Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əməliyyatdan çıxan 4 yaşlı uşaq öldü


Sumqayıtda əməliyyatdan çıxan 4 yaşlı qız uşağı ölüb


ANS-in məlumatına görə, hadisə Sumqayıtda yerləşən özəl klinikaların birində baş verib. Burun və boğaz ətinin kəsilməsi ilə bağlı əməliyyat keçirən 4 yaşlı Arzu Qurbanlı adlı qız uşağı əməliyyatdan bir neçə saat sonra dünyasını dəyişib. 
 
Əməliyyatı həyata keçirən həkim İlham Ağayev açıqlamasında uşağın qusma nəticəsində həyatını dəyişdiyini vurğulayıb. Onun sözlərinə görə, əməliyyatdan sonra balaca Arzunun vəziyyəti yaxşı olub: "Uşaq ötən gün günorta saat 1 radələrində əməliyyata salınıb. Əməliyyat çox uğurla başa çatıb. Əməliyyatdan sonra uşağın anası yanında olub. Mən özüm də axşam saat 18:00-dək klinikada olmuşam, tez-tez ona baş çəkmişəm. Arzu danışırdı, gülürdü, bir az süd və su içmişdi". 
 
Həkim evə getdikdən sonra da tez-tez xəstəyə görə klinikaya zəng vurduğunu və oradan müsbət cavab aldığını bidirib. Lakin axşam saat 21 radələrində uşağın vəziyyəti pisləşib və o qaytarıb. 
 
İ.Ağayevin sözlərinə görə, həmin vaxt da uşağın anası yanında olub. "Amma bilmirəm uşaq qaytaranda üzü aşağı olub və ya necə olub ki, qaytardığı kütlə onun nəfəs borusuna gedib, edilən müdaxilələrə baxmayaraq, o, dünyasını dəyişib".
 
Əməliyyatı həyata keçirən həkim deyir ki, körpənin aspirasiya (bədən boşluğunda qalan maye, hava və s.kütlənin sorulması) edərkən uşağın nəfəs borusundan qida kütləsi çıxıb. Güman olunur ki, bu səbəbdən uşaq boğulub, ölüb. Ölümün səbəbinin daha dəqiq olması üçün həkimlərin və hüquq-mühafizə orqanlarının təkidi ilə valideynlər meyiti ekspertizaya göndərməyə razı olub.
 
"Uşağın ölümünün əməliyyatla heç bir əlaqəsi yoxdur", - deyə İlham Ağayev iddia edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar