Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Rusiyaya yola düşdü: Gündəmdə Qarabağ da var

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başlayıb


“Report” xəbər verir ki, onu Ankaranın Esenboğa hava limanından dövlət və hökumət rəsmiləri yola salıblar.

Türkiyə prezidenti səfərə yol düşməmişdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib ki, Rusiya prezidenti Vladimir Putinlə görüşdə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsini, viza rejiminin ləğvini, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini, Suriya böhranını və bölgədəki digər problemləri müzakirə edəcəklər.

R.T.Ərdoğan xatırladıb ki, ABŞ prezidenti Donald TrampRusiya rəhbəri Vladimir Putin Suriya ilə bağlı birgə bəyanat veriblər və Suriyanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini vurğulayıblar. Türkiyə prezidenti bu məsələni V.Putinlə müzakirə edəcək.

R.T.Ərdoğan Rusiya ilə birlikdə həyata keçirilən "Akkuyu" Atom Elektrik Stansiyasının tikintisini, “Türk axını” təbii qaz kəməri layihəsinin vəziyyətini də V.Putinlə müzakirə edəcəklərini vurğulayıb.

O, Rusiyadan sonra noyabrın 14-də Küveytə, noyabrın 15-də isə Qətərə səfər edəcək.

Xatırladaq ki, Türkiyə və Rusiya prezidentləri sonuncu dəfə 2017-ci il sentyabrın 28-də Ankarada görüşüblər.

*   *   *

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək.

Onun Rusiya prezidenti Vladimir Putinlə Soçi şəhərində görüşü nəzərdə tutulub.

Görüşdə Suriya məsələsi, regional əməkdaşlıq, terrorla mübarizə məsələləri müzakirə ediləcək.

Daha əvvəl jurnalistlərə açıqlamasında R.T.Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşdə Dağlıq Qarabağ məsələsini də müzakirə edəcəyini açıqlayıb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar