Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Energetika Nazirliyi sahibkarlara müraciət etdi


Energetika Nazirliyi Bakıda fəaliyyət göstərən sahibkarlara müraciət edib.


Nazirlikdən verilən məlumata görə, “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan prezidentinin 4 aprel 2017-ci il tarixli, 1313 nömrəli fərmanına uyğun olaraq, Bakı şəhərində fəaliyyət göstərən sahibkarlar mövcud və ya inşa ediləcək tikinti obyektlərinin gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan elektrik enerjisi ilə təmin edilməsi üçün zəruri texniki şərtlər, layihə-smeta sənədləri, habelə enerji təchizatı şəbəkəsinə qoşulmaqla bağlı Bakıdakı “ASAN Kommunal” mərkəzlərinə 22 may 2017-ci il tarixindən müraciət edə bilərlər.

Xatırladaq ki, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, Azərbaycanın yerli və xarici investorlar üçün cəlbediciliyinin artması, beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsi məqsədinə yönəlmiş fərmanın icrası ilə əlaqədar olaraq Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, “Azərişıq” ASC, “Azəravtoyol” ASC, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və yerli icra hakimiyyəti orqanlarının hər birindən bir nümayəndə olmaqla Azərbaycan Respublikası Energetika Nazirliyinin nümayəndəsinin sədrliyi il “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzləri yanında 8 Texniki Şura yaradılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar