Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əməkdar artist Kubra Dadaşova dəfn olunub


Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Kubra Dadaşova ailə qəbristanlığında dəfn olunub


Bu barədə report-a teatrın mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, aktrisa fevralın 12-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Xatırladaq ki, Dadaşova Kubra Məmmədağa qızı 31 avqust 1957-ci ildə Azərbaycan teatr sənətinin görkəmli teatr xadimi, aktyor, əməkdar artist Məmmədağa Dadaşovun ailəsində dünyaya gəlib.

29 iyun 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə tələbə ikən - 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayıb. Həmin ildən ömrünün sonuna qədər Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində bir-birindən maraqlı dramatik və komik rollar ifa edib.

Kubra Dadaşova milli səhnə mədəniyyətimizin inkişafında göstərdiyi böyük xidmətlərə, qazandığı sənət uğurlarına görə 16 may 2006-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

Cicixanım ("Qonşu qonşu olsa, kor qız ərə gedər", Rəşid Bəy Əfəndiyev), Bibi ("Ruhlar qapını döyür", Rauf İçərişəhərli), Mənzərə ("Pul dəlisi", Əhməd Orucoğlu), Nazlı ("O da mənəm, bu da", Dadaş Mehdi), Küpəgirən ("Mağara", Aygün Həsənoğlu), Mürəbbiyə ("Danışan gəlincik", Abdulla Şaiq), Xeyransa ("Nəsrəddin", Yusif Əzimzadə), Göhər ("Məhəbbət bir bəladır", Əhməd Orucoğlu), Qulməmməd ("Cənnətin üç alması", Nicat Kazımov), Qəmərbanu ("Mahmud və Məryəm", Elçin), Rəhilə ("Ah, qadınlar, qadınlar", Marat Haqverdiyev), Ziba xala ("Ağ dəvə", Elçin), Ana ("Ələddinin sehrli çırağı", Ərəb xalq nağılı), Ögey ana ("Göyçək Fatma", Azərbaycan xalq nağılları), Zümrüd ("Mən səni sevirəm", Ə.Əmirli), Zübeydə ("Buzovna kəndinin əhvalatları", Elçin) və digər rolları aktrisanın zəngin və əlvan yaradıcılığının ayrılmaz hissəsi olub.

Kubra Dadaşova gənc yaşlarından bir sıra televiziya tamaşaları və filmlərdə müxtəlif rollara çəkilib.

Allah rəhmət eləsin!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar