Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan və Əsəd anlaşa bilərmi və anlaşarlarsa, nə olacaq?


Politoloq: “Əgər bu gün tərəflər arasında bir sıra ziddiyyətlər kənara qoyularaq prinsipial siyasi razılaşmalar əldə olunarsa, ABŞ və Qərb koalisiyasının regiona müdaxilə imkanları xeyli məhdudlaşacaq”


Suriya böhranın bu formatda müsbət həlli beynəlxalq münasibətlərdə yeni əməkdaşlıqlara və ittifaqlara zəmin yaradacaq”.

Bu sözləri politoloq Nəsimi Məmmədli bu gün Soçidə İran-Türkiyə-Rusiya prezidentlərinin iştirakı ilə baş tutacaq  “Suriya” toplantısını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Dünən Suriya prezidenti Bəşər Əsəd  Soçiyə gəlib və Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Görüş çərçivəsində Rusiya lideri Putin Əsədi terrorizmlə uğurlu mübarizəsinə görə təbrik edib. Öz növbəsində Suriya lideri də qeyd edib ki, Rusiyanın sayəsində ölkəsi bir dövlət kimi xilas ola bilib və  ölkənin müstəqilliyini, ərazi bütövlüyünü qorumaq mümkün olub. 

Bu gün isə Soçidə İran-Türkiyə-Rusiya prezidentlərinin də iştirakı ilə geniş tərkibli "Suriya" toplantısı keçiriləcək. Müzakirə mövsunun Suriya olacağı görüşdə Ərdoğan Əsədlə eyni masada oturacağı gözlənilir. Aralarında ciddi şəxsi və siyasi problemlər olan Əsəd və Ərdoğanın anlaşmasını mümkün hesab etmək olarmı və belə bir anlaşma olarsa, Suriyada vəziyyət necə dəyişə bilər? ABŞ və Qərb koalisiyasının bundan çox ziyan görməsi mümkündürmü?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Nəsimi Məmmədlinin fikirlərini öyrənib.

Image result for nəsimi məmmədli

Nəsimi Məmmədli: “Ərdoğanla Əsəd arasındakı şəxsi və siyasi problemlər çözülərsə, bu, Suriyada vəziyyətin sürətlə müsbətə dəyişməsinə təkan ola bilər”.


Bu gün baş tutacaq görüşdə Suriya məsələsi ilə bağlı gözlənilən razılıq əldə olunması fonunda proseslərin müsbətə doğru gedəcəyini vurğulayan politoloq Nəsimi Məmmədliyə görə, bu razılaşma  yeni əməkdaşlıqların yaranmasına da səbəb ola bilər: 

“Görüş “Suriya böhranı”nı nizamlamaq istiqamətində çox mühüm əhəmiyyət kəsb edir. Artıq demək olar ki,  Suriyada aktiv hərbi əməliyyatlar başa çatıb və tərəflər arasında siyasi razılaşmalar mərhələsinə qədəm qoyulub. 

Dünən Soçidə baş tutan görüşdə isə RusiyaSuriya prezidentlərinin iştirakı ilə yanaşı, hər iki tərəfin ən yüksək rütbəli generallarının da görüşü keçirilib. Ali rütbəli hərbçilər Suriyada İŞİD və “Ən-Nüsra” Cəbhəsinin fəaliyyətinə tamamilə son qoymaq üçün konkret addımlar üzərində razılaşıblar. Bundan əlavə,  Putin tərəfindən təyin olunan xüsusi heyət 22-23 noyabr tarixlərində Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda Suriya müxalifəti ilə danışıqlar aparacaq. Xatırlayırsınızsa, bu ilin 5 oktyabrında  ölkəsinin tarixində ilk dəfə idi ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Rusiyaya 3 günlük rəsmi səfərə getmişdi. Rusiya prezidenti Putinlə görüşü zamanı Suriya böhranı ətrafında geniş müzakirələr aparılmış və Suriyanın müxalif qruplarının bir araya gətirilməsi ilə bağlı Səudiyyə Ərəbistanının təşəbüsslərinin dəstəkləndiyi və davam etdirilməsinin vacibliyi qeyd edilmışdi. 


Nəsimi Məmmədli: “Rusiya isə son 30 ildə ilk dəfədir ki, bu qədər sistemli və ardıcıl hərbi-diplomatik gedişləri ilə diqqət çəkir”.


Hələ o zaman bu məsələni mediaya şərh edərkən bildirmişdim ki, Suriyada maraqları olan region dövlətlərin hər üçü- Türkiyə, İranSəudiyyə Ərəbistanı, habelə Rusiya arasında konkret razılaşmaların əldə olunduğu istisna deyil. Məhz Səudiyyə kralının Rusiya ziyarəti başa çatdığı gün - 7 oktyabrda Türkiyə ordusunun Suriyaya daxil olması da təsadüfi deyildi və bu addımın o vaxt ən doğru qərar olduğu qənaətimi ifadə etmişdim. Proseslər onu göstərir ki, Türkiyə bütün təhdidlərə baxmayaraq çox doğru addım atmışdı və hazırda masa ətrafında güclü tərəfdir. 

Əgər  bu gün tərəflər arasında bir sıra ziddiyyətlər kənara qoyularaq prinsipial siyasi razılaşmalar əldə olunarsa, ABŞ və Qərb koalisiyasının regiona müdaxilə imkanları xeyli məhdudlaşacaq. Xüsusilə də Ərdoğanla Əsəd arasındakı ciddi şəxsi və siyasi problemlər çözülərsə, bu, Suriyada vəziyyətin sürətlə müsbətə dəyişməsinə təkan ola bilər. 

Son dövrlər izlədiyimiz diplomatik fəaliyyətlərin analizi göstərir ki, regiondakı mövcud durumda ABŞ-ın rolu və bu razılaşmalarda maraqlarının təminatı hələlik çox qeyri-müəyyən durumdadır.  Rusiya isə son 30 ildə ilk dəfədir ki, bu qədər sistemli və ardıcıl hərbi-diplomatik gedişləri ilə diqqət çəkir. Faktiki olaraq, Qərbin Orta Şərq regionu ilə bağlı ən nəhəng planlarının qarşısı alınmış hesab edilə bilər. Suriya böhranın bu formatda müsbət həlli beynəlxalq münasibətlərdə yeni əməkdaşlıqlara və ittifaqlara zəmin yaradacaq”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar