Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğandan İstanbul teraktına reaksiya


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən terror hücumuna münasibət bildirib


Türkiyə prezidentinin rəsmi saytında yayılan açıqlamada prezident terrorçuların ölkədə xaos yaratmaq niyyətində olduğunu deyib:

“Dəyərli vətəndaşlarım, 2016-cı il təəssüf ki, xeyli terror hücumlarının reallaşması ilə yadda qaldı.

İstanbulun Sultan Əhməd meydanında başlayan silahlı hücumlar Ankara, Qaziantep, Bursa, Diyarbəkir və Mardində davam etdi.

Sərhədlərimizdə İŞİD və PKK-PYD terror təşkilatlarının hücumlarında xeyli hərbçimiz həlak oldu.

İçindən keçdiyimiz mərhələni doğru adlandırmalıyıq. Türkiyə son illərdə yeni bir istiqlal mübarizəsi aparır.

İstanbul hücumunu şiddətlə qınayıram. Ölkəmizi xaosa sürükləməyə cəhd edirlər. Ölkəmizə istiqamətli bütün təhdidləri kökündən məhv edəcəyik. Bu cür çirkli oyunlara əsla izn verməyəcəyik.

Hücumlarda həyatını itirən vətəndaşlara Allahdan rəhmət, yaralılara şəfalar diləyirəm”.

Xatırladaq ki, İstanbulun Beşiktaş rayonunda yerləşən “Reina” gecə klubuna silahlı hücum olub. Hadisə nəticəsində 39 nəfər həlak olub, 69 nəfər isə yaralanıb.(axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar