Milli İstihbarat Təşkilatı (MİT) bu xəbəri mənə çatdırdı
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Bu xəbər mənə verildiyi üçün də buradayam. MİT-dən dedilər. Bu cür təhdidlər, əməliyyatlar bizi bu yoldan uzaqlaşdıra bilməz. Yola çıxdığımız zaman yola davam edərik", - Ərdoğan bildirib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bosniya və Herseqovinaya səfəri öncəsi kəşfiyyat təşkilatlarına Balkanlarda bir qrup türk əsilli vətəndaşın sui-qəsd hazırlığı görməsi ilə bağlı informasiya daxil olub.(axar.az)
pia.az