Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ən bahalı araq oğurlandı

Danimarkanın Kopenhagen şəhərindəki "Cafe 33"dən 1,3 milyon dollar dəyərində araq şüşəsi oğurlanıb


Kafenin sahibi, araq kolleksioneri Brian İnqberqin dediyinə görə, oğru kafedə cəmi 3 dəqiqə olub və nəyin harada olduğunu əla bilib.

O, qızıl və gümüşdən hazırlanan, ağırlığı 6 kq olan "Russo-Baltique Vodka" araq şüşəsini aparıb.

"Russo-Baltique Vodka" dünyanın ən bahalı arağı sayılır.

"Pərişanam. Bu araq kolleksiyamın incisi idi. Kolleksiyadakı 1200 araq şüşəsi arasında onun əlahiddə yeri vardı", - danimarkalı Brian İnqberq deyib. O, sabiq əməkdaşından şübhələnir.

İnqberqin dediyinə görə, o, arağı yarım il əvvəl Latviyanın "Dartz Motorz" şirkətindən icarəyə götürmüşdü.

"Russo-Baltique Vodka" arağından "House of cards" serialının çəkilişində də istifadə olunur.

Oğurlanmış araq şüşəsi çəhrayı, sarı və ağ qızıldan hazırlanıb, üzərində "Russo-Baltique" yarış avtomobilinin qızıl relyef əksi var. Şüşənin qapağında Rusiya imperiyasının brilyant, almaz, yaqut və sapfir qaşlarla bəzədilmiş gerbi mövcuddur.

Şüşədən araq süzüləndə kiçik brilyant qaşlardan ibarət xüsusi qıfdan keçir.(TV-2)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar