Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əməkdar artist Teymur Əmrahı biabır etdi


"Müəllimlərim olan Fidan və Xuraman Qasımova bacılarını görəndə onların əllərindən öpürəm. Fidan xanım zəng edib deyəndə ki, gələndə mağazadan mənə bir çörək al, qaça-qaça gedirəm. Çünki müəllimin zəhmətini yerə vurmaq olmaz"


Bu sözləri publika.az-a əməkdar artist, müğənni Zaur Əmiraslanov xalq artisti Flora Kərimova ilə Teymur Əmrah arasındakı qalmaqala münasibət bildirərkən deyib.
 
Teymur Əmrahı qınayan müğənni onu müəlliminə qarşı sayğılı olmağa səsləyib:

"Zamanında Flora xanımla Teymur Əmrah ana-bala kimiydilər. Onu övladı kimi bəstəyib. İndi bu təhqirlər düzgün deyil. Flora xanım sənətimizin bahalı daş-qaşıdır, ona hörmətlə yanaşmaq, onun əllərindən öpmək lazımdır. Müəlliminə, ustadına hörmət etmək hər bir sənətçinin borcudur".
 
Z.Əmiraslanov özünün də bir vaxtlar Teymur Əmrahla aralarında gərginlik yaşandığını xatırlayıb: "Hər yerdə deyir ki, mən onun tələbəsiyəm. Yalan söhbətdir. Cəmi bir-iki dəfə onun otağına gedib-gəlmişəm, bu o demək deyil ki, o, mənə dərs deyib. Bir dəfə mötəbər məclislərin birində nüfuzlu bir şəxs məni Teymur Əmrahın tələbəsi kimi təqdim elədi, xoşuma gəlmədi. Dedim ki, mən onun tələbəsi deyiləm. Masada bizimlə bərabər əyləşən bir prodüser xanım narazılığını bildirdi ki, Teymur Əmrahın tələbəsi olanda nə olar? Dedim ki, ay xanım, mənim öz müəllimlərim var - Fidan və Xuraman Qasımovalar, Ağakərim Kərimov. Əgər Teymur Əmrah məni müəllimi kimi təqdim edəndə ona maddi və mənəvi xeyir gəlirsə, qoy desin. Amma mənim üçün bu təqdimatın bir xeyri yoxdur". 
 
Əməkdar artist Teymur Əmrahın tələbələrinin adlarını da sadaladı:

"Teymur Əmrahın tələbələri Samir Cəfərov, Samir Piriyev, Ayaz Qasımov, Elton Hüseynəliyev və Pərvin Lətifovdur. Məclislərin birində dedi ki, mənimlə niyə sən deyə danışırsan, axı mən sənin müəlliminəm. Ona dedim ki, sən mənim müəllimim deyilsən. O ki qaldı siz məsələsinə, əgər sənə siz desəm, onda Mübariz Tağıyevə gərək sizin kvadratını deyəm. Məni çölə çağırıb, dedi ki, niyə məni həmişə pərt edirsən? Dedim özün şərait yaratdın. Teymur Əmrah birtərəfli oxuyur, amma mən həm vokal oxuyuram, həm caz, ariya və s.".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar