Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Qüdsə “Müsəlman NATO-su” göndərmək istəyir


Üç milyon canlı qüvvəsi olan ordu Fələstinə göndərilə bilərmi?


Türkiyə Fələstinə ordu göndərilməsi təklifi ilə çıxış edib. İlk dəfə bu barədə prezident Ərdoğan ötən həftə İstanbulda keçirilən Qüds toplantısında açıqlama verib. Ərdoğan deyib ki, müsəlman aləmi Fələstində öldürülən günahsız insanlara sahib çıxmalı, onları İsrail təcavüzündən qorumaq üçün ordu göndərməlidir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yerli mediada yayılan açıqlamasında bildirib ki, ilk dəfə olaraq müsəlman aləmi qərar qəbul edib, Fələstin sakinləri və Qüds şəhərini qorumaq üçün bölgəyə beynəlxalq sülhməramlı qüvvələr göndəriləcək. Sitat: “Və təbii ki, bunu beynəlxalq ictimaiyyətlə birlikdə edəcəyik. Çünki bu sadəcə, müsəlmanların dərdi deyil. Üç səmavi dinin və səmavi dinlərə inananların problemi və məsuliyyətidir”.

Doğrudur, Çavuşoğlu düzəliş edərək Qüdsə beynəlxalq güc göndəriləcəyini bildirib. Ancaq həm o, həm də prezident Ərdoğan müsəlman aləminin Qüdsə qüvvə göndərəcəyini bildirib. Söhbət hansı qüvvədən gedir? Müsəlman aləminin birləşdiyi hərbi alyans varmı? Və bu alyans İsrail ərazisinə daxil ola bilərmi?

Əvvəlcə ondan başlayaq ki, bu təklif yeni deyil, daha əvvəl də belə bir iddialarla çıxış edənlər vardı. Hətta bir qədər əvvəl Qərb mediası da müsəlman hərbi alyansının İsrailə hücuma hazırlaşdığı haqda yazılar dərc edib. Ancaq müsəlman ölkələrinin hərbi alyansının olması və onun İsrail ərazilərinə yeridilməsi ciddi bir mübahisə mövzusu ola bilər. Əvvəlcə müsəlman ölkələrinin hərbi koalisiyası haqda öyrənək.

Müsəlman ölkələrinin hər alyansı, bir zamanlar hətta “Müsəlman NATO-su” adı verilən hərbi koalisiya 2015-ci il noyabrın sonlarında Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərində elan edilib. Hərbi Koalisiyaya Pakistanın keçmiş ordu komandanı Rahil Şərif rəhbərlik edəcəyi elan olunub. Eyni zamanda ər-Riyadda İslam ölkələri koalisiyasının müdafiə nazirlərinin ilk yığıncağını keçirib. 41 ölkənin təmsil olunduğu toplantıya Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadəsi Məhəmməd İbn Salman rəhbərlik edib.

Ər-Riyad sammitində elan olunub ki, üzv ölkələr qlobal terrorizm və ekstremizmlə mübarizədə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək. Şərif görüş iştirakçılarına müraciətində bildirib ki, koalisiya antiterror əməliyyatları və üzv ölkələrin kəşfiyyat məlumatlarının mübadiləsi yolu ilə terrorizm əleyhinə mübarizəyə platforma olacaq. Ancaq İran, İraq, Suriya kimi ölkələr koalisiyaya qoşulmayıb.

Hərbi alyansda 34 ölkə iştirak edir. Hərbi ittifaqın mərkəzi Səudiyyə Ərəbistanında yerləşir, əsas təşkilatçı da Krallıqdır. Türkiyənin də qatıldığı bu ittifaqın ümumi ordularının sayı 3 milyon 363 min hərbçi və 19471 tank olmaqla böyük bir ordu hesab olunurdu. Rəsmi elan olunmuş məlumata əsasən, koalisiyaya Səudiyyə Ərəbistanı, Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Banqladeş, Bəhreyn, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Mali, Maldiv adaları, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən daxildir.

Azərbaycan tərəfi ər-Riyad sammitinə qatılsa da, İslam Koalisiyasına rəsmi olaraq qoşulmayıb. Hətta bir dəfə Pakistan mediasında Azərbaycanın da koalisiyaya qoşulacağı yazılsa da, sonradan XİN xəbəri təkzib etdi.

Hətta koalisiyanın yaranması münasibəti ilə ər-Riyadda Türkiyə hərbçilərinin də iştirak etdiyi hərbi parad keçirilib. Ancaq ötən 2 il yarım ərzində müsəlman hərbi alyansı hər hansı ciddi fəaliyyəti ilə yadda qalmayıb. Təsis sammitində elan olunduğu kimi, alyans müharibə gedən müsəlman ölkələrinə - İraq, Suriya, Misir və Əfqanıstana əsgər göndərmədi. Hazırda isə böyük ölçüdə unudulmuş və ya arxa plana keçmiş kimi görünür.

Qeyd edək ki, bir qədər əvvəl Qərb mediasında yayılan analizlərdə İsrailə ordu göndərməyə hazırlaşan İslam Alyansının ilk hücumda 250 min əsgərlə iştirak edəcəyi və bu zaman regionların kritik məkanlarında yerləşən yer, hava və dəniz bazalarından istifadə olunacaq. Vahid bazalar qısa müddət ərzində tikiləcək. 500 tankı, 100 təyyarəni, 500 hücum vertolyotunu səfərbər etmək üçün çox vaxt tələb olunmayacaq.

İndi isə müsəlman ölkələrinin Fələstinə ordu göndərilməsi məsələsi gündəmə gəlib. Doğrudanmı, müsəlman ölkələri bunu bacara bilər? Məsələ ondadır ki, İslam Koalisiyası adlı qurumun hədəfləri sırasında İsrailin adı keçməyib. Hətta yarandığı zaman müsəlman ölkələrinin hərbi ittifaqı üzv ölkələrdə, o cümlədən müsəlman dünyasında terrorizmə, o cümlədən İŞİD-ə qarşı mübarizə aparacağı qeyd olunsa da, İsraildən bəhs olunmayıb. Digər tərəfdən, Türkiyənin belə bir planı olsa da, ABŞ-ın bu planı qəbul edib-etməyəcəyi məlum deyil. ABŞ imtina edərsə, o zaman Vaşinqtonun region müttəfiqləri olan Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Küveyt və digər ölkələrin bu plana dəstək verməsi real deyil. Səudiyyə Ərəbistanı isə İslam Koalisiyasının əsas sponsor və təşkilatçısıdır, onun imtinası bu prosesi tamamilə poza bilər. Bu mənada Türkiyənin çağırışının reallaşması indiki şərtlərdə çox çətindir.(Yeni Müsavat)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar