Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əmanətçilərinə ödənilən kompensasiyanın məbləği açıqlandı


Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan bankların əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb


Fonddan fins.az-a verilən məlumata görə, iyunun 16-na “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 mln. 222 min manat (ümumi kompensasiya öhdəliyinin 98,5%-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 58 mln. 971 min manat (ümumi kompensasiya öhdəliyinin 85%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 87 min manat (ümumi kompensasiya öhdəliyinin 98,7%-dan çox) kompensasiya ödənilib. Dörd bank üzrə ümumilikdə 133 mln. 53 min manatdan artıq kompensasiya verilib.

İyunun 16-na “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 350 min manat (ümumi kompensasiya öhdəliyinin 98,2%-dən), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 2 mln. 4 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 96%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 354 min manatdan artıq kompensasiya ödənilib.

“Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 437 mln. 433 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99,2%-i əmanətçilərə ödənilib.

İyunun 16-na “Yunayted Kredit Bank” ASC-də qorunan əmanətlər 1 mln. 778 min manatdan artıq olub və (84,7%)  artıq kompensasiya edilib.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın əmanətçilərinə 24 mln. 161 min (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 4 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın qorunan əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya verilib.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. 12 fevral 2017-ci il tarixədək “Texnikabank”ın qorunan əmanətçilərinə 120 mln. 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 734 mln. 245 min manatdan artıq kompensasiya ödənilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar