Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əməkdar artist paylaşdığı videoya görə polis idarəsinə çağırıldı


Əməkdar artist Səlim Abbasov idarə etdiyi avtomobillə eyni anda 5 qaydanı kobud şəkildə pozub


Özünün lentə aldığı kadrlardan da göründüyü kimi, Səlim qanunla qadağan olduğu halda, 2 yaşlı uşağı avtomobilin ön oturacağında əyləşdirib. Bundan əlavə, özü təhlükəsizlik kəmərindən istifadə etməyib. Üstəlik, bir əlində banan, digər əlində isə telefonu tutub və çəkiliş aparıb. Əməkdar artist çəkdiyi videonu özü sosial şəbəkələrdə yayıb.
 
5 qayda pozuntusuna sərnişindaşıma qaydalarının pozulması, təhlükəsizlik kəmərindən istifadə etməmək, mobil telefonu əldə tutmaqla ondan istifadə etmək, hərəkət zamanı əlini sükandan çəkmək və sükan arxasında diqqəti yayındıran söhbətlərə aiddir.
 
Qafqazinfo”nun məlumatına görə, sənətçi bununla bağlı “Xəzər Xəbər”ə bildirib ki, həmin görüntü bir neçə ay əvvəl yaşadığı “NZS” qəsəbəsində ara küçələrdən birində çəkilib: “Həmin vaxt bacım oğlu ilə avtoyuma məntəqəsindən gəlirdik. Mən heç vaxt uşağın həyatını təhlükəyə atıb hərəkətin intensiv olduğu yola çıxmaram”.
 
Məsələyə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi də münasibət bildirib. Görüntünü izləyən idarənin bölmə rəisi Vaqif Əsədov sənətçinin qayda pozduğunu bildirib.
 
O, qeyd edib ki, sosial şəbəkələrdə yol hərəkəti ilə bağlı yayılan bütün görüntülərə yol polisi dərhal münasibət bildirir. Bu səbəbdən də artıq Səlim Abbasovun idarəyə gəlməsi ilə bağlı ona məlumat verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar