Xəbər xətti

21 APREL

17:29 Fövqəladə hal zamanı qaydalara əməl etməyən təşkilatların fəaliyyəti dayandırılacaq

17:16 Qızıl 11 dollardan çox ucuzlaşıb - Qiymət

17:11 Məhkəmə ANS-lə bağlı qərarını açıqladı

17:03 Ceyms Appaturay Azərbaycan prezidentini təbrik edib

16:54 Ermənistanın daha üç şəhəri etiraz aksiyalarına qoşuldu

16:47 Rusiyada təyyarə sərt eniş edib - Ölənlər var

16:41 Şamaxıda yeni istifadəyə verilən 3 yol dağıldı

16:33 Türkiyə Azərbaycana alça ixracına başladı

16:25 Gürcüstanın baş naziri Novruz Məmmədovu təbrik edib

15:55 ABŞ marixunanı leqallaşdırır – Federal səviyyədə

15:40 “İlhamə Quliyeva dedi ki, qoyma...“ Nüşabə Tunar qalmaqalı haqda

15:33 “Real“dan Ronaldoya yeni təklif -ilinə 30 milyon avro

15:20 Prezident Novruz Məmmədovun baş nazir təyin edilməsi haqqında sərəncam imzalayıb

15:12 “Kvadrat” - Tatyana Tolstayanın məşhur hekayəsi

15:05 Şimali Koreya bütün nüvə sınaqlarını dayandırır- Bu gündən

14:33 Yeni baş nazirimiz kinoya da çəkilib – Video

14:22 İraq Küveytə 90 milyon dollar ödəyəcək- 1990-cı il təcavüzünə görə

14:15 Trampın Xarici işlər nazirini Senat təsdiqləməyə bilər - Təhlil

14:09 Fransa yığması dünya çempionu olarsa…- Hər oyunçu 400 min avro alacaq

14:05 Saakaşvilidən Sərkisyana: Moskvanı az imitasiya et

13:27 Şamaxıda yeni istifadəyə verilən 3 avtomobil yolu sürüşmə nəticəsində dağılıb

13:22 AEBA Azərbaycanda xərçəngin müalicəsinə kömək etmək niyyətindədir

13:13 “Müşviq mənim çörəyimi yeyir“ - İzzət

13:09 "Neft nəhənglərinin bərpaolunan enerjiyə sərmayə qoyuluşu artır"

13:05 Erməni ordusu Nikol Paşinyanın tərəfdarlarını təhdid etdi

12:55 Sabahın hava proqnozu

12:40 Türkiyəli nazir: "TANAP və TAP-ı əsrin layihəsi kimi dəyərləndiririk"

12:35 "Bundan sonra başqa formada işləməyə başlayacağam"

12:30 Ağcabədidə ağır yol qəzası:ölən və yaralananlar var

12:25 Yeni Baş nazir: Parlament Novruz Məmmədova yekdilliklə səs verib

12:17 Azərbaycanda 12 sm hündürlüyündə qar yağıb

12:05 Milli Məclis Novruz Məmmədovun baş nazir vəzifəsinə namizədliyinə baxır

11:55 Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər yaralanıb

11:47 Maskalı şəxslər Bakıda evə basqın ediblər

11:42 Yerevanda müxalifətin mitinqi başlayıb

11:37 Dünya getdikcə daha çox nizamsız, etibarsız və hətta təhlükəli hala gəlir

11:33 Azərbaycanın yeni baş nazirinin adı açıqlandı

11:20 Bakıda yol qəzasında iki nəfər ölüb

11:13 Azərbaycan Premyer Liqasında XXIV tura start verilir- Bu gün

11:09 Röyadan küsülü olduğu Faiq Ağayevə barışıq jesti - Video

11:09 “Skripal işi” üzrə əsas şübhəlilər müəyyən edilib- Britaniyada

11:05 Türkiyənin qərarının ardınca Jirinovskidən təklif

10:44 “Hansısa ölü qəzetlərə milyonlarla pul paylanıb”

10:40 NATO PA-nın 97-ci “Rouz-Rout” seminarı keçiriləcək- Gürcüstanda

10:36 Bakıya yeni başçı gəlir! – Abutalıbovun xələfinin adı çəkilir

10:30 Rusiya və ABŞ maliyyə nazirləri sanksiyaları müzakirə ediblər- Toplantı

10:26 Bakıda xəstəxanada yanğın olub

10:22 Erməni silahlı bölmələri atəşkəsi 93 dəfə pozulub

10:17 Azərbaycanda ilk dəfə tullantı suları ultrabənövşəyi şüa texnologiyası ilə zərərsizləşdiriləcək

10:13 Bu il içməli sudan əziyyət çəkən kəndlərdə yeni layihələr icra olunacaq

10:09 “Bu, bütün dünya üçün xoş xəbərdir” – Tramp

10:05 "Artur Rasi-zadə Azərbaycanın inkişafı yolunda əzmlə çalışıb"

0:59 SİM-kartdan qızıl əldə olunacaq - Maraqlı kəşf

0:47 Firmino bu statistikaya görə bəzi müdafiəçiləri qabaqlayır

0:34 “Google” SMS-ə yeni rəqib gətirir

0:23 Yuri Maksimov altıncı ukraynalı ola bilər

0:11 Sərdar və xanımı dedi-qodulara bu paylaşımı ilə son qoydu

0:02 Bu gün bürcünüz nələr vəd edir?

20 APREL

23:59 Nikol Paşinyan: “Serj Sarkisyan istefa verməlidir!”

23:54 El Pais: Baskların ETA qruplaşması qurbanlarından üzr istəyib

23:48 Türk ordusundan ilk: Bu silah ələ keçirildi

23:42 Teymur Rəcəbov və Rauf Məmmədov Vüqar Həşimovun xatirə turnirində

23:36 Şimali və Cənubi Koreya liderləri üçün xüsusi xətt yaradıldı

23:30 Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü - Fotolar

23:24 Tatarstan parlamentinin spikeri Putinin qərarını tənqid edib

23:18 53 yaşlı qadın sirkə turşusu içdi

23:12 Ermənilərin Kölndəki “soyqırımı” memorialı söküləcək

23:06 Dinq Liren: “Bu oyundan sonra Azərbaycanda daha çox tanınmağım normaldır”

23:00 Sarkisyanın başı dərddə - Paşinyan “etirazlara davam” dedi

22:55 Fazil Məmmədovun adamı “Atena”nı satır - Qarşıdurma

22:49 Türkiyəli ilahiyyatçı: “Qadınlar bununla kişilərə təcavüz edir” – Video

22:43 Məşhur di-cey vəfat etdi

22:37 Qəzzada toqquşmalar nəticəsində 4 fələstinli ölüb, 445-i xəsarət alıb

22:31 Ölkənin qızıl-gümüş bazarında qiymətlər dəyişdi

22:25 İrəvanda etirazçılar hava limanına gedən yolu bağladı

22:19 Qəza zamanı avtomobilə dəymiş zərər hərrac modeli ilə qiymətləndiriləcək

22:13 Tramp açıqladı: Rusiya ilə gizli anlaşma olmayıb

22:10 Əbülfəz Elçibəyin yubileyi ilə bağlı tədbirlər keçiriləcək

22:07 Gürcüstan-Azərbaycan sərhədində sərhədçi güllələndi

22:01 Əsəd Fransanın verdiyi ordeni qaytardı

21:56 Yaponiyaya getsəniz, çıxanda rüsum ödəməli olacaqsınız

21:50 Avstriyada qatar qəzası - 54 yaralı

21:44 Bakıda müsəlman dünyasının nadir hadisəsi - Vəhdət namazı + Video

21:38 Ayrılıq səbəbi bəlli oldu - Aslı Muradı cana yığıbmış

21:32 İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

21:26 Fələstinə aid tarixi xəritə Misirdən qaçırılarkən ələ keçirildi

21:20 ABŞ məktəbində daha bir atəş açılıb

21:14 Azərbaycanda 100 ildən çox yaşayanların sayı azalıb

21:08 ABŞ Demokrat Partiyası Rusiyaya qarşı iddia qaldırdı

21:02 Vergilər Nazirliyi və Gömrük Komitəsi razılaşdı - Kimlərə birgə nəzarət ediləcək?

20:57 Yerevanda nümayişçilər müdafiə nazirinin avtomobilini mühasirəyə alıb

20:51 İngilislər Suriya üçün küçələrə axışdı - Baş nazirə etiraz

20:45 Ata 5-ə qədər saya bilmədiyi üçün uşağa işgəncə verdi

20:39 Binəqədidə “BMW” yandı

20:33 “Time” jurnalı dünyanın nüfuzlu şəxslərinin siyahısını açıqlayıb

20:27 Axtarışda olan şəxs Salyanda özünə xəsarət yetirdi

20:21 “Betis” klub rekordunu təkrarladı

20:15 Yaponiyada vulkan 250 il sonra püskürdü

20:09 Qırğızıstan prezidenti baş nazir təyin etdi

20:05 İqtisadiyyat Nazirliyinin bəzi səlahiyyətləri yeni Agentliyə verildi

20:03 Novak: “Bu ay neftin qiyməti 80 dollara qalxa bilər”

19:58 Rus dili İran məktəblərində ikinci xarici dil kimi tədris olunacaq

19:52 Prezident Mədəniyyət və Turizm Nazirliyini iki struktura böldü

19:46 “Suriyada terrorçuların bütün tunellərini fransız şirkətləri düzəldib” – Ərdoğan

19:40 “Məhz bu amil Azərbaycan-İsrail münasibətləri üçün möhkəm təməldir” - Səfir

19:34 Bakıda polis bölməsinin ərzisində üç top mərmisi tapılıb

19:30 İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək

19:28 Ərdoğan seçki kampaniyasının başladığını elan etdi

19:25 İdxal-ixrac əməliyyatlarına bu qurumlar nəzarət edəcək

19:22 XİN: “Bu, ciddi təəssüf doğurur”

19:19 Dövlət Turizm Agentliyi yaradıldı

19:16 Bakıda 46 qızı zorlayan falçı ilə bağlı araşdırma başladı

19:10 Əfqanıstanda partlayış - 5 ölü, 10 yaralı

19:07 Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edildi

19:04 Azərbaycanda yeni Dövlət Proqramı hazırlanır

18:59 İrəvanda tutulan etirazçıların sayı 217-yə çatdı

18:53 İran nüvə sazişindən çıxmaqla hədələdi

18:47 Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycana səfərə gəlir

18:41 “Bu, futbol terrorundan betərdi” - Ərdoğan

18:38 Sahil qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib - Fotolar



MÜSAHİBƏ

...

Elxan Şahinoğlu: “Türkiyə Bakıdan Qarabağla bağlı təkliflər gözləyir”

Tarix 16.04.18, 10:14

Font ölçüsü : - / +
bitmap-img6

“Ankara bu məsələni daha gur səslə gündəmə gətirməyə hazırdır”


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu bir həftəlik Türkiyə səfərini başa vuraraq ölkəmizə qayıdıb.

 Politoloq qardaş ölkədə bir sıra maraqlı görüşlər keçirib. Elxan Şahinoğlu ilə Türkiyəyə səfərinin məqsədi, orada keçirdiyi görüşlər və digər məsələlərlə bağlı geniş söhbət etdik.

- Elxan bəy, Ankara səfərinizdə məqsəd nə idi?

- Türkiyənin bölgədəki rolu getdikcə artır. Türkiyə Avrasiya bölgəsinin əsas dövlətlərindən birinə çevrilib və Azərbaycana qardaş dövlət və strateji müttəfiqidir. Ona görə də Türkiyə ilə bağlı baş verən hadisələr Azərbaycanda da diqqətlə izlənir. Bir sıra hallarda bəzi vacib məsələləri yerində dəqiqləşdirməyə, “nəbz yoxlanışına” ehtiyac yaranır. Bu səbəbdən Ankara səfəri mənim üçün çox faydalı oldu, Azərbaycan üçün vacib olan məsələləri, suallara cavabları özüm üçün dəqiqləşdirə bildim.

- Ankarada konkret olaraq hansı suallara aydınlıq gətirməyə çalışdınız?

- Hazırda Türkiyə-Azərbaycan strateji müttəfiqliyi ilə bağlı ən çox müzakirə olunan suallar bunlardır: birincisi, Türkiyə ilə Rusiya arasında artan strateji tərəfdaşlığın yaxın perspektivdə Dağlıq Qarabağ münaqişəsinin həllinə də müsbət təsiri ola bilərmi? İkincisi, Türkiyə Azərbaycanda hərbi baza yarada bilərmi? Üçüncüsü, Türkiyə ilə Azərbaycan arasında konfederasiya qurula bilərmi? Bu suallara aydınlıq gətirmək üçün əvvəlcə Türkiyə parlamentində görüşlər keçirdim, təxminən 12 saat ərzində 3 partiyanın - Ədalət və İnkişaf Partiyasının, Milliyyətçi Hərəkat Partiyasının və Cümhuriyyət Xalq Partiyasının 15-ə yaxın millət vəkili ilə görüşdüm.

- Millət vəkilləri Türkiyənin Qarabağla bağlı fəallaşma imkanlarını necə dəyərləndirdilər?

- Türkiyəli millət vəkillərindən aldığım mesajları  bu şəkildə qruplaşdırmaq olar: “Türkiyə Dağlıq Qarabağ məsələsində dialoqu Azərbaycanın lehinə dəyişdirməlidir”, “Azərbaycan və Türkiyə iqtisadi və hərbi baxımdan güclü olmalıdırlar ki, Qarabağla bağlı danışıqlarda güclü olsunlar”, “Rusiya-Türkiyə ittifaqı Suriya ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də məşğul ola bilər”, “Dağlıq Qarabağın işğaldan azad olunması Türkiyəni Afrini terrorçulardan təmizlənməsindən daha çox sevindirər”, “Əgər Rusiya Azərbaycana silah satmaq istəməsə, Bakının müraciəti əsasında Türkiyə Azərbaycana silah sata, bundan başqa Azərbaycana logistik dəstək də verilə bilər”, “Türkiyə enerji məsələsində Rusiyadan çox Azərbaycanla əməkdaşlığı genişləndirməlidir, TAP və TANAP boru xətlərinin tikintisini sürətləndirmək lazımdır. Elə etmək lazımdır ki, Azərbaycan qazı Rusiya qazından daha tez Türkiyəyə və Cənubi Avropaya çatsın”. Beləliklə, türkiyəli millət vəkillərinin fikirlərindən bu qənaətə gəlmək olar ki, Türkiyə Qarabağ münaqişəsinin həllini daha gur səslə gündəmə gətirməyə hazırdır. Ancaq bunun üçün Qarabağ mövzusunda Bakı-Ankara dialoqu genişlənməlidir. Yəni rəsmi Ankara bilmək istəyir ki, Bakı ondan Moskva qarşısında konkret olaraq hansı məsələlərin qaldırılmasını istəyir.

- ATƏT-in Minsk Qrupunun fəaliyyəti necə qiymətləndirildi?

- Millət vəkilləri Qarabağla bağlı sülh danışıqlarının bundan sonra da nəticə verməyəcəyi qənaətindədirlər. Ancaq  onu da vurğuladılar ki, Rusiyasız bu münaqişəni həll etmək mümkün deyil, Moskvanın müharibəyə də imkan verməyəcəyi düşüncəsindədirlər. Millət vəkilləri Azərbaycanın gücləndiyini, Ermənistanın isə kasıblaşdığını, ayrıca bütün layihələrdən kənar qaldığını və bu faktorun gələcəkdə Qarabağ probleminin Azərbaycanın lehinə həll olunacağı imkanını artırdığı fikrindədirlər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ən yaxın deputatlardan biri bu mövzudakı fikrini belə yekunlaşdırdı: “Kiçik və zəif dövlət olan Ermənistan üçün Azərbaycan və Türkiyə ilə sərhədlərin qapalı qalması İrəvana böyük zərbədir. Azərbaycanın indiki siyasəti doğrudur, Ermənistanı təcriddə saxlayıb işğalçı dövlətə təzyiqi artırmaq lazımdır”.

“Türkiyəli diplomatlar Sergey Lavrovun siyasətindən və açıqlamalarından narahatdırlar”

- Bəs iki dövlət arasında konfederasiya ideyası haqqında nə düşünürlər?

- Birincisi, türkiyəli millət vəkillərinin Türkiyənin Azərbaycanda hərbi baza yaratması ilə bağlı dəqiq fikri yoxdur. Buna baxmayaraq, bəzi deputatlar Bakının hərbi baza ilə müraciətinə “yox” deməyəcəklərini də bildirdilər. “Türkiyə Azərbaycanla konfederasiya yarada bilərmi və ya yaratmalıdırmı” sualına da eyni cavab verildi: “Azərbaycan Türkiyə ilə nə qədər çox yaxınlaşmaq istəsə, biz Bakının bu təklifinə ”yox" deməyəcəyik. Bu qərar Azərbaycana bağlıdır". Ancaq millət vəkilləri mənə onu da dedilər ki, konfederasiya mövzusunun gündəmdə qalmasının da əleyhinə deyillər. Bu onun üçün vacibdir ki, Rusiyaya güvənən işğalçı Ermənistan Azərbaycanın tək olmadığını, Türkiyənin Azərbaycana istənilən dəstəyi verməyə hazır olduğunu anlasın. Yəni Ermənistan təxribat yaradıb Rusiyanı da Azərbaycana qarşı hərbi həmləyə sürükləyərsə, Türkiyə hökuməti və ordusu buna seyrçi qalmayacaq. Konfederasiya ideyası və ya Türkiyə-Azərbaycan hərbi ittifaqı mövzusu İrəvanla yanaşı Moskvaya da mesaj olmalıdır. Bu arada, vaxtı ilə Türkiyə ilə Ermənistan arasındakı dialoqun və protokolların ideya müəlliflərindən biri ilə maraqlı söhbətim oldu. Bu məsələ illərdir məni narahat edirdi və cavab tapmağa çalışırdım. Həmin yaşlı diplomat mənə bunları nəql etdi:  “Biz Ermənistanı Rusiyanın və erməni lobbisinin təsirindən çıxarmaq üçün İrəvanla dialoqa başladıq. Ancaq ən böyük səhvimiz bu dialoq barədə rəsmi Bakıya kifayət qədər məlumat verməməyimiz idi. Bu prosesi doğru həyata keçirmədik. Ermənistanla dialoqda Azərbaycanın da iştirakını təmin etməli idik. Alınmadı. Ona görə də İsveçrədəki protokollar işləmədi”.

- Türkiyə Xarici İşlər Nazirliyində də görüşləriniz oldu. Orada Qarabağla bağlı nə düşünürlər?

- Türkiyə Xarici İşlər Nazirliyinin ilk beşliyində yer alan diplomatlarla görüşdüm, vacib mesajlar verdilər. Mənə dedilər ki, Türkiyə praqmatik baxımdan Rusiya ilə yaxşı münasibətlər qurmağa məcburdur. Ancaq bu münasibətlər strateji deyil, taktiki xarakter daşıyır. Yaxınlaşma 3 səbəbdən baş verib. Birinci səbəb odur ki, Rusiya və Türkiyənin Qərblə münasibətlərində gərginlik var və eyni dərd Moskva ilə Ankaranı yaxınlaşdırıb. İkinci səbəb odur ki, Türkiyə və Rusiya Suriyada əməkdaşlıq edir. Üçüncü səbəb isə iki ölkə arasındakı yaxın qonşuluq münasibətlərini davam etdirməsiylə bağlıdır. Yəni Türkiyə-Rusiya birliyi əbədi olmaya da bilər. Ona görə də Moskva Ankaranın “Qarabağ münaqişəsi həll olunmalıdır” yanaşmasını qəbul etməz. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərinə müsbət yanaşmayaraq deyib ki, “bu məsələ mürəkkəbdir”. Elə ona görə də bu cavabı Soçidə alan Ərdoğan son Ankara görüşündə Putinlə Qarabağla bağlı fikir mübadiləsi aparmağa ehtiyac duymadı. Çünki bilib ki, Putindən eyni cavabı alacaq. Rusiya Ermənistanı təsir dairəsində saxlamaq üçün münaqişəni həll etmək istəmir. Buna baxmayaraq, türkiyəli diplomatlar da millət vəkilləri kimi düşünür: münaqişə Rusiyasız həll olunmayacaq. “Azərbaycan daha da güclənməlidir ki, Rusiya Azərbaycanın gücü ilə hesablaşsın” - bu, türkiyəli diplomatların ümumi fikridir.

- Türkiyəli diplomatların Azərbaycan-Türkiyə-Rusiya formatının təsisi haqqında düşüncələri nədir?

- Ankarada mənə dedilər ki, bu təklifi rəsmi Bakı irəli sürüb. Türkiyəli diplomatların sözlərinə görə, Moskva ümumilikdə bu ideyanı qəbul etsə də, cavabı bu günə qədər verməyib. Ümumiyyətlə, türkiyəli diplomatlar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun siyasətindən və açıqlamalarından rahatsızdırlar. Ancaq maraqlı gedişat ola bilər. Hazırda Türkiyə-Azərbaycan-Ukrayna üçlüyü üzərində iş gedir. Mən bu ideyanı  iki il əvvəl Kiyevdə Ukraynanın xarici işlər nazirinin müavini ilə görüşdə irəli sürmüşdüm. Bu ideyanı bəyəndilər. Sevindirici haldır ki, yaxın aylarda bu 3 dövlətin prezidenti (Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev və Petro Poroşenko) bir araya gəlib üçlü mexanizmi işə salacaqlar. Rusiyanın Ukrayna ilə münasibətləri gərgindir. Ona görə də Ankarada düşünürlər ki, Türkiyə-Azərbaycan-Ukrayna formatı yaranarsa, Moskva da geri qalmaq istəməyəcək və Türkiyə-Azərbaycan-Rusiya formatının yaranmasına yaşıl işıq yandıracaq.

- Türkiyə gələcəkdə Dağlıq Qarabağa sülhməramlı qüvvələr göndərə bilərmi?

- Bu mövzuda da qardaş dövlətin diplomatları ilə söhbətim oldu. Türkiyə Xarici İşlər Nazirliyinin diplomatları ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin həllini sürətləndirməyəcəyi fikrindədirlər. Yeni model axtarılmalıdır. Rusiya Qarabağ münaqişəsinin həlli məsələsində Türkiyə ilə əməkdaşlıq etmək istəməsə də, Dağlıq Qarabağda yerləşdirilə biləcək sülhməramlı qüvvələrin tərkibində Türkiyənin olmasını qəbul edə bilər. Yəni, əgər rəsmi Moskva israr etsə ki, Rusiya hərbçiləri Dağlıq Qarabağda sülhməramlılar tərkibində iştirak etməlidir, Türkiyə hərbçiləri də Dağlıq Qarabağda yerləşdirilib bölgədəki azərbaycanlıların təhlükəsizliyinə cavabdeh ola bilərlər. Əlbəttə, bu münaqişənin sonrakı mərhələsində reallaşa bilər. Ancaq Ankarada bu mövzunu da müzakirə etməyə hazırdırlar. Türkiyə diplomatları ona da inanırlar ki, Dağlıq Qarabağda müharibə başlayarsa Ermənistan bütün sərhəd boyu təxribat yaratmağa çalışacaq ki, prosesə Rusiya da qarışsın. Ona görə də rəsmi Ankara müharibənin necə riskli olduğunu və Bakının bu məsələdə bütün çətinliklərini anlayır.

- Ankaradakı görüşlərinizin nəticəsini necə dəyərləndirirsiniz?

- Rəsmi Ankara əvvəlki tək Azərbaycanın problemlərinə diqqətlə yanaşır. Azərbaycan prezidenti İlham Əliyev bir neçə gündən sonra Türkiyəyə rəsmi səfər edəcək. Azərbaycan və Türkiyədə hər seçkidən sonra prezidentlər ilk səfərlərini bir-birlərinə edirlər. Bu yaxşı ənənədir. Türkiyə İlham Əliyevin səfərinə hazırdır. Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi və enerji əlaqələri inkişaf edir. Ancaq Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin inkişafı üçün daha çox iş görülə bilər. Bunun üçün iki ölkə arasındakı müxtəlif nazirliklər arasındakı işçi qruplar tez-tez görüşməli və yeni ideyaların reallaşmasına çalışmalıdırlar. “Türkiyə Qarabağla bağlı daha nə edə bilər” sualı daha çox azərbaycanlı rəsmiləri, deputatları, diplomatları və ekspertləri düşündürməli və təkliflər rəsmi Ankaraya çatdırılmalıdır. Qardaş ölkə Bakıdan Qarabağla bağlı təkliflər gözləyir.

- Son sual: Azərbaycanda prezident seçkiləri keçirilən gün qardaş ölkədə idiniz. Türkiyə rəsmiləri və ictimaiyyəti seçkiləri necə izlədi?

- Türkiyədə görüşdüyüm rəsmilər, millət vəkilləri və diplomatlar İlham Əliyevin prezident seçilməsini müsbət qiymətləndirdilər. Azərbaycanda sabitliyin davamı və Türkiyə ilə birgə regional layihələrin icrası rəsmi Ankarada yüksək qiymətləndirilir. İki ölkə arasında həyata keçirilən böyük layihələrin reallaşmasını İlham Əliyevin adı ilə əlaqələndirirlər. İlham Əliyevin Türkiyə ilə strateji müttəfiqliyə önəm verdiyini Ankarada yüksək qiymətləndirirlər. Rəsmi Bakının balanslaşdırılmış xarici siyasətinə rəğmən, İlham Əliyevin xarici və təhlükəsizlik siyasətində birinci yerə Türkiyəni qoyduğunu qardaş ölkə də yaxşı anlayır və Azərbaycan prezidentinin erməni həmkarı Serj Sərkisyana verdiyi qəti cavabı yaxşı xatırlayırlar: “Türkiyənin olmadığı yerdə mən varam və sizin cavabınızı verəcəm”.(musavat.com)

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Dünya getdikcə daha çox nizamsız, etibarsız və hətta təhlükəli hala gəlir

bitmap-img3

Rakurs

Falçının zorladığı qızlardan dəhşətli açıqlamalar - Video

bitmap-img3

Seçmələr

Səlahiyyətlərini başa vurmadan ölən deputatlar...

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru