Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əməkdar artist şəhid ərini xatırladı


"İyulu heç sevmirəm. Əlimdə olsaydı iyulu təqvimdən silərdim. Amma neynəmək olar, yazılanların heç birini silmək olmur, əzizim. Bizim taleyimiz kimi"


Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb. Şəhid olan həyat yoldaşı Xalid Quliyevlə bağlı xatirələrini bölüşən müğənni onun ölüm ildönümü olduğunu vurğulayıb:

"Her iyul yaxınlaşanda "yenə gəldin" deyirəm. Canımı yandıran, sümüyümü sızladan, göz yaşlarımı dayanmadan axıdan, gündüzümü gecəyə çevirən, gecələrimi qərib eyləyən, yatağımı zindan, pəncərə önünü ümid eyləyən, şəkli sinəmdə qalan...

26-ildir ki, iyulun 9-dan həyatımın necə döndüyünü bir Allah bilir. İraq balamın canından, heç kimi nə görmək, nə də duymaq istəyirəm. Kim deyir ki, illər ötür, hər şey unudulur, inanmayın. Heç nə unudulmur. Nə də yaddan çıxır. İndiyənə kimi yadımdadır ki, o, gün necə olmuşdu...

Ürəyim çox narahat idi. Ele hey düşünürdüm: görəsən Xalid nə edir? Sən demə, Xalid qanına qaltan olub. Özünü gözləyirdim, amma.. Getdim gördüm ki, anasıgilin həyətində hərbi maşında... Əsgərlər isə utandıqlarından üzümə belə baxa bilmirdilər. Sanki ölümündən özlərini günahkar bilirdilər. Bəlkə də günahkar idilər. Yenicə döyüşdən qayıdan, yorğun insandan təkrar döyüşə qayıtmasını istəməməliydilər. Bəlkə də məcbur idilər. Getdi... Xilas etdi xeyli əsgərimizi. Amma bir tək özünü xilas edə bilmədi. Evə gələcəkdi, yolunu gözləyirdim. Suqızdırıcı yanmışdıd eyə, qazın üstündə isti suyu, sevdiyi yeməyi belə hazır idi".

A.Haşımova mərhum həyat yoldaşının ölüm xəbərinin yer aldığı məktubları da izləyiciləri ilə bölüşüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar