyi 10 fevral 2016-cı ildə açılıb. Ərdoğan böhran sonrası əlaqələrin normallaşdırılması prosesində Rusiya-PYD əlaqələrini gündəmə gətirməsində Putindən gözlədiyi qarşılığı ala bilməyib. “Fərat qalxanı” əməliyyatından sonra Ərdoğanın PYD-nin idarəçilyindəki Məmbicdən Afrinə irəliləmə planlarına Rusiya izn verməyib.

Ötən aylarda Afrində Məmbicə müdaxilə yenidən danışılmağa başladıqda, Türkiyə-Suriya sərhədindəki Afrində Rusiya bayrağı dalğalandırdı. Rus əsgərləri YPG-yə və medyaya YPG əsgərləri ilə birlikdə fotoşəkillər təqdim etdilər.

PYD-nin Suriya konfransına dəvət edilməsini "məcburi addım" kimi səciyyələndirən prezident Ərdoğanın spikeri İbrahim Kalın Türkiyə baxımından bunun qəbul edilməyəcəyini, məsələni rus həmsöhbətləri ilə müzakirə edəcəklərini söyləyib. Kalın deyib: "Əlbəttə, bunu qəbul etmək mümkün deyil. PYD və YPG PKK terror təşkilatının bir qoludur və onun nə Astana, nə Cenevrə nə də bir başqa yığıncağa dəvət edilməsi əsla qəbul edilə bilməz."

Kalının sözlərinə cavab olaraq Rusiya PYD-yə dəvətin arxasında dayanıb. Konfransa dəvət edilənlərin "Türkiyənin deyil, Suriyanın vətəndaşlarıdır" deyən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Suriyada siyasi razılaşmaya kürdlərin də daxil edilməsi tərəfdarı olduqlarını açıqlayıb.

Ancaq prezidentin sözçüsü Kalın noyabrın 5-də “NTV”də Türkiyənin təpkisi və mövzunu yenidən qiymətləndirdiyini bildirib. Kalın Türkiyənin ABŞ-a, Rusiyaya və İrana "PYD-nin terror təşkilatı olduğunu" davamlı vurğulandığını ifadə edərək belə deyib: "Yəni, əgər qərar dəyişikliyinə getməzlərsə, noyabrın 18-də bu görüş təxirə salınacaq. Biz iştirak etmərik. Suriyalı qruplar qatılacaq, amma çox ehtimal ki, biz ora müşahidəçilər göndərə bilərik. Ancaq Rusiyanın bizə söylədiyi şey “PYD-yə dəvət olmayacaq”dır``.

ODTÜ (Orta Doğu Texnik Universiteti) beynəlxalq əlaqələr bölümünün müəllimi professor Hüseyn Bağcının fikrincə, Rusiyanın davranışı sürpriz deyil. O, İŞİD-ə qarşı mübarizədə Rusiyanın PYD-nin dəstəklədiyini belə izah edir: "Rusiya Türkiyə ilə olan əlaqələrində iqtisadi və siyasi mənada güclü tərəf mövqeyindədir. O, bu vəziyyətdən yaxşı şahmatçı kimi istifadə etməyə başlayıb".

Türkiyənin hazırkı vəziyyətinin "məngənəyə alınmış" kimi göründüyünü ifadə edən Bağcı buna əvvəllər tətbiq olunan yanlış siyasətin təsirinin olduğunu da vurğulayır.

CHP-nin İstanbul millət vəkili Ərdoğan Torpaq isə AKP hökumətinin xarici siyasət və iqtisadiyyatda artıq "ödənc siyasətinə" məcbur qalması fikrindədir. Təyyarə böhranından bu yana əlaqələrdə Rusiyaya iqtisadi və siyasi güzəştlər edilməsinə diqqət çəkən Torpaq, 22 milyard dollarlıq nüvə stansiyası, 16 milyard dollarlıq “Türk Axımı”na əlavə 2 milyard dollarlıq “S-400” alışı ilə hökumətin Putinin könlünü alınmaq istədiyini deyir.

Soçi konfransı təxirə salınmış olsa belə, bu, Türkiyənin təpkisini yüngülləşdirmək üçün ediləcək. Putin PYD və “Kürdüstan”ı Ərdoğana qarşı oynaya bilər. Ərdoğan və "dostum" dediyi Putin arasındakı “kürd qambiti”ndə Putin hələlik bir addım geri atarsa, tezliklə bunun nə ilə nəticələnəcəyi bilinəcək.(Tərcümə: Strateq.az)

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

İngiltərə XİN başçısı: “Türkiyə haqlıdır”

bitmap-img3

Rakurs

Deputat Ağalar Vəliyevin biznes imperiyası

bitmap-img3

Seçmələr

Fazil Məmmədovun ətrafında müəmmalı sükut

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru