Dekabrın ortalarında əkiz övladı dünyaya gələn müğənni Enrike İqlesias qızı Lüsi ilə videosunu paylaşıb
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, rusiyalı idmançı Anna Kurnikova ilə vətəndaş nikahında yaşayan Enrike video-görüntüdə qızını öpüşlərə qərq edir. Qızının dilindən “Ata, məni bu qədər çox öpmə” söyləyən İqlesisasın səmimi davranışları izləyicilərin tərif dolu sözləri ilə qarşılanıb. Enrikinin videosu gün ərzində 2,7 milyon istifadəçi tərəfindən bəyənilib. Onlar Lüsinin Annaya daha çox oxşadığını qeyd ediblər.
Qeyd edək ki, Enrikinin Nikolas adlı bir oğlu da var.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/zHeryo-37u8" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen></iframe>
pia.az