Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan getsə, Türkiyə batar!


Getdikcə daha aydın görünür ki, Türkiyə ətrafında baş verənlər təkcə prezident Rəcəb Tayyib Ərdoğanla bağlı deyil. Nə olsun ki, bütün ittihamlar Ərdoğana, onun komandasına, yaxınlarına yönəlib. Hədəfdə qardaş Türkiyə dövlətidir


Dünyaya hegemonluq iddiasında olan güclər 7 bölgə, 81 vilayətə, ümumilikdə 780,000 km2 əraziyə, 80 milyonluq əhaliyə malik qos-qoca dövlətin varlığını sinirə bilmirlər. İmperialist güclərə, laboratoriyalarda yeni planlar hazırlayan qüvvələrə gücdən düşmüş, parçalanmış Türkiyə, “üzüyola” rəhbər lazımdır. Bəlkə də vaxtilə Türkiyəyə o qədər də önəm verməyiblər, yoxsa bu tək müsəlman və türk dövlətini alyansa üzv etməzdilər, Avropa Birliyindən uzaqda qoyduqları kimi.

Başı vüqarlı, qürurlu Türkiyə dünya güclərinə gərək deyil. Onlar NATO-dakı müttəfiqlərinin başına müsibətlərin gəlməsini istəyirlər. Ondan sonra isə başı üzərində dayanıb Türkiyənin gününə saxta göz yaşları tökmək niyyətindədirlər. Necə ki, Misir, Suriya, Yəmən, İraq, Liviya viran qalıb.

Türkiyəni dəfələrlə ürəyindən vurdular. Düşündülər ki, sonda Türk xalqı qalxıb terrorçuları yox, hakimiyyəti suçlayacaq və ölkə qarışacaq. Ancaq qardaş ölkənin toplumu heç zaman sayıqlığını itirmədi, terroru lənətləmək üçün iqtidarlı-müxalifətli hamı yekdil mövqe nümayiş etdirdi, türk düşmənlərinin niyyəti faş oldu.

2016-cı ilin 15 iyulda dövlət çevrilişinə cəhd də eyni planın tərkib hissəsi idi.

Xatırlayaq: çevriliş cəhdindən əvvəl nə baş vermişdi? Çevrilişdən cəmi iki ay əvvəl Avropa Parlamentindən xəbər gəlmişdi ki, Türkiyə vətəndaşlarının Avropa İttifaqına (Şengen zonasına) vizasız gediş-gəlişi ilə bağlı müzakirələr dayandırılıb.

Səbəb: “Ankara bütün tələbləri tam yerinə yetirənə yetirməyib”. Təsəvvür edin, Türkiyə dövləti qarşısına terrorçularla bağlı (!) şərt qoydular. Sadəcə Türkiyəni qapı arxasında saxlamaq üçün bəhanə idi. Qadınlara seçib-seçilmək hüququnu Avropa ölkələrindən on illər öncə verən Atatürk Türkiyəsini Avropa ailəsinə üzv etmək istəmirlər.

Hansı ki, razılaşmada bəyan olunmuşdu ki, Avropa Birliyi 2018-ci ilə qədər Ankayara 6 milyard avro yardım ayıracaq və qısa müddətli səfərlər üçün viza rejimini ləğv edəcək. 2018 başa çatır, amma Türkiyəyə bir manat da ayrılmayıb. Hələ vizasız gəliş-gedişi bir yana. Baxmayaraq ki, Ankara 3 milyon qaçqını ağuşuna alıb, onların qabağını açıb “gəlin, gedin Avropaya” demir.

Təsəvvür edin, Almaniya 150 min miqrantın əlində yesir günündə qalıb, hətta onlara 3 min avro, bir illik kirayə xərci ödəməyə hazırdır ki, vətənlərinə qayıtsınlar. Merkelin ittiham etdiyi Türkiyə isə 3 milyon insana sahib çıxıb. Bunun “mükafatı” isə 15 iyul çevriliş cəhdi oldu.

İndi də Rza Zərrab məsələsi…Ortada hansısa qanunsuzluqların, korrupsiya əməllərinin olub-olmamasını istintaq araşdıracaq. Ancaq görünən budur ki, Rza Zərrabdan da əslində Türkiyəyə qarşı istifadə olunur. Sanksiyalara baxmayaraq, Türkiyənin İranla ticarəti böyük güclərin xoşuna gəlməyib. R.T.Ərdoğan 5 dekabrdakı çıxışında “ABŞ-ın artıq Türkiyəyə qarşı bir planı olduğu aydın görünür” deməklə təhlükələrin hardan gəldiyinə işarə etdi.

Zənnimcə, indiki məqamda Ərdoğanın istefa verib kənara çəkilməsi Türkiyənin dərin bir uçuruma yuvarlanmasına səbəb olar. Çünki bu gün o, ölkədə alternativsiz liderdir. Bir dostumuzun sözü ilə desək, Ərdoğan yıxılsa, Türkiyə yıxılar. Reallıq budur ki, Ərdoğan Türkiyə deməkdir.

Bəlkə də alternativsizlik təəssüf doğuran haldır, amma reallıqdır. Az qala bütün dünya üstünə düşüb, AKP iqtidarını devirmək istəyir. Lakin devrilsə, Türkiyə də batacaq. Orta Şərqdə prezidentlərin devrilməsi ilə müşayiət olunan hadisələri unutmayaq. Türkiyə kimi dayağımızın başından bir tük əskik olmasını istəmərik. Bu gün Azərbaycan da hədəfdədir.

Ərdoğan “dünya 5-dən böyükdür” dediyi üçün hədəfdədir. Ərdoğan Avropa Birliyi bizi qəbul etmirsə, bizim də ora üzvlük üçün ürəyimiz getmir” mövqeyi çıxış etdiyi üçün qəzəbə tuş gəlir. Avropa sazişə əməl etməməklə əslində Türkiyə vətəndaşlarına sanksiya tətbiq etdi.

Görünən budur ki, Türkiyəyə Ərdoğan yaxud Kılıcdaroğlunun rəhbərlik etməsi xarici qüvvələrin qardaş ölkəyə münasibətini dəyişməyəcək. İqtidar da, müxalifət də milli məsələlərdə yekdildir, bir yerdədir. Necə ki, 15 iyul hadisələrində baş milliyyətçi Bahçeli iqtidarın yanında dayandı. Türkiyə siyasətçiləri bilirlər ki, ortada 700 illik tarixi olan Osmanlının varisinin varlığı məsələsi var.

Allah Türkiyəmizi qorusun!

Elşad PAŞASOY(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar