Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əməkdar elm xadimi Samət Əlizadənin 80 illik yubileyi qeyd olunub


2018ci il martın 14-də əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Samət Qürbət oğlu Əlizadənin 80 yaşı tamam olur


PİA.AZ xəbər verir ki, alimin yubileyini qeyd etmək üçün Azərbaycan Yazıçılar Birliyində yığıncaq keçirilib. Yığıncaqda respublikanın elm xadimləri, ədəbi-bədii mühitin nümayəndələri, alimin ailə üzvləri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə Yazıçılar Birliyinin katibi İlqar Fəhmi açaraq Samət Əlizadənin elmi yaradıcılığından, zəngin ədəbi irsindən danışıb. Böyük alimin xatirəsinin işığına yığışmış tədbir iştirakçıları - uzun illər Bakı Dövlət Universitetində professorla çiyin-çiyinə işləmiş həmkarları, tələbələri Samət Əlizadəni istedadlı alim, gözəl müəllim, nəcib insan kimi xarakterizə ediblər. Yubiley gecəsinin sonunda alimin övladları tədbirin təşkilatçılarına, yığıncaq iştirakçılarına təşəkkür ediblər.
S.Q.Əlizadə 1938-ci ildə anadan olub. 1955-ci ildə orta məktəbi, 1960-cı ildə BDU-nun filologiya fakültəsini bitirib. 1962-1965-ci illərdə dil tarixi ixtisası üzrə BDU-nun aspiranturasında təhsil alıb. 1966-cı ildən filologiya fakültəsində müəllimliyə başlayıb, daha sonra baş müəllim, dosent,  professor vəzifələrində çalışıb. 

S.Əlizadənin tədqiqat əsərləri Azərbaycan tarixi filologiyasının müxtəlif sahələrinin – tarixi qrammatika, etimologiya, mətnşünaslıq, poetika və ədəbi dil tarixinin fundamental nəzəri və təcrübi məsələlərinin həllinə həsr olunub. Onun “XVI əsr Azərbaycan ədəbi dili”, “Klassik Azərbaycan şairləri söz haqqında”, “Azərbaycan ədəbi dili tarixindən praktikum”, “Orta əsrlərdə Azərbaycan yazı dili”, “Əski Azərbaycan yazısı”, “Şah beytlər” və s. kitabları bu qəbildəndir. Azərbaycan filologiyasında Həsənoğlunun türkcə üçüncü şeiri, “Əhməd Hərami dastanı” və “Şeyx Səfi təzkirəsi” ilə bağlı ilk bitkin bilgi verilməsi, türkologiya üçün böyük önəmi olan folklor və dil abidəsi “Oğuznamə”nin əlyazmasının üzə çıxarılıb ictimaiyyətə çatdırılması, eləcə də çapa hazırlanıb nəşr olunması S.Əlizadənin dəyərli işlərindəndir. 

S.Əlizadə 12 kitabın, 200-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifi, ümumi həcmi 300 çap vərəqi olan 20-dən artıq kitabın elmi ixtisas redaktoru olub. O, bir neçə elmi şura və cəmiyyətin, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Respublikası Prezidenti yanında  AAK Ekspert Şurasının üzvü olub. 2000-ci ildə “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi münasibətilə Dövlət Komissiyasına üzv seçilib; dastanların tənqidi mətnini və “Kitabi-Dədə Qorqud” Ensiklopediyasının I cildini nəşrə hazırlayıb və çap etdirib. “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 2001-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dil Komissiyasının üzvü seçilib. 

S.Q.Əlizadə 2002-ci ildə Bakıda vəfat edib. 

Gülşən ŞƏRİF
pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar