Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərazi bütövlüyü pozulmuş Gürcüstanın NATO-ya üzv olması mümkündür?


Natiq Miri: “NATO ölkələri narahatdır ki, Rusiya bu məsələyə səthi yanaşmayacaq və ola bilsin ki, Gürcüstana qarşı işğalçı siyasətini davam etdirəcək”


Ədalət Verdiyev: “Bəzi ekspertlər ərazi problemləri olan bir dövlətin NATO-ya üzv olmasının mümkün olmadığını vurğulasa da, bunların hamısı boş iddialardır”.

Bir neçə gün əvvəl Gürcüstanın NATO-ya girməsi ilə bağlı tarix açıqlandı. Gürcüstanın baş naziri Gerogi Kvirikaşvili ötən həftə bildirib ki, 2021-ci ildə Gürcüstan Şimal Alyansına üzv ola bilər. Bunun üçün sadəcə NATO özündə güc tapmalıdır. Gürcüstanın alyansa üzv olmasını NATO-nun baş katibi Yens Stoltenberqdə dəstəkləyib. Varşavada keçirilən NATO Parlament Assambleyasının sessiyasında Stoltenberq deyib ki, Gürcüstan NATO-ya üzv olmaq üçün bütün şərtləri yerinə yetirib. Gürcüstanın baş naziri Gerogi Kvirikaşvili də öz növbəsində qeyd edib ki,  NATO-ya üzvlük ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi zərurətindən irəli gəlir və böyük əhəmiyyət kəsb edir. Bu ilin mart ayında isə Gürcüstan prezidenti Georgi Marqvelaşvili bəyan etmişdi ki, Gürcüstan NATO-ya üzv olmaq üçün bütün “ev tapşırıqlarını” yerinə yetirib. 

Xatırladaq ki, ötən ilin sentyabrında ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bəyan etmişdi ki, NATO-nun genişlənməsi haqda qərar verildikdən sonra Tiflis NATO-nun ilk sıralarında yer almağa hazır olmalıdır.

Bilirik ki, Gürcüstanda hal-hazırda iki dondurulmuş münaqişə var və Gürcüstanın ərazi bütövlüyü Rusiya tərəfindən pozulub. Seperatçı Abşaziyanın və Cənubi Osetiyanın müstəqilliyi RusiyaRusiyanın əlaltısı olan bir neçə ölkə tərəfindən tanınıb. Bu durumda Gürcüstanın NATO-ya üzv olması nə qədər mümkündür və ərazi bütövlüyü pozulmuş bir ölkənin NATO-ya üzv olması bu hərbi ittifaqı avtomatik olaraq Rusiya ilə müharibə vəziyyətinə gətirərmi? Ümumilikdə isə Gürcüstanın NATO-ya üzv olması Cənubi Qafqazdakı geosiyasi vəziyyəti necə dəyişə bilər? Və Gürcüstanın NATO üzvü olmasının Azərbaycan üçün hansı müsbət və mənfi tərəfləri var?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Natiq Miri və ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib.

Image result for natiq miri
Natiq Miri: “NATO gələcəkdə də Rusiyanın “əhatə dairəsi” saydığı ərazilərə yaxınlaşarsa, Rusiya bu bölgələrdə işğalı davam  etdirəcəyi ilə bağlı NATO-nu təhdid və xəbərdarlıq edir”.  


Gürcüstandan sonra NATO-nun Azərbaycanı da öz üzvlüyünə daxil etməsinin gözlənilən olduğunu vurğulayan Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə görə, Rusiya bu gedişatı bildiyinə görə Gürcüstanın NATO üzvü olmamasına can atır:

“Gürcüstanın NATO-ya üzv olması məsələsi bütün NATO ölkələrini narahat edir. NATO ölkələri narahatdır ki, Rusiya bu məsələyə səthi yanaşmayacaq və ola bilsin ki, Gürcüstana qarşı işğalçı siyasətini davam etdirəcək. Hətta srağagün Rusiya rəsmilərinin, xüsusən də Kremlin sözçüsü  Dmitri Peskovun açıqlamasına görə, NATO  getdikcə  Rusiyanın sərhədlərinə doğru irəliləyir və bu cür addımlar davam etsə, Rusiya adekvat cavab verəcək.  Bu açıqlama ilə Peskov Ukraynanın bəzi əyalətlərinin Rusiya tərəfindən işğalını nəzərdə tuturdu. Yəni NATO gələcəkdə də Rusiyanın “əhatə dairəsi” saydığı ərazilərə yaxınlaşarsa, Rusiya bu bölgələrdə işğalı davam  etdirəcəyi ilə bağlı NATO-nu təhdid və xəbərdarlıq edir.  

Bu baxımdan NATO ölkələrində də narahatlıq hiss olunur. Əslində Rusiyanın təhdidi realdır və onun aqressiv siyasəti bütün dünyaya bəllidir. Ona görə də məsələnin hələlik birmənalı həllini tapdığını demək çox çətindir. Ola bilsin ki, bu məsələdə ABŞ bir növ liderlik edir. Çünki digər NATO ölkələri, xüsusən də NATO-nun Avropadan olan ölkələri bu məsələyə hələlik çox ehtiyatlı yanaşırlar. Bu ehtiyatlı yanaşma  Rusiyanın öz aqressiyasını davam etdirməsi ilə bağlıdır.


Natiq Miri: “NATO Cənubi Qafqazın giriş qapısı olan Gürcüstana gəlirsə, deməli, bu proses davamlı olacaq”.


NATO adətən bu cür münaqişənin olduğu ölkələri öz üzvlüyünə qəbul etmir. Sadəcə NATO çalışır ki,  Gürcüstan və NATO-ya üzv olan digər ölkələrdə bu cür münaqişələr həll olunsun. Yanlız bundan sonra həmin ölkələri NATO üzvü olaraq, qəbul edir. Çünki bu cür münaqişələr həllini tapmadığı təqdirdə Gürcüstanı aşaraq, birbaşa NATO-ya transfer olur. Bu isə Gürcüstan-Rusiya qarşıdurması çərçivəsindən çıxır və NATO-Rusiya qarşıdurmasına şərait yaradır. Təbii ki, bu vəziyyət qlobal böyük təhlükə yaradır. 

Əgər NATO həqiqətən də Gürcüstanı öz daxilinə qəbul  edəcəksə, bu addım Cənubi Qafqazda sonuncu ölkəyə qarşı aprılmış addım olmayacaq. NATO Cənubi Qafqazın giriş qapısı olan Gürcüstana gəlirsə, deməli bu proses davamlı olacaq. Gələcəkdə Gürcüstandan sonra Azərbaycanla da bu yöndə işlər aparıla bilər. Ona görə də Rusiyanın bu məsələyə münasibəti həlledici olacaq”.

Image result for ədalət verdiyev

Ədalət Verdiyev: “Ərazi problemləri olan dövlətin NATO-ya üzv ola bilməyəcəyi barədə şayiələr əsasən Rusiya mətbuatından yayılır”.


Gürcüstanın NATO üzvü olmaqistəyindəki əsas məqsədin ABŞ-la müttəfiqlik olduğunu qeyd edən hərbi ekspert Ədalət Verdiyevin fikrincə, bütün hallarda Gürcüstanın üzvlüyü Azərbaycana mənfi təsir etməyəcək:

“Məlumdur ki, Gürcüstanın dondurulmuş münaqişələri mövcuddur. Bəzi ekspertlər ərazi problemləri olan bir dövlətin NATO-ya üzv olmasının mümkün olmadığını vurğulasa da, bunların hamısı boş iddialardır. Sadəcə NATO-ya üzv olacaq dövlətlər üçün qoyulan bir sıra qaydalar  mövcuddur. Birincisi, həmin dövlətin Avropada yerləşməsi şərtdir. İkincisi, qəbul olunacaq dövlət NATO prinsiplərinə sadiq olduğunu bəyan etməlidir. Gələcəkdə NATO-nun inkişafı  istiqamətində fəaliyyət göstərməlidir. Üçüncüsü, NATO-nun digər üzvlərinin hamısının razılığı olmalıdır. Burada istisna olaraq sadəcə bir dövlət razılıq verməzsə, həmin namizəd dövlət üzv qəbul oluna bilər. 

Ərazi problemləri olan dövlətin NATO-ya üzv ola bilməyəcəyi barədə şayiələr əsasən Rusiya mətbuatından yayılır. Yəni, hər bir dövlətin ərazisində belə bir problemlər olduğuna görə əhalini ziyanlı informasiya ilə doydurmaq məqsədi daşıyır. NATO-nun problemli ərazi ilə bağlı qaydası yoxdur və olmayıb. Sadəcə problemli ərazi ilə bağlı qayda  onların indivuadal tərəfdaşlıq proqramına aiddir. Bu tərəfdaşlıqda yazılıb ki, ərazi problemləri olan  namizəd dövlət məsələnin sülh yolu ilə həll olunmasına üstünlük verdiyini sübut edərsə, bu qayda avtomatik aradan qaldırılır. 

Diqqətinizə çatdırım ki, Xorvatiya, Türkiyə, Yunanıstan və Almaniyanın ərazi problemləri ola-ola Şimal Alyansına üzv qəbul edilib. Hətta Türkiyə ilə Yunanıstanın ikisi eyni gündə NATO-ya üzv qəbul edilmişdi. Halbuki bu iki ölkə arasında Kipr kimi qlobal bir problem var. Xorvatiyanın isə bütün qonşuları ilə irili-xırdalı ərazi problemləri var. Yəni ki, problemli ərazi ilə bağlı qayda olsaydı, bu dövlətlərə də tətbiq olunardı. 

Ədalət Verdiyev: “Azərbaycan gec və ya tez NATO üzvü olacaq”.


Fikrimcə, Gürcüstanın üzvlüyə can atmasında  NATO-dan çox,  ABŞ-ın müttəfiqi olmaq niyyəti daha aydın sezilir. Gürcüstanın üzvlüyünün Azərbaycan üçün heç bir mənfi təsiri olmaycaq. Azərbaycan Gürcüstanla dost dövlətdir və strateji əməkdaşlıq mövcuddur. İndiyə qədərki problemlər ortaq məxrəcə gəlinərək həll olunub. Və heç bir zaman ciddi siyasi, iqtisadi və hərbi gərginliyə səbəb olacaq problemlər yaşanmayıb. 

Gürcüstanın NATO-ya üzv olmasının müsbət tərəflərindən biri də odur ki, Azərbaycan ordusu NATO üzvü olan bir dövlətin inkişaf templərindən yararlana bilər. Əslində Azərbaycan NATO ilə əməkdaşlığa Gürcüstandan öncə başlayıb. Sonradan bəlli səbəblərdən dolayı bu əməkdaşlığın inkişaf tempi nisbətən  zəiflədi. Azərbaycan gec və ya tez NATO üzvü olacaq. 

Mən özüm 1997-ci ildən Gürcüstan hərbçiləri ilə Türkiyədə, həmçinin Bakıdakı  NATO təlimlərində iştirak etmişəm.  Bu proqramda zərərli heçnə yoxdur. Əksinə dünyanın ən müasir, inkişaf etmiş orduları bərabər məlumat paylaşımı, texnologiyanın inkişafı və digər orduların müasir standart səviyyəyə gətirilməsində bir-birilərinə yardım edirlər”. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar