Xəbər xətti

25 NOYABR

0:25 Lionel Messi dördüncü dəfə “Qızıl buts” aldı

0:13 Yuxuya nəzarət edən “ağıllı” üzük

0:01 Bu gün bürcünüz nələr vəd edir?

24 NOYABR

23:50 Azərbaycan XİN Misirdəki terror aktını pisləyib

23:41 Qazaxıstanda çadradan istifadə qadağan olunur

23:30 Arxiv sənədlərindən çıxarışların verilməsinə görə rüsum ödəniləcək

23:27 Batumidə hotel yanır: 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb - Yenilənib

23:19 Zimbabvenin yeni prezidenti and içdi

23:07 Londonda metroda atışma barədə məlumat təsdiqini tapmayıb

22:59 Gəncədə avtomobil maneəyə çırpılıb - Xəsarət alan var

22:45 London metrosunda silahlı insident baş verib - Yaralanan var

22:34 Bu gün Eyfel-in işıqları söndürüləcək

22:20 Bir ilə 60 kiloqram arıqlayan aktyor: “Bu qədərini gözləmirdim”

22:08 Tramp Ərdoğana zəng etdi: Soçi müzakirəsi...

21:55 Braziliyada ABŞ-ın vitse-konsulu güllə yarası alıb

21:40 Avroliqada həftənin futbolçusu məlum olub

21:27 Batumidə hoteldə yanğın başlayıb, insanlar təxliyə olunur

21:15 “Luqansk Xalq Respublikası”nın rəhbəri istefa verib

21:03 Formula 1 Azərbaycan Qran-Prisinin qalibi Bakıya gələcək

20:55 Gəncə sakini özünü bıçaqlayıb

20:46 Lukaşenko: “Ölüm hökmünü ləğv etməyə ixtiyarım yoxdur”

20:40 Misirdə məscidə hücum etmiş 15 silahlı məhv edilib

20:27 Şahzadə Diananın oğlu amerikalı aktrisa ilə nişanlanır

20:20 Biliç Premyer Liqa klubunun təklifini rədd etdi

20:12 Prezident İlham Əliyevin Brüsselə işgüzar səfəri başa çatıb

20:04 Hərbi Hava Qüvvələrinin taktiki təlimləri keçirilib

19:57 “Tramp bundan sonra YPG-yə silah verməyəcəklərini konkret bəyan etdi”

19:37 Əli Həsənovun nəvəsi orduda xidmət edib

19:30 Sərdar Ortaç xəstəliyini etiraf etdi

19:23 Tiflis meri maaşından imtina etdi

19:17 Bu rüb smartfonlar üçün 530 milyon panel buraxılıb

19:11 ATƏT PA prezidenti: “Münaqişələr diqqət mərkəzində olmalıdır”

19:06 Misirdə üçgünlük matəm elan olundu

18:59 Avropadakı azərbaycanlılar Brüsseldə aksiya keçirdilər

18:53 Donald Tusk: “Münaqişələr əməkdaşlığa mane olur”

18:47 Azərbaycan prezidenti Misir liderinə başsağlığı verib

18:36 “Aqrolizinq”in nümayəndəliyinin fəaliyyətində nöqsanlar aşkar edilib

18:30 İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib

18:23 “Məzahir Pənahov bu sözləri deməklə səlahiyyət həddini aşıb”

18:16 Türkiyə təyyarəsi Belqradda təcili eniş etdi

18:11 Genişləndirilmiş “Nar” LTE şəbəkəsi artıq bölgələrdə

18:05 “Azərbaycan kişiləri kobud və köhnə fikirlidirlər, türklər kimi romantik deyillər”

17:59 Bakıda evdə 57 yaşlı qadının meyiti tapılıb

17:53 Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı 155-ə çatıb - Yenilənib

17:45 Tramp və Ərdoğan arasında telefon danışığı olacaq

17:40 Aİ bütün tərəfdaşlarının ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir

17:33 Tramp: “Yaxın Şərqdə mövcudluğumuz böyük səhv idi”

17:26 Yaxın Şərq müharibəyə gedir

17:21 Brüsseldə “Şərq tərəfdaşlığı” sammitinin Bəyannaməsi qəbul olundu

17:16 Ronaldo ən yaxşı seçildi

17:11 İdxal edilən tikinti materiallarına tətbiq ediləcək yeni gömrük rüsumları məlum olub

17:00 Puçdemonun partiyası müstəqillik mübarizəsindən imtina etdi

16:55 Prezident Milli Məclisə layihə təqdim edib

16:51 “2015-2016-cı illərdə Azərbaycanda 43 qadın qətlə yetirilib” - Uilyam Gill

16:46 Azərbaycanda kollektorların fəaliyyəti qanunsuzdur – Palata

16:42 “Qarabağda 265 azərbaycanlı qadın itkin düşüb” - Komitə sədri

16:38 “Ən bahalı yas mərasimlərinə gedəcəm” - Elnarə

16:34 Bələdiyyələrə yeni səlahiyyət verilir

16:30 Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan!

16:26 “Minsk qrupunun fəaliyyəti bizi qane edir” - Sarkisyan

16:22 İranda zəlzələ: 36 yaralı var

16:18 Uşaqlar arasında xərçəng xəstəliyi artıb

16:14 Merkel Rusiyanın Ermənistan və Azərbaycanla münasibətlərdəki rolu haqda

16:10 Namaz vaxtı məscidi partlatdılar, 50 nəfər öldü

16:06 Prokuror general oğluna 6 il həbs cəzası istədi

16:02 “Fərariyə qız verməyin…” - Əli Həsənovun “analoqsuz” özünüifşası…

15:58 Dövlət Agentliyinin əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var

15:55 İlham Əliyev Gülnar Rəsulovaya fəxri ad verdi

15:51 Mənsimovun yaxtasındakı erməni, SOCAR-dan oğurladığı yarım milyard dollar

15:47 Puşkinin heykəlinin başını qoparıblar

15:43 Prezident Administrasiyasının əməkdaşına fəxri ad verildi

15:39 Səudiyyə şahzadəsi Xamneyini “Hitler” adlandırdı

15:35 Çinin nəhəng neft korporasiyasının adı korrupsiya qalmaqalında

15:31 Ramiz Məlik niyə Məleykəni məhkəməyə verir?

15:27 ABŞ yanvarda rublu çökdürə bilər

15:23 “Qoca”ya görə həbs edilən polkovnikin yerinə təyinat

15:19 Rusiyada azərbaycanlı biznesmen özünü yandırdı

15:15 Habil Vəliyev və digərlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb

15:11 Taekvondoçumuz medalın bir addımlığında büdrədi

15:07 Xorvatiya baş nazirinin müavini Azərbaycana səfərə gələcək

15:03 Ramiz Mehdiyev Patruşevlə görüşdü

14:59 “Nar bağı” Avstraliyada qalib olub

14:56 Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri arasında qərargah danışıqları keçirildi

14:52 Bakıda avtobus piyadanı vurub öldürdü

14:48 Sabah Şuşaya gedəcəm – Orxan Fikrətoğlu yazır...

14:44 Britaniyalı nazir: “Bu, Azərbaycan üçün önəmli addımdır”

14:40 Avroliqanın ən yaxşı futbolçusu kim olacaq? - 8 namizəd

14:36 Azərbaycanda ən güclü zəlzələ harada oldu?

14:32 Tereza Mey Rusiya təhlükəsindən danışacaq

14:28 “Bu paltara 400 manat vermişik” - xalq artistləri

14:24 Zimbabvenin yeni prezidenti and içib

14:20 Dağlara 40 sm qar yağıb - Video

14:16 “Niyə əlillərin deputatlığa namizədliyini irəli sürmürsünüz?” - Nazir

14:14 Azad Rəhimovun nazirliyində korrupsiya faktları - Hesablama Palatası açıqladı

14:12 Bakıda içi pulla dolu seyf oğurlanıb

14:08 Azərbaycanda bu şəxslər gəlir vergisindən azad ediləcək - Siyahı

14:04 Siqaret və qəlyan bu məkanlarda da qadağan edilir

14:00 “Onun həbsini Eldar Mahmudov sifariş verib” - General danışdı

13:51 2018-ci ilin büdcəsində “Yol xəritəsi”nin aparıcı rolu varmı?

13:33 Ermənilər Qarabağ üçün 12,5 milyon dollar topladı

13:29 “Aİ Azərbaycan iqtisadiyyatına 21 milyard dollar yatırıb” – Nazir

13:25 İŞİD-in köləsinə çevrilmiş Dilbər Məmmədova: “Atam bizi zorla gətirdi...”

13:21 Pasportların itirilməsinə görə rüsumlar artırılır

13:17 “Beşiktaş” – “Qarabağ” oyununun vaxtı bəlli oldu

13:13 Bakıətrafı ərazilərdə sulu qar yağacaq – Hava proqnozu

13:09 Gürcüstanda elektrik avtomobillər istehsal olunacaq

13:05 İlham Əliyev deputatla bağlı sərəncam verdi

13:01 Maşın oğurlayan şəxsdən narkotik çıxdı

12:59 İrəvanı Bakının zərbəsindən bu silahlar qoruyur - Şevçenko

12:57 “Beşiktaş“ın izi ilə gedəcəyik” - Qurban Qurbanov

12:56 “Bakcell”in dəstəyilə futzal turniri təşkil edilib

12:54 Ərdoğan Əsədlə əməkdaşlığı istisna etməyib

12:50 İnsanla dolu gəmi tapıldı - Yunanıstan sahillərində

12:48 Hərbi xidmətdə olmayıb, heç vaxt işləməyib! – Əli Həsənovun nəvəsinin ilginc anket məlumatları

12:46 Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” keçirilib

12:42 Qırğızıstanın yeni prezidenti and içdi

12:40 Azərbaycan ordusunda yeni birləşmələr yaradılır

12:38 Prezident iki rayonla bağlı fərman verəcək

12:34 “Taleyimiz “Qarabağ” üzərindəki qələbədən asılıdır” - Nainqolan

12:30 Aİ və Azərbaycan daha bir layihə həyata keçirir


SOSİAL

...

Enerji içkilərinin hansı təhlükələri var?

Tarix 13.11.17, 15:07

Font ölçüsü : - / +
bitmap-img6


Vaqif Qarayev: “Ən ciddi mənfi təsir ondan ibarətdir ki, enerji içkiləri orqanizmin ehtiyat enerji resurslarını sorur. Yəni ki, orqanizm özünün təbii enerjisindən məhrum olur və normal ritm pozulur”


Eyyub Hüseynov: “Təəssüf ki, ölkədə keçirilən bir sıra böyük yarışlarda da sponsorluğu enerji içkiləri edir. Bu, yolverilməzdir. Enerji içkilərinin reklamı qadağan olunmalıdır”.

Fuad Cəlilov: “Energetik içkiləri reklam edən məşqçilər o firmalardan pulsuz içki aldıqlarına görə, idman və ya fitnes üçün yanlarına gələn şəxslərə də bu içkilərdən tövsiyə edirlər”.

Son zamanlar istər böyüklər, istərsə də azyaşlı uşaqlar arasında energetik içkilərdən istifadə etmək kütləvi hal alıb. Lakin zaman keçdikcə bütün dünyada, o cümlədən Azərbaycanda da gənclər və yeniyetmələr arasında energetik içkilərin fəsadları artmaqda davam edir. Energetik içkilər yaşı 14-15-dək olan uşaqlar və 45-50 yaşdan sonra olan şəxslər üçün daha təhlükəli hesab olunur. Araşdırmalara görə, enerji verən içkilər insanların ölüm riskini artıran amillərdən biridir.  

Dünyanın bir sıra ölkələrində enerji içkilərinin satışı qadağan olub. Fransa, Danimarka, Norveçdə isə yalnız apteklərdə satılır. Azərbaycanda da energetik içkilərin gətirilməsinə və satışına qadağa qoyulması təklif edilib. Bəs görəsən, Azərbaycanda  enerji içkilərinin  satışının dayandırılmasını mümkündürmü? 

Enerji içkilərinin tərkibində olan kofeinin insan sağlamlığı üçün hansı təhlükələri var? Azyaşlı uşaqların enerji içkilərindən istifadə etməməsi üçün nə kimi ciddi addımlar atılmalıdır? İdmanla məşğul olan bir çox insanlar məşqdən öncə enerji içkilərindən istifadə edirlər. Məşqdən əvvəl enerji içkisi içməyin təsirləri hansı səviyyədədir və ümumiyyətlə, bu içkilərin müsbət tərəfi varmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı pediatr Vaqif Qarayev, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və fitnes məşqçi Fuad Cəlilova müraciət edib.

Image result for vaqif qarayev

Vaqif Qarayev: “Enerji içkiləri təzyiqin qalxması, ürək döyüntülərinin sayının artması və depressiyanın yaranmasına səbəb olur”.


Enerji içkilərinin insan sağlamlığı üçün təhlükəli olduğunu vurğulayan pediatr Vaqif Qarayevə görə, bu içkilər orqanizmin enerji ehtiyatlarını azaldır:

“Avropanın bir çox ölkələrində enerji içkilərinin həm istehsalı, həm də satışı qadağan olunub. Xüsusən də uşaqların bu içkilərdən istifadə etməsi qadağandır. Energetik içkilərin tərkibində şəkər, kofein, vitamin qrupu və xüsusən vitamin B6 var. Bunlar normadan artıq qəbul ediləndə uşaq orqanizmi üçün ciddi fəsadlar törədir. Məsələn, kofein normadan artıq qəbul olunduqda ürək döyüntülərinin sürətini artırır, təzyiqi yüksəldir. Bu içkilərin tərkibindəki şəkərin normadan artıq olması şəkərin qalxmasına səbəb olur. Eyni zamanda vitamin qrupu multivitamin deyil. Xüsusən B6 normadan artıq qəbul olunsa, sinir sistemində xoşagəlməz fəsadlar yaradacaq. Daha çox isə əllərdə əsmə kimi hallar baş verəcək. Həmçinin enerji içkiləri depressiyanın yaranmasına yol açır. Uşaqlarda dərsə qarşı nizamlılıq və maraq azalır, yaddaşda müəyyən problemlər yaranır. Ümumilikdə isə, enerji içkiləri təzyiqin qalxması, ürək döyüntülərinin sayının artması və depressiyanın yaranmasına səbəb olur. 

Düzdür, bu içkilərin insanda gümrahlıq yaratdığını deyirlər. Bu fikirlə razıyam. İlk saatlarda içkinin tərkibindəki inqridentlər insanda gümrahlıq, “enerji bolluğu” yarada bilər.  Lakin sonrakı mərhələdə çox qəbul edildikdə əks təsirləri olur. Ən ciddi mənfi təsir ondan ibarətdir ki, enerji içkiləri orqanizmin ehtiyat enerji resurslarını sorur. Yəni ki, orqanizm özünün təbii enerjisindən məhrum olur və normal ritm pozulur. Digər ciddi mənfi təsir isə tərkibində kofeinin olmasından dolayı asılılığın yaranmasıdır. Kofein istehsalçılarına görə, kofeni də çox içəndə asılılıq yarada bilər. Ancaq məsələ burasıdandır ki, söhbət tək kofeindən getmir. Enerji içkilərinin tərkibində olan digər inqridentlər orqanizmi normal ritmdən çıxarır. Uşaqların bu içkilərdən istifadə etməsi qətiyyən düzgün deyil. 

Marketlərdə diqqət edirəm, valideynlərin çoxu bu içkilərdən alırlar. Ərkim çatanlardan səbəbini soruşanda insanı aktivləşdirdiyini və müsbət təsir etdiyini deyirlər. Haradasa ayda-ildə bir dəfə istifadə etmək olar, amma gün ərzində iki dəfədən çox və yaxud hər gün davamlı şəkildə bu içkilərdən istifadə etmək uşaq üçün çox ziyanlıdır.

Azərbaycanda enerji içkilərinin satışının qadağan olunmasına gəlincə, bu,  mümkün deyil. Çünki ortada ciddi biznes şəbəkəsi var. Onlara kimin ölüb-ölməməsinin və ya nəsə olması maraqlı deyil”.

Image result for eyyub hüseynov ekspert

Eyyub Hüseynov: “Ölkədəki xaricilərə məxsus fəaliyyət göstərən məktəblərdə  bayram günlərində uşaqlara enerji içkiləri verilir”.


Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi standarta məhəl qoymadan orta məktəblərin 70%-də enerji içkilərinin satıldığını bildirən ekspert Eyyub Hüseynova görə, uşaqların sağlamlığını qorumaq üçün orta məktəblərdə ciddi addımlar atılmalıdır:

“İki il öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məxtəb bufetləri üçün bir standart hazırlamışdı. Həmin standartda birmənalı şəkildə göstərilib ki, məktəb bufetlərində enerji içkilərinin satışı qadağandır. Lakin təəssüflər olsun ki, bölgələrimiz də daxil olmaqla, məktəblərin 70%-də energetik içkilər satılır. Eyni zamanda ölkədəki xaricilərə məxsus fəaliyyət göstərən məktəblərdə  bayram günlərində uşaqlara enerji içkiləri verilir. Bu, arzuolunmazdır və uşaqların sağlamlığında mənfi izlər qoyur. Buna görə də valideynlər və valideyn komitələri uşaqları bu təhlükəli və zərərli içkilərdən uzaqlaşdırmaq üçün çox fəal şəkildə lazımi addımları atmalıdırlar. 

Təəssüf ki, ölkədə keçirilən bir sıra böyük yarışlarda da sponsorluğu enerji içkiləri edir. Bu, yolverilməzdir. Ümumiyyətlə, enerji içkilərinin reklamı qadağan olunmalıdır. Bu yaxınlarda Azad istehlakçılar Birliyinə Şəmkirdən gələn bir fermer bildirdi ki, pomidor üçün toxum alıb. Lakin istənilən nəticə əldə olunmadığına görə böyük ziyana düşüb və o toxumu satan adama şikayət edib ki, bəs deyirdin çoxlu məhsuldarlıq olacaq? Toxumu satan şəxs deyib ki, enerji içkilərinin reklamında da insanın içəndə uçduğu deyilir. Səncə, adam içəndə uçur? Mənim də toxumun üstünə yazdığım reklam xarakterlidir. Inanıb almazdın. Ind görün ki, paradoksal vəziyyət hansı səviyyədədir. Valideynlər və məktəb işçiləri  uşaqların sağlamlığı naminə enerji içkilərinə qarşı birgə mübarizə aparmalıdırlar.

Bu içkilərin satışının qadağasına gəlincə, bu, Azərbaycanda mümkün deyil. Çünki hökumətin səhv siyasəti var. Hansı ki, hökümət üçün kimin nə satdığının bir önəmi yoxdur. Yetər ki, pul olsun. Həmçinin istehlakçıların hüququ qorunmur. Ona görə də  apteklər, xəstəxanalar insanlarla doludur.Ölkə prezidentinin fevralın 10-da “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən, Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq. Ümid edirik ki, bu agentlik bir sıra təhlükəli vəziyyətlərin qarşısını ala biləcək”.

photoslide_title

Fuad Cəlilov:  “İdmanda “Hell”, “Redbull” və s. kimi energetik içkilərdən istifadə etmək qadağandır”.


Məşqdən öncə içilən energetik içkilərin heç bir təsirinin olmadığını vurğulayan fitnes məşqçi Fuad Cəlilov bildirib ki, süni enerji verən kimyəvi əlavələr insan orqanizmi üçün heç də məsləhətli deyil:

“Enerji içkilərini daha çox bodybuilder və fitnes treynerlər reklam edirlər. Olimpiya idman növü ilə məşğul olan hansısa bir idmançı enerji içkilərindən içmir, onlara zülal tərkibli xüsusi qidalar verilir. İdmançılar enerji davamlılığını yalnız tibbə söykənən əsaslarla yüksəldirlər. Bu isə zülal və  vitamin qəbulunun çəkiyə uyğun normada müəyyənləşdirilməsi ilə yerinə yetirilir. Əslində idmanda “Hell”, “Redbull” və s. kimi energetik içkilərdən istifadə etmək qadağandır. Bu içkini istehsal edən firmalar  deyir ki, içkinin tərkibində olan taurinin əzələyə faydası var, amma müasir tibb bu söhbətin sadəcə nağıl olduğunu isbat edib. Həmçinin energetik içkilərin tərkibindəki kofein ürəyin tonusunu deyildiyi kimi, normaya salmır. Əslində əsəb sistemini məhv edir. İçkinin tərkibində latın dilinde "mate" adlı ot var və bu  ot iştahı azaldır ve enerji alıcıdır. Onu da qeyd edim ki, bu  içkilər istehsal olunduğu ölkələrde artıq qadağan olunmağa başlayıb.

Məşqdən öncə içilən energetik içkinin heç bir təsiri yoxdur. Enerji içkilərinin reklamı da həqiqəti əks etdirmir. İnsanlarımız reklama inanmasalar, daha yaxşı olar. Reklamda deyir ki,  “Red Bull qanadlandırır”. Bir nəfər bu reklamdan sonra “Red Bull”u məhkəməyə  vermişdi və səhv xatırlamıramsa,  2 milyon manat təzminat almışdı. Energetik içkiləri reklam edən məşqçilər o firmalardan pulsuz içki aldıqlarına görə, idman və ya fitnes üçün yanlarına gələn şəxslərə də bu içkilərdən tövsiyə edirlər. Əslində isə energetik içkilərin məşq üçün ciddi təsiri yoxdur”.

Gülşən ŞƏRİF
pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


SOSİAL

design-img

Vernisaj

ATƏT PA prezidenti: “Münaqişələr diqqət mərkəzində olmalıdır”

bitmap-img3

Rakurs

Əli Həsənovun karyerasına təhlükə yaranıb

bitmap-img3

Seçmələr

Türkiyə NATO-dan kənarda nə qədər güclü ola bilər?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru