Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elnur Aslanovun istintaqda dedikləri...


Deputat Ceyhun Osmanlının atası barədə də xəbərlər yayıldı; İcra başçıları - Elmar Vəliyevlə Mansur Məmmədovun nurçu müavinlərinin adları bəlli oldu


Prezident Administrasiyasının sabiq şöbə müdiri, hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri olan Elnur Aslanov Milli Təhlükəsizlik Nazirliyində 6 saat dindirilib. Bu haqda bizimyol.info məlumat yayıb. Məlumatda iddia olunur ki, dindirmə zamanı E.Aslanov nurçu  şəbəkəsi ilə bağlı bütün bilgilərini bölüşüb. İddiaya görə, E.Aslanovun verdiyi məlumatların nəticəsi olaraq bir çox Türkiyə təhsilli və son zamanlar hakimiyyət pillələrində sürətlə addımlayan gənclərlə bağlı araşdırmalara başlanıb. Bunlardan biri də Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 30 yaşlı müavini, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevdir.

Belə ki, N.Həmzəyev də Türkiyə təhsilli sayıla bilər. O, 2009 - 2011-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilən “Elektron Universitet” layihəsinə uyğun olaraq Türkiyə Respublikasının Atatürk, İstanbul və Fırat universitetlərində, həmçinin “Tubitak Ulakbim” təşkilatında “İT meneceri” üzrə ixtisasartırma kursları keçib. 2012-ci il 24 yanvar tarixində Türkiyə Respublikası Fırat Universiteti Sosial Elmlər İnstitutunun tarix bölməsində doktorantura pilləsinə qəbul olunub.

Mənbə, analoji araşdırmaların digər gənc kadrları da əhatə etdiyini və yaxın günlərdə nəticə ilə bağlı xəbərlərin yayılacağını vurğulayıb.

***

Bu arada APA Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən aprelin 11-də Göyçayda “nurçu” dini təriqətinin ardıcıllarına qarşı əməliyyat keçirilməsi haqda xəbər yayıb. Xəbərə görə təriqət üzvləri - Göyçay rayon sakinləri Şahin Həsənovun, İlham Həmidovun, Qəbələ rayon sakini Zəkəriyyə Məmmədovun dəvətləri əsasında Türkiyə vətəndaşları “Fırıncı abi” ləqəbli Gülec Mehmet Nuri, Koçoğlu Himmet Uyar Qadir, Uyar Mustafa Kemal, Karagözoğlu Nureddin, Ömer Güzəddəmirçi, həmçinin Bakı şəhər sakinləri Fəxrəddin Xanlayev, Yusif Dadaşov Z.Məmmədova məxsus Göyçay şəhəri Bakı küçəsindəki evdə Qəbələ, İsmayıllı, Ağdaş, ZaqatalaUcar rayon sakinlərindən ibarət 60-70 nəfərlə toplantı keçiriblər.

Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Z.Məmmədovun evinə baxış zamanı “Nurçu” dini təriqətinə aid yayılması qadağan olunmuş 545 ədəd “Risaleyi Nur" kitabı, broşuralar, 61 ədəd disk, 1 ədəd silah üçün optik nişangah, 1 ədəd suvenir xəncər, 1 ədəd avtomat patronunun başlığı, 1 ədəd yaddaş kartı, 2 ədəd mobil telefon yaddaş kartı, 27 ədəd tir hədəfi, 1 dəst hərbi geyim və 1 ədəd dünyanın fiziki xəritəsi aşkar edilərək götürülüb. Aprelin 14-də İ.Həmidovun evinə baxış zamanı “Nurçu” dini təriqətinə aid yayılması qadağan olunmuş 20 ədəd “Risaleyi Nur" kitabı aşkar edilərək götürülüb.

Hüquq müdafiəçisi Taleh Xasməmmədov isə özünün facebook profilində Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mansur Məmmədovun müavini Yunus Osmanlıya məxsus villanın fotolarını paylaşaraq belə bir şərh yazıb:

Şəkillərdə görünən bağ evi və 60 ha torpaq sahəsi millət vəkili Ceyhun Osmanlının atası, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mansur Məmmədovun müavini Yunus Osmanlıya məxsusdur. Ağdaş rayonun Kükəl kəndində yerləşən bağ evindən nurçuların dərsxana kimi istifadə etdikləri bildirilir”.

Göyçay RPŞ əməkdaşlarının həmin ünvanda əməliyyat keçirib-keçirməmələri haqda isə məlumat yoxdur.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar