Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın seçimi nə olacaq? - Vaşinqton, yoxsa Moskva?..

Tofiq Abbasov: “Ərdoğan bu məsələnin taleyüklüyünün fərqindədir və onun son qərarı bir məqamdan asılı olacaq”


Məhəmməd Əsədullazadə: “Ankaranın Rusiya ilə yaxınlaşmaq və bu ölkədən S-400 raket komplekslərinin alınması barədə müqavilə imzalanması Vaşinqtonun strateji səhvinin nəticəsidir”.

Türkiyədəki seçkilərdən sonra Ankara Rusiyadan “S-400” raketləri almaq planı yenidən beynəlxalq siyasətin gündəmindədir. Belə ki, Türkiyədəki seçkilərdən həmən sonra ABŞ senatında keçirilən dinləmələrdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ves Mitçhell bildirib ki, Ankara Rusiyadan S-400 raketləri almaq planından imtina etdiyi təqdirdə Vaşinqton Türkiyəyə “F-35” qırıcılarını verə bilər. O, həmçinin Rusiyanın hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edən şirkətlərə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini xatırladıb və Ankaranı sanksiyalarla təhdid edib.. 

Xatırladaq ki, ötən ilin dekabr ayında Türkiyə və Rusiya nümayəndələri Ankarada S-400 zenit-raket komplekslərinin alınması üzrə kredit sazişi imzalayıblar. Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin katibliyindən verilən məlumata əsasən, Ankara bu kompleksin iki batareyasını alacaq. Tərəflər zenit-raket komplekslərinin Türkiyədə istehsalının inkişafı üçün bu sahədə texnoloji əməkdaşlıq barədə də razılıq əldə ediblər.

Son zamanlar Vaşinqtonla Ankara arasındakı münasibətlərin gərginləşən xətt üzrə inkişaf etdiyini nəzərə alsaq, Türkiyə münasibətləri normallaşdırmaq üçün ABŞ-ın təklifi ilə razılaşa bilərmi? Ümumiyyətlə Türkiyədə keçirilən prezident seçkilkərindən sonra ABŞ-Türkiyə Rusiya-Türkiyə münasibətlərinin perspektivləri barədə nə demək mümkündür?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Tofiq Abbasov və Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin fikirlərini öyrənib.

Image result for Tofiq Abbasov

Tofiq Abbasov: “Amerika üçün Şərqdə İsraildən yaxın müttəfiq yoxdur və olmayacaq. Bu baxımdan  zənn edirəm ki, Ərdoğan seçimi Moskvanın xeyrinə etməli olacaq”.


Türkiyənin Rusiyadan S-400 müdafiə sistemləri almaqda tək məqsədinin öz təhlükəsizliyini təmin etmək olduğunu vurğulayan politoloq Tofiq Abbasova görə, bu baxımdan Türkiyənin Vaşinqtonun təklifi ilə razılaşmaması gözləniləndir:

“Bu üçbucaqdakı proseslərin müqəddəratı Yaxın Şərq münaqişəsinin davamiyyəti ilə şərtlənəcək. Vaşinqton və Moskva arasında gedə mücadilədə Ankaranın rolu getdikcə artacaq. Bu ölkənin kiminlə daha yaxın olması həm də Yaxın Şərqin yeni geosiyasi arxitekturasının necə cızılacağına təsir göstərəcək. 

Təbii ki, Rəcəp Tayyib Ərdoğan bu məsələnin taleyüklüyünün fərqindədir və onun son qərarı bir məqamdan asılı olacaq. Əslində Türkiyənin yeni tipli qırıcı təyyarələrinə ehtiyacı bir o qədər də böyük deyil. Çünki Türkiyə  irihəcmli hərbi kampaniya və ya müharibə aparmağa hazırlaşmır. Türkiyə ona görə S-400 müdafiə sistemlərini almaqda maraqlıdır ki, özünün təhlükəsizliyini etibarlı şəkildə təmin edə bilsin. Həm də Moskva ilə intensivləşən dialoqda Ankara daha vacib məsələlərin həllinə nail ola biləcək. 

Təsadüfi deyil ki, hər iki ölkənin, yəni Rusiya ilə Türkiyənin iqtisadi problemləri həddən artıq kəskinləşmək üzrədir. Bu baxımdan onlar bir-birinə möhtacdırlar ki, tez bir zamanda iri infrastruktur layihələri reallaşdırmaqla inflyasiya, işsizlik, büdcə çatışmazlığı və s. problemlərin öhdəsindən gəlsinlər. Məhz bu zəmində onların qarşılıqlı maraqları bir nöqtədə kəsişir. Birdə ki, Amerikanın Yaxın Şərqdəki siyasəti artıq tək türk toplumunda deyil, elita sıralarında da hiddət doğurur. Ankaraya yaxşı bəllidir ki, Amerika üçün Şərqdə İsraildən yaxın müttəfiq yoxdur və olmayacaq. Bu baxımdan  zənn edirəm ki, Ərdoğan seçimi Moskvanın xeyrinə etməli olacaq. Çünki ən azı onun Putinlə münasibətləri son vaxt durularaq yeni keyfiyyət mərhələsinə çıxıb. Bu cərəyan öz qüvvəsini saxlamaq üzrədir”.

Image result for məhəmməd əsədullazadə

Məhəmməd Əsədullazadə: “Regionda şərtlər və burada mühüm siyasi proseslər Türkiyəsiz mümkün deyil. Vaşinqton və Moskva Türkiyə ilə əməkdaşlıqda maraqlıdırlar”.


Ərdoğanın yenidən president seçilməsindən sonra Trampın Ərdoğanla əməkdaşlığa üstünlük verəcəyini qeyd edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, hətta ABŞ Suriya məsələsində və terror təşkilatları müstəvisində Türkiyə ilə müəyyən razılaşma əldə edəcəyinə ümid edir:

ABŞ-ın Türkiyəyə qarşı siyasətində bu ölkəni Yaxın Şərqdə zəiflətmək və özünə tabe etmək olub. Qeyd edim ki, Suriya böhranı başlayandan bəri Vaşinqton Türkiyə ilə müttəfiq əlaqələrinə zidd olaraq Ankara ilə deyil, terrorçu PKK təşkilatını və onun Suriya qolu olan YPG-ni  dəstəklədi. Bundan əlavə, bu terror təşkilatı ilə müttəfiqlik quraraq Türkiyənin əleyhinə siyasət apardı. 

Təbii ki, Vaşinqtonun bu siyasətinin arxasında Türkiyə hakimiyyətinə təzyiq etmək və Ankaranın müstəqil siyasətinin qarşısını almaq durur. Qeyd edim ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın manevr siyasəti və Moskva ilə Suriya üzrə danışıqlarda ortaq məxrəcə gəlməsi iki ölkənin hərbi əlaqələrinin qurulmasına yol açdı. Ankaranın Rusiya ilə yaxınlaşmaq və bu ölkədən S-400 raket komplekslərinin alınması barədə müqavilə imzalanması Vaşinqtonun strateji səhvinin nəticəsidir. Çünki Türkiyə ABŞ-dan öz hava məkanının müdafiəsi üçün "Patriot" raket komplekslərinin verilməsini istədi. 

Vaşinqton Türkiyənin bu istəyini qulaq ardına vurdu, əvəzində isə Türkiyəyə satmadığı silahları YPG terror təşkilatına verdiyi üzə çıxdı. Bunların qarşılığında Türkiyənin Rusiyadan silah ticarəti haqqında müqavilə bağlanmasını şərtləndirdi. Bundan əlavə, Türkiyə Vaşinqtonla F-35 təyyarələrinin alışı barədə də müqavilə imzalayıb. Ağ Ev rəsmisinin yenidən Türkiyənin S-400 raketlərinin Rusiyadan alarsa, sanksiya tətbiq ediləcəyini vurğulaması müttəfiq əlaqələrinə ziddir. Ondan əlavə bir neçə gün bundan əvvəl ABŞ-dan Türkiyəyə bir neçə ədəd F-35 təyyarələri təhvil verildi. ABŞ-ın istəyi budur ki, artıq Türkiyə Rusiya ilə silah müqaviləsi bağlamasın və bunu ABŞ-la həyata keçirsin. Hesab edirəm ki, Türkiyənin manevr siyasəti nəticəsində ABŞ Türkiyəyə “Patriot” raket sistemlərinin verilməsinə razılaşıb. Amma Türkiyə hazırda Rusiya ilə yeni müqavilə bağalamasa da,  qüvvədə olan müqavilədən çıxmayacaq. 

Türkiyədə prezident seçkilərindən sonra Trampın Ərdoğana təbriki və telefon zəngi göstərir ki, ABŞ Türkiyə ilə bundan sonra əməkdaşlığa üstünlük verəcək. Menbiç razılaşması buna əyani sübutdur. Təbii ki, Ərdoğan Moskva ilə əməkdaşlığı davam etdirəcək. Çünki bu ona Vaşinqton qarşısında əlavə dividentlər və şərtlər qazandırır. ABŞ-la hesab edirəm ki, Suriya məsələsində və terror təşkilatları müstəvisində müəyyən anlaşma olacaq. Sonucda Türkiyə öz milli təhlükəsizliyi naminə milli maraqlarını üstün tutacaq. Regionda şərtlər və burada mühüm siyasi proseslər Türkiyəsiz mümkün deyil. Vaşinqton və Moskva Türkiyə ilə əməkdaşlıqda maraqlıdırlar”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar