Cümə axşamı, 21 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Elon Mask: “Döşəmədə yatırdım”

“Tesla” şirkətlərinin rəhbəri Elon Mask son bir neçə ayda dəfələrlə müəssisənin döşəməsində yatdığını bildirib


Lent.az-ın xəbərinə görə, E. Mask deyib ki, “Tesla Model 3”ün istehsalı ondan problemlərin yerində həlli üçün şəxsən zavodda qalmağı tələb edib. O qeyd edib ki, istehsalı şəxsi nəzarətə götürdüyü zaman əvvəlcə müəssisənin konfrans zalında nazik, narahat divanda, sonra isə döşəmədə yatıb.
 
E. Maskın sözlərinə görə, proses mürəkkəb, stres və ağrı dolu idi: “Mənim evə gedib duş almağa, paltarımı dəyişməyə vaxtım yox idi. Hesab etmirəm ki, insanlar ağır şəkildə işləyirsə, rəhbəri məzuniyyətə gedə bilər”.  
 
İş adamı deyib ki, üçüncü modelin istehsalında gecikmələrə baxmayaraq, o və komandası hər alıcının sifarişini çatdırmalıdır. Lakin buna planlaşdırıldığından yarım il daha çox vaxt gedə bilər.

pia.az
Etiket:
loading...