Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əməliyyatla uşaq dünyaya gətirən anaya səhv qan vurdular - Bakıda şok hadisə


Bakıdakı Respublika Perinetal Mərkəzində müalicə olunan hamilə qadına ciddi problem yaşadıblar


Belə ki, xəstəxananın Doğum şöbəsinə yerləşdirilən xəstə Sevinc Məmmədlinin sağlamlıq durumu çox pis vəzuyyətə gətirilib və sonra ona yardım edilməyib.

S.Məmmədlinin atası Məhəbbət Məmmədov Modern.az-a müraciət edərək, aidiyyatı qurumlardan kömək istəyib.

O bildirib ki, qızı iyunun 4-də Respublika Perinetal Mərkəzində keysəriyyə əməliyyatı olunub.

“Biz o xəstəxanaya 1000 manat pul ödədik. Əməliyyat olan gün axşamtərəfi getdim ki, qızıma baş çəkəm, amma onu meyit vəziyyətində gördüm. Deməli, onda daxili qanaxma baş verib, həkim də orada olmayıb. Tibb bacısı həkimlə əlaqə saxlayıb və qanaxma haqda ona məlumat verib. Soruşub ki, xəstəyə qan vursun, ya yox? Həkim də deyib ki, qan vursun. Qızımın qan qrupu +II RH ola-ola, ona – II RH rezuslu qan vurublar.

Həmin qan da qızımın daxili orqanlarını zədələyib. Daxildəki bütün kapilyar damarları partlayıb. Mən 8 gün həmin xəstəxananın qarşısında zülüm çəkdim. Daha sonra həmin xəstəxananın baş həkimi vasitəsilə qızımı Baku Medicial Plaza klinikasına köçürdük”.

Məhəbbət Məmmədov deyir ki, Baku Medicial Plazada daha pis duruma düşüblər.

“İyunun 9-dan qızım Baku Medicial Plaza-da müalicə olunur. Respublika Perinetal Mərkəzi Baku Medicial Plazaya 13500 manat pul ödədi. Sonra isə dedilər ki, “bizim vəsaitimiz yoxdur, ödəmirik”. Daha sonra isə qızımın sağlamlığını düşünərək, pulu özüm ödəməyə başladım. Hər gün xəstəxanaya 240 manat pul ödəyirəm. Artıq borc etmədiyim yer qalmayıb. Respublika Perinetal Mərkəzi mənə həm maddi, həm də mənəvi ziyan vurub. Qızım hazırda Baku Medicial Plaza-da müəlicə olunur. O biri xəstəxanadan mənə kömək etmirlər. Mən çıxılmaz vəziyyətdə qalmışam. Bilmirəm ki, dərdimi hara və kimə deyim. İmkanlı şəxslərdən xahiş edirəm ki, qızımı ayaq üstə qaldırmağıma görə mənə maddi kömək etsinlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar