Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Pentaqon rəsmisini əxlaqsız adlandırdı


“Məni ən çox narahat edən mütəffiq olaraq görüdüyümüz, siyasi və hərbi sahədə dərin münasibətlərimizin olduğu ölkələrin göstərdiyi riyakarlıqdır”


AzVision.az “Hüriyyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Türkiyə ordusunun keçirdiyi əməliyyat nəticəsində Suriyanın Afrin bölgəsində mülki şəxslərə ziyan dəyməsi barədə əsassız və yalan bəyanatlar verib:

“Ay vicdansız, ay əxlaqsız, Suriyada Şərqi Qutada hər gün yüzlərlə qadının, uşağın, mülki şəxslərin qətlə yetirilməsindən narahat olmursunuz, terrorçulara qarşı aparılan mübarizə sizi narahat edir? Yalan və düzgün olmayan xəbər yayırsız. Əgər biz mülki vətəndaşlarla terrorçuları ayırmasaydıq, Afrində əməliyyat çoxdan bitmişdi. Bizi terror təşkilatına pulu, silahı kimin verdiyi maraqlandırır. ABŞ dövlət büdcəsindən terrorçulara 500 milyon dollar dəstək verəndə onlara haqlı olduqlarını deyəcəyik? Əvvəl Menbiçi PYD/YPG terrorçularından təmizləyəcəyik. Sonra Fərat çayının şərqini suriyalılar və Türkiyə üçün təhlükəsiz edəcəyik”.

Ərdoğan qeyd edib ki, Afrində keçirilən əməliyyatda 1873 terrorçu məhv edilib, 415 km ərazi nəzarətə alınıb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar