Əməkdar artist Elza Seyidcahanın deputatlığa namizədliyi qeydə alınmayıb
Bu barədə Azvision.az-a 54 saylı Şabran-Siyəzən Dairə Seçki Komissiyasının sədri Saleh Təhməzov bildirib.
Onun sözlərinə görə, E. Seyidcahanın sənədlərində uyğunsuzluq olduğu üçün namizədliyi qeydə alınmayıb.
Qeyd edək ki, bəstəkar-müğənni mətbuata açıqlamasında namizədliyi üçün 10 min səs topladığını bildirmişdi. Bu xəbər qalmalaqla səbəb olmuşdu. DSK müğənnini təkzib edərək bunun mümkün olmadığını açıqlamışdı.
pia.az