Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Azərbaycana gəlir


Yeni prezident ilk rəsmi səfərini ölkəmizə və Kiprə edəcək


Türkiyədə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan cümə axşamı günü Partiyasının (AKP) İdarə heyətinin toplanacağını bildirib. 

O idarə heyətinin yığıncağı sonrasında yeni baş nazirin müəyyən olmasının mümkünlüyünü də dilə gətirib. 

Prezidentliyin əhəmiyyətindən danışan Ərdoğan artıq hazırki iqamətgahından da köçəcəyini də bildirib. 

Növbəti baş naziri kimin seçəcəkləri haqqında danışan Ərdoğan “indi nəsib olsa cümə axşamı günü bir İdarə heyətinin konfransını edəcəyik. Konfransda bir çox mövzu ilə bərabər bu mövzunu da yenə aramızda müzakirə edəcəyik. Toplantıdan sonra hər şey aydın olacaq” deyib.

Bundan əlavə Ərdoğan Prezident kimi ilk səfərini Azərbaycan və Şimali Kiprə edəcəyini bildirdi.

“İlk xarici ziyarətimi Azərbaycan və Şimali Kiprə edəcəyəm”- deyə Rəcəp Tayyip Ərdoğan rəsmi elan etdi. 

Qeyd edək ki, Ərdoğanı prezident seçilməsi münasibəti ilə təbrikində Azərbaycanın dövlət başçısı onu ölkəmizə səfərə dəvət edib. 

Ümumiyyətlə Azərbaycan və Türkiyənin dövlət başçıları seçkilərdən sonra ilk rəsmi səfərlərini bir qayda olaraq qardaş ölkəyə gerçəkləşdirirlər.(ans press)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar