Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Almaniyanın iqtidar partiyalarını türk düşməni adlandırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya hökumətini və bu ölkənin aparıcı siyasi partiyalarını sərt tənqid edib

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan cümə namazından çıxarkən sualları cavablandırıb. 

O, Almaniya kansleri Angela Merkelin Türkiyə ilə Avropa İttifaqı arasında gömrük birliyi müqaviləsinin yenilənməsinə və Türkiyəyə Aİ xətti ilə maddi yardımları ayrılmasına qarşı çıxmasına münasibət bildirib.
 
R. T. Ərdoğan deyib ki, seçki ərəfəsində olan Almaniya öz daxili çəkişmələrini dövlətlərarası münasibətlərə daşıyır: “Almaniya Aİ qaydalarına əməl etməyən ölkədir. Aramızdakı problemlərə görə məsuliyyət daşıyan axtarılırsa, bu, Almaniyadır. Orada 25-30 gün sonra keçiriləcək seçki öncəsində xristian-demokratlar və sosial-demokratlar az qala “Türkiyəni nə qədər çox sıxışdırsaq, o qədər səs alarıq” havasına düşüblər. Mən də Almaniyadakı bütün soydaşlarımıza deyirəm ki, qətiyyən səhv edib bunları dəstəkləməyin. Nə xristian-demokratları, nə sosial-demokratları, nə yaşılları. Bunların hamısı türk düşmənidir. Orada hazırda Türkiyəyə qarşı düşmənçilik etməyən partiyalara dəstək verin. Çünki artıq bu, Almaniyada yaşayan bütün vətəndaşlarımızın qürur məsələsidir. Orada 1 milyona yaxın səs hüququ olan türk seçici var. Düşünürəm ki, onlar Türkiyəyə bu cür hörmətsizlik edən siyasi partiyalara lazımi dərsi verməlidir”.
 
R. T. Ərdoğan Almaniyadan orada olan türkiyəli terrorçuların təhvil verilməsini istədiklərini, şəxsən özünün Angela Merkelə 4500 terrorçunun siyahısını təqdim etdiyini, lakin hər hansı nəticə əldə olunmadığını söyləyib: “Hazırda onların bizdə həbsdə olan 3-5 vətəndaşı var, davamlı onları bizdən istəyirlər. Lakin onların məhkəmələri varsa, bizlərin də var. Məhkəmə bu məsələdə qərarını verməlidir, sonra lazım olan nədirsə, onu edərik”.
 
Qeyd edək ki, hazırkı Almaniya hökuməti xristian-demokratlar və sosial-demokratların koalisiyasından ibarətdir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar