Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əmlak Komitəsinin «Yanıq» Kərəmi»


Və ya komitə sədrinin «Vüqar»la sərgüzəştləri, MTN olayı, Eldar Mahmudov «sevgisi», bir də satdığı adamlarla bağlı «əfsanə»


MTN olaylarından sonra adı mətbuata bəlkə də «bomba» kimi düşən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlı çeşidli xəbərlər dolaşmaqdadır. İndiyə qədər komitə sədrinin çox məziyyətlərindən, imkanlarından, əməllərindən, əməliyyatlarından yazılsa da, onun rəhbəri olduğu qurumun hansı səviyyədə, imkanda qurulduğu, ümumiyyətlə, onun son aqibətində «Yanıq»lıq əlamətləri barədə bir kəlmə də olsun yazılmayıb. 

Təbii ki, burada «yanıq» sözünün hərfi və məcazi mənasında heç bir yan təsirlər və ya assosasiyalar yoxdur. Əksinə, bu «yanıqlıq» mahiyyət etibarı ilə onun fəaliyyətini əks etdirir. 

«Birinci dərəcəli Yanıq»

ANAXEBER.az bildirir ki, Kərəm Həsənov bir zamanlar İqtisadi İnkişaf Nazirliyində adi işçi səviyyəsində fəaliyyətə başlayıb, Departament rəhbəri olanda böyük əksəriyyət Cəlilabad rayonunun Günəşli kəndindən olan bu şəxsin heç də öz imkanları hesabına bu yerə qədər yüksəldiyinə inanmırdı. Həqiqətən də deyilən kimiydi və onu bu qədər yüksəldən də elə həmkəndlisi sayılan nazir Fərhad Əliyev olmuşdu. Əlindən tutub, vəzifə başına çəkib, çörək sahibi edəndə Əliyev zənn etmirdi ki, günlərin birində Kərəm Həsənov onu sataraq, özünə yeni yol açacaq. 

Sabiq iqtisadi inkişaf naziri 2005-ci ilin əvvəllərindən etibarən artıq duyuq düşmüşdü ki, onun haqqında olan və olmaz bütün məlumatlar MTN və Prezident Admnistrasiyasına tutarlı məlumatlar sızdırılır. Ətrafında çox axtarışlar apardıqdan sonra bir nəticəyə vaqif ola bilməyən sabiq nazir işi zamanın axarına buraxmaq məcburiyyətində qalmışdı. Ta o vaxta kimi ki, yanına MTN-in Anti Terror Mərkəzinin keçmiş rəis müavini, özünü həbsxanada asan İlqar ƏliyevinFərhad Əliyevin yanına «Vüqar» adıyla gələnə qədər. Orada artıq Əliyev anlamağa başlamışdı ki, ona deyilənlərin heç bir kənar yerdən çıxmayıb və birbaşa onun «mətbəxi»nə yaxın olan biri tərəfindən ötürülüb. Ancaq yenə də ağlına Kərəm Həsənov gəlməmişdi, bəlkə də gəlmişdi, amma siyahısında ən axırıncısıydı. 

Sirrin üstü isə 18 oktyabr 2005-ci ildə açıldı. Və məlum olur ki, Fərhad Əliyevin bütün sirrlərinin üzərinə 5-ni də qoyaraq, yuxarılara çatdıraq Kərəm Həsənov olub. O, Kərəm Həsənov ki, Fərhad Əliyevin həmkəndlisi, qohumu, qarşısında baş əyəni idi. Amma gec idi. 

Məhkəmə prosesində əsas şahid qismində Kərəm Həsənovun adının çəkilməsi artıq Fərhad Əliyev üçün maraqlı deyildi. Çünki o, MTN-də «Vüqar»ın qarşısında əyləşəndə artıq gizli mənbənin kim olduğunu öyrənmək üçün pul təklif etməklə məsələni həll etmişdi. 1 milyon dollar müqabilində İlqar Əliyev onun haqqında bilgilərin kimin ötürdüyünü söyləmişdi. 

Həmin olaydan sonra Kərəm Həsənov elə zənn edirdi ki, o, hakimiyyətin «gözünün işığı», əsas adamlarından, hətta «qəhrəmanlarından» biri olacaq. Ancaq olmadı. Daha doğrusu, gözlədiyinin əksi baş verdi. Onu komitə sədri qoysalar da, zərrə qədər güvənmədilər. Kimsə özünə yaxın buraxmadı. Bu onun aldığı «Birinci dərəcəli Yanıq» «xəsarəti» idi…

«İkinci dərəcəli Yanıq»

ANAXEBER.az bildirir ki, Kərəm Həsənov komitə sədri olsa da, uğradığı xəyal qırıqlığından çıxa bilmədi. Çıxa bilmədikcə yanlışlıqlara, səhvlərə yol verməyə başladı. Özəlləşdirmə prosesini bütünlüklə nəzarəti altına almağa başladı. Bəzən toqquşdu, bəzən barışdı, amma yolunu düz gedə bilmədi. O qədər irəliyə getdi ki, Prezident Admnistrasiyasına çağrıldığında kimsə onu qarşılamadı. Çünki çəkinməyə başlamışdılar. Qorxurdular ki, onunla dostluq etmək və ya yaxın münasibət qurarsalar, onları da Fərhad Əliyev kimi satacaq. 

Lakin problemin kökündə dayanan başqa bir məsələ də vardı. Kərəm Həsənov artıq təhdid mənbəyinə çevrilməyə başlamışdı. Hətta bir neçə dəfə yüksək çinli məmurların tapşırıqlarını yerinə yetirmədiyinə görə, barmaq silkələsələr də, cavabı da unikal olmuşdu. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri ona barmaq silkələyənlərə cavab olaraq, onların əmlakları barədə mətbuata yetərli qədər məlumat verə biləcəyi ilə hədələmişdi. Və bu, onun sonu olmasa da, sonunu hazırlayan arqumentlərdən biri olmağa başlamışdı. 

«Üçüncü dərəcəli Yanıq»

Anaxeber.az bildirir ki, Kərəm Həsənov mərkəzdən qaçdıqda, yavaş-yavaş mərkəzin düz ortasında dayanmış əsas fiqurlardan birinə yanaşmağa başlamışdı. Günün birində özünü Eldar Mahmudovun otağında görən komitə sədrinin sevincinin həddi-hüdudu yox idi. Çünki onu bura saxlayaraq, başına torba keçirərək və ya hədələyərək gətirməmişdilər. Özünün israrlı xahişlərindən sonra Eldar Mahmudovla üz-üzə əyləşmişdi. 

Keçmiş MTN şefinin yanına «əlidolu» gəlmiş Həsənov, ona bir xeyli təkliflər də gətirmişdi. Ən əsas təklif isə biznes ortaqlığıydı ki, buna da çox yaxın idi. Cəlbedici təkalifə Mahmudov da razılaşdı. «Azinko» tikinti şirkətinin gəlirinin yarısı nazirin olacaqdı. Əvəzində, DYP-də inspektor işləyən qudasını Təsərrüfat İşləri üzrə İdarənin rəis müavini, xarici dildə bir kəlmə də danışa bilməyən qardaşı Şahin Həsənov MTN-in beynəlxalq əlaqələr şöbəsinin rəisi, bir başqa qardaşı Malik Həsənov isə Mahmudov sayəsində deputat mandatı sahibi oldular. 

Daha sonra, Kərəm Həsənov Eldar Mahmudovun bütün əmlaklarını başqalarının adına keçirməklə, sənədləşdirməklə məşğul olaraq, etimadı daha da artırmağa nail oldu. Və pik nöqtə Mərdəkanda yerləşən Yesenin Parkının bir hissəsini zəbt edərək, oranı Eldar Mahmudovun adına keçirməsi oldu. Halbuki qanunvericliyə əsasən parklar dövlətin balansındadır və onları özəlləşdirmək olmaz. Amma Kərəm Həsənovun Eldar Mahmudov sevgisi o qədər yüksək idi ki, dövlətin qanunlarını da ayaqlarının altına atmağa hazırıydı. 

Bu vəziyyət əslində, «bildirçinin bəyliyi»nə bənzəyirdi. Çünki darı mövsümü bitəndən sonra nə bildirçin qalır, nə də bəylik. Və Eldar Mahmudov işdən çıxarılıb, komandası həbs olunan kimi, Kərəm Həsənovun da «bəyliyi»nə son verildi. Onun gücü sadəcə, ona çatdı ki, qardaşını həbsdən qorudu, digər qardaşının da mandatını itirməməsinə imkan yaratdı və qudasına da dəyib, toxunmadılar. Amma bu da müəmmalıdır. Çunki onların da yaxın vaxtlarda aqibətlərinə aydınlıq gətiriləcəyi gözlənilir. Bu da komitə sədrinin aldığı «üçüncü dərəcəli Yanıq» «xəsarətiydi…

«Dördüncü dərəcəli Yanıq»

ANAXEBER.az bildirir ki,Kərəm Həsənov Eldar Mahmudov və MTN şokundan ayılan kimi, özünü «xəstəxanada» görmüşdü. Aldığı «müalicə»nin ona nələrə başa gəldiyi isə hələ məlum deyil. Böyük ehtimalla bu təkcə pul şəklində deyil, eyni zamanda əmlak baxımından da böyük itkilərlə müşahidə olunmuşdu. 

Komitə sədri toparlanmağa başladığı bir vaxtda növbəti «yanıq» «xəsarəti» aldı. Ki, bu da Prezident İlham Əliyevin imzaladığı fərmana bağlıydı. Belə ki, həmin fərmana əsasən Kərəm Həsənov böyük özəlləşdirmə prosesindən uzaqlaşdırılmışdı. Rəhbəri olduğu komitə isə ləğv olunmaq risqi ilə üz-üzə qalıb. Üstəlik, fərman imzalanan günə qədər olan 2 aylıq müddət ərzində həyata keçirdiyi bütün özəlləşdirdiyi zavod, fabrik, kiçik, böyük müəssisələrin, hətta ev və villaların hamısı şübhə altına alındı. Yəni, onların özəlləşdiriliməsi prosesinə yenidən baxılacaq. 

İndi məsələ odur ki, Əmlak Məsələləri Dövlət Komitəsi yaxın vaxtlarda ləğv olunacaq. İqtisadiyyat Nazirliyinin tərkibində Departament olaraq fəaliyyətinə davam edəcək. Kərəm Həsənova təklif olunan vəzifə isə elə departament rəisliyindən başqa bir şey deyil. Bu, Kərəm Həsənovun aldığı sonuncu, «dördüncü dərəcəli Yanıq» «xəsarətiydi». Komitə sədrinin bu şokdan ayıla biləcəyi isə qəti inandırıcı deyil. 

Son 

Həsənovun bunca «şok»dan sonra güvəni itirməsi, aldığı «Yanıq» «xəsarət»lərindən sonra özünə gələ bilsə də, bütün hər şeyini itirəcəyi istisna deyil. Onun qohumluq əlaqələrinin də faydası olmayacaq. Ona görə ki, artıq nə inam qalıb, nə də etibar. İndi Kərəm Həsənovun tək düşünməli olduğu məsələ, sonuncu, bəlkə də ölümcül olan «Yanıq» «xəsarəti» almamasıdır. Bu baş verərsə, hər şey bitəcək.
fontan.docx (anaxeber.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar