Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elnarədən nazirə məktub - teatrı şikayət etdi


Müğənni Elnarə Xəlilova mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə açıq məktub yazıb


Axşam.az-ın məlumatına görə, sənətçi nazirə ünvanladığı məktubda Opera və Balet Teatrının rəhbərliyindən şikayət edib. 

Məktubu olduğu kimi təqdim edirik: 

“Cənab nazir Əbülfəs Qarayev, mən, Elnarə Xəlilova Sabit qızı Müstəqil Telekompaniya olan Space telekanalında yayımlanan “Xanımlar və cənablar” adlı proqramın müəllifi və aparıcısıyam. Proqramda tamaşaçıları istənilən mövzularda mütəxəssislərin yardımı ilə maarifləndirmə istiqamətində çox mühüm işlər aparılır. Reytinq xatirinə nə ağlamaq, nə də yersiz gülmək yoxdur. 

Ötən həftə Opera və Balet Teatrında “Arşın mal alan” tamaşasına baxmağa getdim və  olduqca böyük zövq aldım. Deyərdim ki, bu tamaşa Azərbaycan mədəni irsinin ən gözəl nümunələrindən biridir. Buna görə də tamaşa bitdikdən sonra kulisdə aktyorlarla görüşdüm və onları böyük məmnuniyyətlə proqramımızda görmək istədiyimi bildirdim. Mayın 13-ü teatrın mətbuat xidmətinin əməkdaşı Şükufə xanımla əlaqə saxlayıb rəhbərlik səviyyəsində aktyorların proqramda iştirakına icazə aldım. Ondan sonra mətbuat xidmətindən bir-bir aktyorların telefon nömrəsini alıb şəxsən özüm onlara zəng edib verilişimə dəvət etdim. Hər kəsin razılığını aldıqdan sonra 76 yaşlı çoxdan təqaüdə getməli olan rejissor işləri müdiri Tamara Eyvazova mənə zəng vurub aktyorları buraxmadığını söylədi. Səbəbini soruşduqda həmin gün saat 4-də aktyorlardan üçünün “Sevil” operasının məşqində olmalarını dedi. 

Mən də öz növbəmdə aktyorların məşqinə heç bir şəkildə mane olmayacağımı söylədim. Belə ki, veriliş bir saatlıqdır və mən 13:00-da proqrama başlayıb, 14:00-da onları buraxacağıma dair söz verdim.  “Xanımlar və cənablar” proqramına ayrılmış günlərdə 2-3 veriliş çəkdiyimi və bu səbəbdən də gecikmənin qeyri-mümkün olduğunu Tamara xanıma bildirdim. Qisacası, hər nə qədər aktyorların məşqə gecikməyəcəklərinə dair faktlar sadalasam da 76 yaşlı bu xanımın “icazəsini ala” bilmədim. O, mənim heç bir fikrimi dinləməyərək “aktyorlarımı proqrama buraxmıram” dedi.

Bundan sonra mən çəkilişi saat 12:00-la təyin etdim və ehtiyatda bir əlavə saatın olmasın ona bildirdim və dedim ki, çəkiliş və sizin məşq günü ayrı-ayrı saatlardadır. Üstəlik aktyorların saat 13:00-da artıq studiyadan çıxacağına söz verdim. Bu isə o deməkdir ki, saat 16:00-dək aktyorların istirahət etməyə vaxtları da qalacaq. Bununla da Tamara xanımı razı sala bilmədim. Ancaq yersiz və səbəbsiz “yox” cavabı eşitdim. 

Əhvalımı pozmadım. “Sevil” operasında oynayan hər üç aktyora vəziyyəti başa saldım və dedim ki, sizin proqramda iştirak etməyinizə icazə vermirlər. Sonra proqramın çəkilişi günü məşqi olmayan yerdə qalan üç aktyora dəvətli olduqlarını bildirdim. Onlara proqramda Azərbaycan incəsənəti, Opera və Balet Teatrının təbliği istiqamətində söhbətlər edəcəyimizi və yeri gəldikcə tamaşalardan musiqi nömrələri ifa edə biləcəklərini dedim. Mayın 14-də isə mənə bildirdilər ki, Opera və Balet Teatrının rəhbərliyi iclas edib və bütün aktyorların “Xanımlar və cənablar” proqramıma qatılmağını qadağan edib. Teatrın direktoru bildirib ki, hansı aktyor proqrama getmək istəyirsə ərizəsini yazıb işdən çıxsın. Rəhbərlik aktyorları şantaj edib.

Cənab nazir, mən sizə güvənib belə bir sual verirəm: Bu nə dəməkdir, bunun adı nədir? Niyə teqaüd yaşına çatan teatrın məsul işçiləri Azərbaycan mədəniyyətinin inkişafında və təbliğində həyata keçə biləcək tədbirlərdə aktyorlara qadağa qoyurlar? Bunun adı nədir: qərəz, düşmənçilik, yoxsa paxıllıq? Xahiş edirəm, cənab nazir, teatrlarımızın inkişafına və təbliğ olunmasına bu cür xələl gətirən yaşını ötmüş işçilər haqqında ölçü götürəsiniz. Onlar hətta Azərbaycan mədəniyyətinin adına öz yersiz prinsipləri ilə xələl gətirir, ziyan vururlar.

Hörmətlə, Elnarə Xəlilova”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar