Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğandan viza böhranına ilk reaksiya: “Türkiyə qəbilə dövləti deyil!“



Ankara ilə Vaşinqton arasında viza gərginliyi böyüyür


Görünən odur ki, tərəflər ortaq məxrəcə gəlmək fikrində deyillər və gərginlik hələ bir müddət davam edəcək. NATO-da müttəfiq olan bu iki dövləti üz-üzə nə gətirdi? Türkiyədəki hərbi qiyam cəhdindən sonra tərəflər arasında onsuz da soyuq olan münasibətləri daha da pisləşdirən, məsələni qarşılıqlı viza qadağasına qədər gətirib çıxaran nə oldu?

Nədən başladı?

Türkiyənin Vaşinqtondakı səfirliyi bazar günü açqlama yayaraq bəyan etdi ki, Birləşmiş Ştatların Türkiyədəki bütün diplomatik nümayəndəliklərində vizaların verilməsi dayandırılır. Qərara əsasən, sabah Türkiyə saatı ilə 22.00-dan etibarən ABŞ vətəndaşlarına viza verilməyəcək.

"Reuters"in məlumatına görə, bu qərar Türkiyədəki amerikalı diplomatların analoji addımından sonra qəbul edilib. Amerikalı diplomatları isə bu addımı atmağa ABŞ-ın İstanbuldakı Baş konsulluğunda işləyən Türkiyə vətəndaşı Mətin Topuzun həbsi təhrik edib. 

ABŞ-ın Ankaradakı səfirliyi məsələyə operativ reaksiya vərərək rəsmi Vaşinqtonun M.Topuzun həbsindən narahatlıq keçirdiyini, ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu, bu addımın ABŞ-Türkiyə münasibətlərinə xələl gətirdiyini bəyan etdi.

Oktyabrın 4-də həbs olunan Mətin Topuz FETÖ (Fətullah Gülən Terror Təşkilatı) ilə işbirliyində şübhəli bilinir. Ona qarşı konstitusiya quruluşunu dəyişmək, casusluq və dövlət çevrilişinə cəhd ittihamları irəli sürülüb. Türk diplomatın keçmiş prokuror Zəkəriyyə Özlə də yaxın münasibətlərdə olduğu iddia olunur. 

Zəkəriyyə Öz kimdir? 


Bir vaxtlar prezident Rəcəb Tayyib Ərdoğaın ən yaxın adamlarından olan prokuror Zəkəriyyə Öz sonradan FETÖ amilinə görə AKP hökumətinin "qara siyahısına" düşdü. O, Türkiyədə qalmaqala səbəb olan "Böyük rüşvət əməliyyatı"nı (17, 25 dekabr 2013-cü il) araşdıran prokurorlardan idi. Onun istintaqa nazir övladlarını, hətta prezidentin oğlu Bilal Ərdoğanı da çağırması böyük səs-küyə səbəb olmuşdu. 

Xatırladaq ki, 2013-cü ilin dekabrın 17-də Baş prokurorluğun göstərişi ilə Türkiyə Polis İdarəsinin maliyyə cinayətlərinə qarşı şöbəsinin keçirdiyi əməliyyat nəticəsində korrupsiya ittihamı ilə 47 nəfər, o cümlədən bir neçə nazirliyin rəsmisi, türk nazirlərin övladları saxlanılmış, həmçinin daxili işlər naziri Müəmmər Gülər və iqtisadiyat naziri Zəfər Çağlayan istintaqa cəlb olunmuşdu.

FETÖ ilə əlaqələrinə görə dövlət çevrilişinə cəhd maddəsiylə ittiham olunan prokuror Zəkəriyyə Öz vəzifəsindən kənarlaşdırıldı. Bu qərarın ardından o, eyni ittihamla üzləşən başqa bir prokurorla Türkiyədən qaçaraq Almaniyaya sığındı. 

Prokurorun təqdimatında bildirilir ki, Mətin Topuz 17-25 dekabr əməliyyatlarını təşkil edən FETÖ-çü polislər, həmçinin Türkiyədəki məlum hərbi qiyamı təşkil edən hərbçilərlə yaxın əlaqədə olub. İfadəsi zamanı M.Topuz bu ittihamları rədd edib. O, polis və hərbçilərlə də yalnız iş çərçivəsində görüşdüyünü bildirib, hərbi qiyam cəhdində hər hansı rolunun olmasını isə inkar edib. 

Zəkəriyyə Özə gəlincə, Topuz onunla ABŞ və türk polisinin ortaq əməliyyatları ilə bağlı iki dəfə görüşdüyünü, son görüşlərində yanlarında iki ABŞ yetkilisinin də olduğunu deyib. Bəzi polis və hərbçilərin onunla telefon əlaqəsi saxlamasını dəqiq xatırlamadığını deyən Topuz bunun vizaya görə ola biləcəyini ehtimal edib.

Türk politoloq: "Tarixdə ilk dəfədir ki…"


"ABŞ və Türkiyənin bu konfrontasiyası çətin ki bununla yekunlaşa". Bunu beynəlxalq məsələlər üzrə ekspert, professor Hüseyn Bağçı bildirib. Onun fikrincə, tərəflər arasındakı gərginlik bundan sonra bir qədər də artacaq:

"Tarixdə ilk dəfədir ki, hadisələrin bu cür inkişafına şahid oluruq. Ola bilsin ki, yaxın günlərdə tərəflər başqa tədbirlərə də əl atacaqlar. Bu, NATO üzvləri üçün arzuolunmaz bir vəziyyətdir. Və müttəfiqlərin ümumi strategiyasına ziddir. Hələ ki münasibətlər son nöqtəyə gəlib çıxmayıb. Amma son baş verənlər yaxşı heç nə vəd etmir. İstənilən halda bundan hər iki tərəf zərər görəcək". 

Politoloqun fikrincə, ən çox Türkiyənin maraqlarına zərər dəyəcək: "İki ölkə arasında fikir ayrılıqları nə qədər çox olarsa, istər Suriya, istərsə də digər məsələlərdə bir-birlərinə daha çox zərər yetirmiş olacaqlar. Bu vəziyyət ABŞ-ın maraqlarına da xələl gətirəcək. Lakin ən çox Türkiyənin NATO-dakı müttəfiqləri ilə münasibətləri zərər görəcək. ABŞ-ın NATO-dakı müttəfiqlərinə böyük təsir imkanları var. Rəcəb Tayyib Ərdoğan qərarında qətiyyətli görünür. Onun Vaşinqtondan narazılığı Birləşmiş Ştatların bu günə qədər Fətullah Güləni ekstradisiya etməməsidir".

Bu arada, bu gün ABŞ-ın İstanbuldakı Baş konsulluğunun daha bir əməkdaşının həbs olunacağı barədə xəbər yayılıb. Xəbərə görə, İstanbul Baş Prokurorluğu diplomatik immuniteti olmayan konsulluq əməkdaşı N.M.C-nin həbsinə order verib. 

Türkiyənin NTV telekanalının məlumatına görə, polislər şübhəlinin həyat yoldaşı S.C. və övladı K.İ.C. Türkiyənin Amasya bölgəsində saxlayaraq İstanbula gətiriblər. Onlar da FETÖ ilə işbirliyində ittiham olunur. İddialara görə, konsulluq əməkdaşının xanımı FETÖ-nün çağırışından sonra "Bank Asya"yada pul əməliyyatı aparıb. 

Prokurorluğun açıqlamasına görə, onların hər ikisi M.Topuzun ifadələri əsasında saxlanılıb. Konsulluq əməkdaşı N.M.C. da ifadə vermək üçün prokurorluğa çağırılıb. Lakin onun harada olduğu hələ ki bəlli deyil. Bəzi mənbələr isə onun konsulluğun binasından çıxmadığını, çıxacağı təqdirdə həbs olunacağını bildirir.
 
Türkiyə müxalifətindən etiraz

Viza gərginliyinə Türkiyə müxalifətindən də etiraz gəlib. CHP-çi deputat Engin Altay Türkiyə Böyük Millət Məclisində keçirdiyi mətbuat konfransında bu qərarın insanların həyatını çətinləşdirəcəyini bildirib:

"CHP olaraq həm AKP rəhbərliyinə, hökumətə, həm də bunu bizə rəva görən ABŞ-a səslənirəm. Bu qaydasız, macərapərəst xarici siyasət Türkiyədə iş adamlarından tutmuş, tələbəsinə, idmançısına, siyasətçisinə qədər hər kəsin həyatını çətinləşdirəcək. Türkiyəyə Somali, Yəmən, İran, Liviya, Kambociyaya olan münasibət sərgilənir. O ölkələri alçaltmaq istəmirəm. Amma eyni münasibətin göstərilməsi Türkiyə üçün qorxulu bir durumdur. Birləşmiş Ştatların bu mövqeyi qəbuledilməzdir. Bu Türkiyə-ABŞ münasibətlərində dib nöqtə və tarixi qırılmadır. Bu qərar nəyin nəticəsidir? İstanbuldakı Baş Konsulluqda işləyən bir əməkdaşla bağlıdır? Yoxsa Türkiyənin Yaxın Şərq siyasəti ilə bağlı narahatlıqdır? Səbəb nə olur olsun belə bir addım yolverilməzdir". 

Ərdoğan: "Üzücü bir qərardır"

Viza böhranına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan ilk reaksiya gəlib. Ukraynada işgüzar səfərdə olan Ərdoğan həmkarı Pyotr Poroşenko ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında məsələyə münasibət bildirib:

"Hər şeydən əvvəl üzücü bir qərardır. Xarici İşlər Nazirliyinin yetkililəri bu xəbəri eşidən kimi ABŞ-dakı həmkarları ilə əlaqə saxlayıblar. Nazirimiz qərarı mənə açıqlayanda dedim ki, Türkiyə hüquqi dövlətdir, qəbilə dövləti deyil. Onlar qərarda hansı mətni açıqlayıblarsa, biz də eynisini açıqlayaq. Məsələ bundan ibarətdir".


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar