Şənbə, 23 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Ərdoğan: “İyulun 10-da Azərbaycanda birgünlük səfərdə olacam” - Video


“Türkiyə və Azərbaycan münasibətləri ən yüksək səviyyədədir”...


Türkiyə və Azərbaycan münasibətləri ən yüksək səviyyədədir və daha da inkişaf edəcək. 

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R.T.Ərdoğan həmçinin qeyd edib ki, Türkiyənin yeni seçilmiş prezidenti qismində ilk səfərini məhz Azərbaycana edəcək.

Türkiyə Prezidenti əlavə edib: "Azərbaycana səfərim iyulun 10-da baş tutacaq və səfər birgünlük olacaq".

Xatırladaq ki, iyulun 4-də Türkiyə Mərkəzi Seçki Komissiyası prezident və parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.

Yekun nəticələrə əsasən Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində 52,59 faiz, Muharrem İncə 30,64 faiz, Meral Akşener 7,29 faiz, Səlahəddin Demirtaş 8,4 faiz, Təməl Karamollaoğlu 0,89 faiz, Doğu Perinçek 0,2 faiz səs toplayıb.

Parlament seçkilərinə gəldikdə isə Ədalət və İnkişaf Partiyası (AKP) 42,56 faiz, Milliyətçi Hərəkat Partiyası (MHP) 11,1 faiz, Cümhuriyyət Xalq Partiyası (CHP) 22,65 faiz, İYİ partiyası 9,96 faiz, Xalqların Demokratik Partiyası (HDP) 11,7 faiz, Səadət Partiyası (SP) 1,23 faiz, Vətən Partiyası (VP) 0,23 faiz səs toplayıb.

Beləliklə, parlamentdə AKP 295, MHP 49, CHP 146, İYİ partiyası 43, HDP 67 millət vəkili ilə təmsil olunacaq. SP və VP parlamentdə təmsil olunmayacaq.

Qeyd edək ki, R.T.Ərdoğanın andiçmə mərasimi iyulun 9-da keçiriləcək.

Etiket:
loading...