Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Emin Hüseynov ictimai sektorda yeni qalmaqal yaratdı


“Xədicə İsmayıl, Emin Milli, gəlin, canlı yayıma çıxaq, kimin nə xəyanət etdiyini deyəcəm”


Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri, hazırda İsveçrədə yaşayan Emin Hüseynov iki gündür sosial şəbəkədə səs-küy yaradan videolarla çıxış edir.

Musavat.com xəbər verir ki, hazırda həbsdə olan qardaşı Mehman Hüseynovun Facebook hesabından canlı yayım gerçəkləşdirən E.Hüseynov öncə NİDA hərəkatının üzvlərindən olan Turqut Qəmbər barədə sərt fikirlər, təhqiramiz sözlər sərf edib. Onun dediyinə görə, onu T.Qəmbərə qarşı qaldıran səbəb isə sonuncunun yalanları olub. 

E.Hseynov bildirib ki, xarici ölkələrdən birində T.Qəmbərlə görüşəndə ondan qardaşı Mehman Hüseynovu, onun ailəsini niyə axtarmadığını soruşub. 

T.Qəmbər isə öz növbəsində dostları ilə birgə onun valideynlərinə baş çəkəndə anasının “Mehmanı siz tutdurmusuz” deyərək, onları qapıdan qaytardığını deyib. E.Hüseynov isə bu məsələni araşdırdığını və T.Qəmbərin ona yalan söylədiyini vurğulayıb. Bundan yola çıxan RATİ sədri T.Qəmbəri və onun dostlarını yalançılıqda, hiyləgərlikdə ittiham edib. Təhqirlərlə müşayiət olunan videoya bir neçə saat sonra “Meydan TV-nin rəhbəri Emin Milli reaksiya verib. Bunu da E.Hüseynov deyib. İİkinci videosunda Emin Hüseynov adaşı barədə tənqidi fikirlər açıqlayıb: “Emin Milli bu gün Almaniyada oturub, İsveçrədə oturan Emin Hüseynovu psixi pozuntularda, qeyri-adekvat hərəkətlərdə ittiham edir. Bunu deməyə hüququ var. Emin Milli, sən həkim deyilsən. Hansı adamlardan eşitmisən mənim barəmdə? Dünən canlı yayımda jurnalist sənə sual versə də, ustalıqla suallardan yayınırsan. Əli Kərimlini, Cəmil Həsənlini nədəsə ittiham edirsən, özün bunun yüz qatını edirsən. Mən demişəm ki, sənin ağzını cıraram. Mənim xasiyyətimə bələdsən. Nə özümdən güclüyə, nə də zəifə zor tətbiq etmişəm. Bu, kritik ifadədir. Bunun məcazi mənasını başa düşməmisən”.

E.Hüseynov canlı videoda bildirib ki, Emin Millinin təpədən dırnağa qədər yalançı olduğunu Azərbaycan xalqına isbat edə bilər. Meydan TV-nin qurulmasını müzakirə etməyən E.Hüseynov bu televiziyanın E.Millinin məhsulu olmadığını deyib: “Bu televiziya Eminsiz də yarana bilərdi. Hamını sıradan çıxaranda ayaqüstə qala bilən bir onlayn media qurumu olduğu üçün irəliləyişlər edə bilirsiz. Bu, sırf maliyyə axını ilə bağlı məsələdir. Bu, Eminin ağıl və dərrakəsinə görə deyil. Əvvəl maliyyəni 10-15 müstəqil mediaya verəndə, sonra Eminə verdilər. Onun bəxti gətirdi ki, Meydan TV-ni Berlində qurdu”.

RATİ sədri eyni zamanda E.Millinin çirkli təklifləri, ürəkbulandırıcı “iş birlikləri” barədə də məlumatlı olduğunu deyib. O, Avropada yaşayan bəzi mühacirlər barədə isə ad çəkmədən deyib ki, “siz strauslarsız, başınızı quma soxub, Emin Hüseynov barədə gic-gic danışırsız, intriqalar yayırsız”. E.Hüseynovu qəzəbləndirən əsas nüans isə onun guya ki, qardaşı Mehmanla yola getməməsi barədə söz-söhbət yayılması olub. O bildirib ki, qardaşı ilə çox yaxın dost olub və bu, hər zaman da belə olacaq. 

İctimai sektordakı bəzi şəxslər barədə faktları canlı yayım vasitəsilə açıqlayacağını anons edən E.Hüseynov daha sonra aşağıdakıları bildirib: “Xədicə İsmaylın xəyanətkar olduğunu Emin Milliyə demişəm. Son görüşdə Emini kobud şəkildə pisləmişəm. Emin Milli Mehman Qələndəriov barədə pis sözlər deyib. Bu qətli ört-basdır etməyə çalışan Xədicə İsmayılı gözümün işığı kimi təqdim edib. Xədicə İsmayıl, Emin Milli, gəlin, canlı yayıma çıxaq. Kimin nə xəyanət etdiyini deyəcəm. Emin və Xədicə, siz Vaşinqtona, Londiona yazırsız ki, Emin qeyri-adekbatdır, qrant yeyəndir. Sonra yazırsız ki, Eminin psixoloji problemləri var. Sözünüz hamısı boş çıxıb. Dediklərimi faktlarla təkzib edə bilmirlər, deyirlər, Emin dəlidir, başqaları ilə yola getmirlər” . 

E.Hüseynov X.İsmayıla və Emin Milliyə M.Qələndərovun ölümünü bağışlamayacağını deyib. Sonda adını çəkdiyi şəxslərlə canlı yayıma çıxmaq istədiyini deyən RATİ sədri onların hər hansı kontaktdan, söhbətdən qaçdığını vurğulayıb. 

“Yeni Müsavat” bu iddialarla bağlı T.Qəmbərin mövqeyini öyrənməyə çalışsa da, o, bu mövzuda danışmaq istəməyib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar