Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan qondarma erməni soyqırımını tanıyır?


“AKP “erməni soyqırımı”nı tanımağa hazırlaşır”


Türk deputatdan sensasion iddia 

Ankara-İrəvan münasibətlərində yeni mərhələnin başlaması haqda xəbər və iddialar var; Davudoğlunun səfərindən sonra Azərbaycanı zora soxacaq, Türkiyəni isə qarışdıracaq məsələlər gündəmə gəlib
“AKP erməni soyqırımı məsələsini tanıya bilər”

Bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından Türkiyə Böyük Millət Məclisinin üzvü Oqtay Vural dekabrın 15-də verdiyi brifinqdə səsləndirib.

Türkiyə parlamentində MHP deputat fraksiyasının sədri olan Oqtay Vural hakim AKP-nin, baş nazir Rəcəb Tayyib Ərdoğanın ölkəyə 200 min erməni gətirib onlara torpaq vermək fikrində olduğunu iddia edib.
 
Türkiyə mediasının yaydığı xəbərlərə görə, xarici işlər naziri Əhməd Davudoğlunun bir neçə gün öncə gerçəkləşdirdiyi İrəvan səfərinə toxunan millət vəkili deyib ki, nazir Ermənistanda erməni kimi danışıb: “Türkiyə xalqının mövqeyini təqdim eləmək əvəzinə Davudoğlu Türkiyə xalqının tarixini satır. Ədalət və İnkişaf Partiyası saxta erməni soyqırımını tanımağa hazırlaşır. Mənim fikrimcə, partiya 200 min ermənini gətirib onlara torpaq sahəsi vermək yönündə iş aparır”.

Millət vəkili Oqtay Vuralın bu iddiaları Türkiyə mediasında çox ciddi müzakirə edilməkdədir. Səslənən fikir Əhməd Davudoğlunun Ermənistana səfərini nəticəsiz hesab edənlərə hakimiyyətin siyasətini sərt tənqid etmək üçün növbəti şans yaradıb. Səfərin ən tənqid olunan məqamı Türkiyə XİN rəhbərinin Osmanlının erməniləri deportasiya etməsi məsələsi haqda onu müşayiət edən qəzetçilərlə söhbətində “bu çox yanlış və qeyri-insani idi” deməsi olub. 



Yada salaq ki, bir müddətdir Türkiyənin Ermənistanla sərhədləri açmaq niyyətində olduğu bildirilir. Bir sıra qaynaqlar iddia edir ki, rəsmi Ankara Ermənistanın işğal etdiyi 2 rayonu azad etməsi qarşılığında sərhədlərin açılmasının mümkün olduğu haqqında mesaj verib. Onu da vurğulayaq ki, indiyə qədər Türkiyə rəsmiləri Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymayana qədər sərhəd qapılarının bağlı qalacağını dəfələrlə bəyan edib. Analitiklərin fikrincə, bu təklifin müəllifi Ermənistanı blokadadan çıxarmaqla Rusiyanın Qafqazdakı mövqelərini zəiflətmək istəyən ABŞ-dır. Məsələnin Davudoğlunun dekabrın ilk günlərində Vaşinqton ziyarətindən sonra gündəmə gəlişi bu iddiaları haqlı saymağa müəyyən əsaslar verir. Ancaq görünür Türkiyə Azərbaycanla münasibətləri tam gərginləşdirməmək üçün Ermənistanın ən azı işğal etdiyi 2 rayonu azad etməsi şərtini irəli sürüb.

Ermənistan isə hələlik Kremlin tam nəzarəti altındadır. Elə bu səbəbdən Ermənistan XİN rəhbəri Nalbandyan Davudoğunun “2 Azərbaycan rayonunun işğaldan azad edilməsi qarşısında sərhədləri aça bilərik” təklifini qəbul etməyib. İrəvan təmsilçisi şərtlərin Ermənistan üçün məqbul sayılmadığını dilə gətirib. 


  
Ankaranın bu davranışları əslində AKP-nin atdığı addımlarda ictimaiyyətin fikrini nəzərə almaması kimi dəyərləndirilə bilər. Türkiyə cəmiyyətinin qondarma soyqırım iddiaları və sərhədlərin açılması məsələsinə münasibətini bilə-bilə Ankara bu məsələdə tamamilə tərs addımlar atır. Yaxın tarix isə göstərir ki, AKP iqtidarının bu xalqsız davranışları Türkiyə üçün fəlakət dərəcəsinə yüksələ biləcək problemlərə yol açıb. Bu gün Türkiyə hökumətinin kürd açılımı siyasətinin Ankaranın ölkənin güney-doğu bölgəsinə faktiki nəzarət edə bilməməsinə, ölkənin ərazi bütövlüyü üçün açıq təhdid yaranmasına səbəb olub. İllər öncə Ankara ilə Dəməşqin fövqəladə yaxınlığından da bu gün əsər-əlamət yoxdur. Əksinə, bu gün Suriya Türkiyə üçün bir neçə məqamlarda ciddi təhlükə rolunu oynamaqdadır. Aylar keçsə də, Türkiyənin “Gəzi Parkı” olayları hakim AKP-nin siyasətinə xalqın sərt təpkisi kimi yaddaşlardadır.

Ankaranın Azərbaycanın fikrini nəzərə almadan Ermənistana “2 rayon qarşılığında sərhəd” təklif etməsi isə diplomatik davranışlardan xeyli kənar fakt kimi dəyərləndirilə bilər. Sözsüz, Azərbaycan Türkiyənin Qarabağ düyününün çözülməsi üçün səylərini müsbət dəyərləndirir, eyni zamanda işğal edilən torpaqların mərhələli azad edilməsi prinsipi ilə razıdır. Ancaq bəllidir ki, bu məsələ ATƏT-in Minsk Qrupu çərçivəsində həll edilə bilər. O Minsk Qrupunun ki, Türkiyə o qrupun üzvü belə deyil. Ankara bu məsələni masaya yatırmadan öncə, ən azı rəsmi Bakı ilə məsləhətləşmələr aparmalı idi.



MHP-dən TBBM-in üzvü Atilla Qaya isə “Yeni Müsavat”a açıqlamasında bildirir ki, Ermənistanın şərtləri qəbul etməməsi Ankaranı müəyyən çətinliklərlə qarşı-qarşıya qoyub. Bununla belə, AKP hökuməti sərhədlərin açılması üzrə aldığı görəvi yerinə yetirməkdədir: “Oqtay Vuralın əlində səsləndirdiyi iddialarla bağlı hər hansı sənəd olduğunu dəqiq bilmirəm. Ancaq bu gün AKP iqtidarının siyasətinə baxış onun iddialarının doğru olduğunu sübut edir. Yaxın keçmişə qədər Türkiyə erməni qoyqırımı məsələsinin müzakirələrini yalnız Ermənistanın arxivləri açacağı zaman mümkün olacağını deyirdi. Bu gün isə biz fərqli bir mənzərəni müşahidə etməkdəyik. Sanki cəmiyyət soyqırım məsələsinin qəbul edilməsinə hazırlaşdırılır. Son 2-3 ildə Türkiyədə “erməni soyqırım”ı ilə bağlı davamlı konfranslar, simpoziumlar keçirilir, yüzlərlə məqalələr, kitablar çap olunur. Buna qədər Türkiyədə belə bir davranış mümkün deyildi, bu hərəkətlər mütləq məhkəmə ilə sonuclanırdı. Ancaq indi durum 180 dərəcə fərqlidir. Şəxsən mən bugünkü iqtidarın belə bir məsələyə qol qoyacağına inanıram. Əgər Ərdoğan Türkiyənin ən həssas olduğu məsələ ilə bağlı çıxışında “Kürdüstan” ifadəsini işlədirsə, baş nazirin bu sözündən cəsarət alan TBBM-nin PKK-lı millət vəkillərinin bu ifadəni işlətməyə başlayırsa, demək, eyni durum qondarma erməni soyqırımı məsələsində də yaşana bilər. Bu siyasət AKP iqtidarının son dönəmlərində xüsusilə aşkar görünməkdədir”.

MHP təmsilçilərinin səsləndirdiyi iddialara hakim AKP nümayəndələrinin cavabını almaq üçün partiyanın mərkəzi qərargahı ilə əlaqə saxlasaq da cavab ala bilmədik. AKP sözçüsü Hüseyin Çelikin telefonları cavab vermədi. Məsələyə qayıdacağıq. (yeni müsavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar