Cümə, 22 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Ərdoğandan Putinə sürpriz təklif

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə S-500 raket komplekslərinin birgə istehsalını təklif edib


Bu barədə Türkiyə prezidenti TV 24 telekanalına müsahibəsində bildirib.
 
"Rusiya bizə S-400 zenit-raket kompleksləri üzrə əlverişli kredit şərtləri təqdim edib. Növbəti  mərhələlərdə isə birgə istehsala başlayacağıq. Mən  Putinə S-500-ləri birlikdə istehsal etməyi təklif etdim”, deyə Ərdoğan vurğulayıb.
 
Ərdoğan həmçinin Rusiyadan S-400 zenit-raket komplekslərinin tədarükü  ilə bağlı ABŞ və NATO-nun tənqidlərinə cavab verib: “Bəs Yunanıstanın S-300-ləri barədə niyə susurlar? Türkiyəyə qarşı belə bir siyasətin yürüdülməsi anlaşılmazdır.  Biz daim müdafiə sənayemizin tələbatlarını təmin etməyə çalışacağıq”.(APA)

pia.az
Etiket:
loading...