Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan öz qəzəbini sakitləşdirməsə...


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş tutmayan çevrilişə cavab olaraq, sərt tədbirlər həyata keçirir. Lakin hərbi çevrilişə cəhddən və Ərdoğanın təmizləmə əməliyyatından sonra, ola bilər ki, Türkiyə demokratikləşmə yoluna qədəm qoyacaq


Tarix göstərir ki, istər uğurlu və ya istərsə də uğursuz çevrilişlər, avtoritar dövlətlərin demokratikləşmə ehtimalını artırır.

Kentukki Universitetindən Kleyton Tayn və Mərkəzi Florida Universitetindən Conatan Pauelin apardıqları araşdırmaların nəticəsi göstərib ki, hərbi çevrilişlər uğurla bitən ölkələrdə - “liderlər sürətlə demokratikləşmə həyata keçirməyə can ataraq, yeni siyasi rejim üçün legitimlik yaratmaq və iqtisadi böyüməni stimullaşdırmaq istəyirlər. Türkiyədə olduğu kimi çevrilişlərin uğursuzluqla nəticələndiyi ölklələrdə isə, bu cür çevriliş cəhdləri hakimiyyəti saxlamaq istəyən liderlər üçün hərtərəfli islahatların keçirilməsi üçün vacib siqnal olur”.

Ərdoğanın uzun müddət ərzində həyata keçirdiyi tədbirləri, çevrişiə qarşı önləyici fəaliyyətlər adlandırmaq olar. İlk əvvəl bu mötədil islamçı lider, polisi ənənəvi sekulyar (dünyəvi) silahlı qüvvələr hesabına gücləndirdi. 190 min nəfərlik polis heyəti, çox hazırlıqlıdır və yaxşı silahlanıb. Onlara Ərdoğan hökumətinə sədaqətli olan adamlar komandanlıq edir.

Ərdoğanın hakimiyyət illərində polisin kəşfiyyat dəstəsinin və Milli İstihbarat Təşkilatının (MİT) funksiyası və səlahiyyətləri nəzərəçarpacaq dərəcədə genişlənib. Həmçinin bu orqanların tərkibində Ərdoğan rejiminə sadiq adamlar işləyir. Xeyli vaxtdır ki, hökumət silahlı qüvvələrin içərisindəki siyasi fikir ayrılığını kəsmək üçün mümkün olan hər şeyi edir.

Ərdoğanın həyata keçirdiyi tədbirlərin bəziləri işə yarayıb. Çünki çevrilişin təşəbbüskarları, öz qruplarından başqa, silahlı qüvvələrdən istədikləri dəstəyi ala bilməyiblər. Ərdoğan hökumətinə sadiq olan polis zabitləri isə, qiyamçılara qarşı çıxıblar. Qiyamçıların vəziyyətə KİV-lərin köməyi ilə təsir etmək cəhdi də alınmayıb. Məhz dünyəvi media şirkətləri çevriliş gecəsi xalqa müraciət etmək üçün Ərdoğana şərait yaradıblar.

“Hürriyyət” qəzetinin yazdığına görə, 21 iyul tarixinə kimi, 9194 nəfər həbs edilib. Onlardan min nəfəri polis zabitidir ki, buradan da belə nəticə çıxarmaq olar – prezident, hətta ona sadiq qalan qüvvələrə də tam etibar etmir. Hazırda məhkəmə sistemində ciddi təmizləmələr gedir. Belə görünür ki, təhsil sahəsində Ərdoğan dünyəviliyi tamamilə aradan götürmək niyyətindədir. Ola bilər ki, bu sahəni daha dindar dekan və müəllimlərlə doldursunlar.

21 iyulda Ərdoğan ölkədə üç aylıq fövqəladə vəziyyət elan edib. İndiki şərait faktiki olaraq, prezidentə mövcud konstitusiyada olmayan böyük səlahiyyətlər verir. Türkiyə, həmçinin öz ərazisində insan haqlarının müdafiəsi ilə bağlı Avropa konvesiyasının fəaliyyətini dayandırıb. Bütün bunların hamısı investorları qorxudur və onlar Türkiyə səhmlərini satırlar. Lirənin məzənnəsi kəskin düşüb, təmizləmələrin aparılması nəticəsində əksəriyyət düşünür ki, Ərdoğan islam respublikası quracaq.

İlk baxışda bu tədbirlər və dəyişiklər, uğursuz çevrilişin Türkiyədə demokratikləşməyə zəmin hazırlayacağını göstərmir. Lakin uzunmüddətli perspektivdə, bu baş tutmayan çevrilişin nəticəsində Türkiyə tamamilə demokratikləşə bilər.

1950-2008-ci illərdə avtoritar ölkələrdə uğurlu və baş tutmayan çevrilişlər haqqındakı informasiyaları təhlil edən Tayn və Pauell qeyd edirlər ki, baş tutmayan çevrilişlər, bir çox hallarda aşağıdakı nəticələrə gətirib çıxarır:
-Liderlərin daha çox sadə xuliqanlıq kimi qəbul etdiyi üsyan və qiyamdan fərqli olaraq, hakimiyyət daxilindəki digər qruplaşmaların nümayəndələri tərəfindən edilən hücumlar ciddi siqnal kimi qəbul olunur. Belə ki, liderlər anlayırlar ki, hakimiyyətdə qalmaq üçün vəziyyəti kökündən dəyişmək lazımdır. Hətta, çevrilişin müvəffəqiyyətlə yatırılması barəsində danışərkən, hər ölkə lideri çevriliş törətmək istəyənlərin hələ nə qədərinin azadlıqda qaldığına və çevrilişin baş tutmamasına baxmayaraq, onların əhvalının hökumət əleyhinə güclənməsinə və ya zəifləməsinə tam əmin ola bilməz. Çünki çevrilişin yatırılması, çevrilişə gətirib çıxaran şəraiti dəyişmir…

Tayn və Pauell cəmiyyətin demokratikləşməsinin ölçü meyarı kimi “Polity IV” indeksindən istifadə ediblər. Bu indeksə görə, Türkiyə çevrilişlər baş verən ölkələrə nisbətən, daha demokaratik hesab olunur. Onu da bildirmək gərəkdir ki, demokratiya təcrübəsi çevrilişdən sonra demokratikləşmənin yüksək olacağının etibarlı əlamətidir.

Tayn və Pauell yazırlar ki, uğursuz çevrilişdən sonra, lider elita sıralarında təmizləmə aparır, ordunu zəiflədir və özünə sadiq olan silahlı dəstələrə daha çox səlahiyyətlər verməyə çalışır. Lakin bütün bunların hamısı ölkənin hərbi potensialının zəifləməsinə gətirib çıxarır. Türkiyə hal-hazırda bunu özünə rəva görə bilməz. Çünki Türkiyə kürd separatçıları ilə müharibə aparır və ölkənin qərbində -Suriyadakı hərbi kampaniyada mühüm rol oynayır.

Bu məntiqə uyğun olaraq, Ərdoğan çevrilişdə iştirak edənlərə qarşı həyata keçirdiyi sərt tədbirləri durdurmalıdır. Bir tərəfdən Ərdoğan potensial qəsdçilərə göstərməlidir ki, qiyam etməyin axırı hədsiz pis bitir, amma digər tərəfdən isə, əgər o hakimiyyəti cəmləmək istəyirsə, onda Türkiyənin uzunmüddətli günahkar axtarışı dövrünə girməsi, təmizləmələrin uzadılması, iqtisadi qeyri-müəyyənlik və ordunun zəiflədilməsi kimi hallar baş verməməlidir.

Yəqin ki, indi Türkiyə lideri çox acıqlıdır və ona görə də, qısamüddətli dövrü əhatə edən düşüncələrə meyllənir. Ərdoğan ölkə daxilində öz rejiminə olan dəstəyi möhkəmləndirmək üçün AvropaABŞ-ı kəskin tənqid edir və hər yerdə potensial düşmənlər axtarır. Ancaq o uzaqgörən siyasət aparmasaydı, 2003-cü ildən indiyədək hakimiyyətdə qala bilməzdi. Hansısa bir anda Ərdoğan çevrilişin əsl səbəbləri barəsində düşünməlidir. O, represiyaları zəiflətməli və yenidən investorların cəlb olunmasına cəhd göstərməlidir. Ola bilər ki, Türkiyə çevrilişdən əvvəlkinə nisbətən daha liberal bir ölkə olacaq.

Amma bu, sadəcə ehtimaldır. Hər halda çevrilişlərin qarşısının alınması heç zaman 100% effektli olmur. Əgər Ərdoğan öz qəzəbini sakitləşdirməsə, onda o, çox tezliklə, daha yaxşı təşkil edilmiş çevrilişlə toqquşa bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar