Xəbər xətti

19 YANVAR

20:56 “Sobesendik” qəzetinin yaradıcısı - azərbaycanlı jurnalist vəfat edib

20:49 Vəkilliyə namizədlərin imtahan vaxtı açıqlanıb

20:41 Türkiyədə ev alan azərbaycanlıların sayı kəskin artıb

20:34 Odessada atışma - Ölən var

20:26 Pele xəstəxanaya yerləşdirildi

20:19 Ermənistanda Rusiya vətəndaşı saxlanılıb

20:11 10 minə yaxın məhkumun cəzası yüngülləşdiriləcək

20:04 Donald Trampın verəcəyi ziyafətin bileti 100 min dollardır

19:57 Politoloq: “Hazırda Sarkisyanın bütün siyasi gedişləri...”

19:50 Beynəlxalq Enerji Agentliyi: ABŞ-da neft istehsalı böyük həcmdə artacaq

19:43 “Yol polisləri məni çox saxlayıb” - Qurban Qurbanov

19:36 “Silahlı Qüvvələr haqqında” qanun qüvvəyə mindi - Fərman

19:29 Bakı metrosunda qatar tuneldə qalıb

19:22 Türkiyə Kubokunda 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb

19:15 Abid Şərfiov: “Kimsə övladımın tərbiyəsizlik etdiyini deyə bilməz”

19:09 Ermənistanın xarici borcu rekord səviyyədə artdı

19:01 “Formula 1”ə görə Azərbaycana gələcək əcnəbilərə şad xəbər

18:54 Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılıb

18:48 Yerevanda qiymətlərin yüksəlməsinə qarşı etiraz aksiyası keçirilir

18:41 Ağsuda mənşəyi məlum olmayan bir ton ət aşkarlanıb

18:34 Azərbaycana Rusiyadan müasir hərbi texnikalar gətirilib - Video

18:27 Bu gecə Bakının bu yolları bağlı olacaq

18:20 MM üzvləri AŞPA-nın qış sessiyasına qatılmaq üçün Strasburqa səfər edəcək

18:12 Ayaz Mütəllibovun keçmiş mətbuat katibinə hökm oxundu

18:06 Jurnalistlərdən Dilçilik İnstitutuna qarşı sərt mövqe: “Bağlamaq lazımdır”

18:05 “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” müsabiqəsinin qalibləri mükafatlandırıldı

18:00 Azərbaycana bir blokdan artıq siqaret gətirilməsinə qadağa qoyulacaq

17:54 “Barselona”da növbəti müqavilə

17:49 Dilimizin utanc gətirən sözləri

17:43 Binəli Yıldırım Türkiyənin məqsədini açıqladı

17:36 YAP üzvlərinin sayı açıqlanıb

17:34 İcra başçısı 20 Yanvar faciəsi əlilləri və şəhid ailəsi ilə görüşdü

17:30 Baş prokuror Qobustanda vətəndaşları qəbul edib

17:24 Türkiyəli general: “Türkiyə Afrinə təcili hərbi əməliyyat təşkil etməlidir”

17:20 Belçikada miqrantlar polisə hücum etdilər

17:16 “10 dollara almırlar, ancaq 50 dollara satırlar” - Gömrük şefi

17:11 AMEA: Bakıda müşahidə edilən hava yanvar üçün səciyyəvi deyil

17:06 Leyla Şıxlinskayanın klinikasının baş mühasibinin məhkəməsi başladı

17:01 Oğlu Brilliant Dadaşovanı özündən çıxardı: “Tərbiyəsiz...”

16:56 YAP-ın 8 milyon gəliri olub

16:51 Rusiya hərbçilərini Suriyanın Afrin rayonundan çıxarır

16:46 Biznesi başına bəla olan millət vəkili hədəfdə - Təfərrüat

16:41 Cənubi Koreya ötən il 41,71 milyard dollarlıq avtomobil satıb

16:36 “Bu aləmdən uzağam, Rövşənlə bir şəklim də yoxdur”

16:31 Sabah “ASAN xidmət” mərkəzləri işləməyəcək

16:26 Hərbi qulluqçumuz şəhid olub

16:21 20 Yanvar faciəsinin il dönümü qeyd olunub - Nəsimi rayonunda

16:16 21 yaşlı gənc qız üstündə bıçaqlandı

16:11 Qazaxda iki top mərmisi tapıldı

16:06 Azərbaycanlı taksi sürücüsü Oleq Qazmanovun oğlunun pul qabını oğurlayıb qaçdı

16:01 “Bu, mənim öz sirlərimdir” - Xatun

15:56 Türkiyədə məhbuslar vahid xüsusi geyimlə təmin olunacaq

15:51 Qazaxıstandakı dəhşətli avtobus faciəsinin səbəbi açıqlandı

15:46 Alişanla sevgilisinin toy tarixi açıqlandı

15:40 “Apple” “ağıllı” diş fırçası yaratdı

15:36 “Anam mənə inanmırdı” - Niyam

15:31 Pul veriləcək TV-lərin adları açıqlandı

15:25 “Lüğət təsdiq olunduqdan sonra onu heç kim poza bilməz”

15:20 Lənkəranskinin qardaşı bəraət aldı - Fotofakt

15:14 “Lapşinin irəli sürdüyü iddialar cəfəngiyyatdır” - Deputat

15:10 Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının vaxtı açıqlanıb

15:05 AVRO-2024: Türkiyə loqo və şüarı açıqlayıb

15:00 Türkiyənin müdafiə naziri: Afrinə girəcəyik

14:55 Qulyabani: Tam fərqli bir film

14:51 68 milyonu kim ortadan çıxarıb: Ələddin yoxsa, Əmlak Komitəsinin rəhbərliyi?

13:30 ABŞ-ın yeni PKK planının arxasında nələr gizlənir?

13:25 “Kişilər qısqanılmağı xoşlamırlar, mən də qısqanmıram”

13:20 DİN Bakıda banka basqınla bağlı məlumat yaydı

13:15 Azərbaycanın ilk Nahidi öldü

13:11 Məsud Məmmədov saxta veteranlıq sənədi satır - Gədəbəydə

13:07 Bakıda 20 yaşlı qız dəm qazından boğulub

13:03 20 Yanvar günü hava necə olacaq?

12:59 “Çelsi”yə transfer qadağası qoyula bilər

12:55 Ermənistanda hakim partiyanın prezidentliyə namizədi Armen Sarkisyan oldu

12:50 Paulinyonun son durumu müəyyənləşdi

12:46 Türkiyə səfirliyi: “20 Yanvar faciəsi əsla unudulmayacaq”

12:41 Azərbaycanda daha iki hərbi zavod açılacaq

12:36 “Nazir fırıldaq, dələduz olmamalıdır…” – Baş nazirin müavini

12:30 Paulinyonun son durumu müəyyənləşdi

12:25 Akif İslamzadə: “Heyf, mənim səsim belə oldu…”

12:20 Prezident İlham Əliyev özbəkistanlı həmkarına başsağlığı verib

12:14 “Bakcell” və “PwC” uşaqları dəstəkləmək üçün səylərini birləşdirir

12:09 IX siniflər üzrə buraxılış imtahanlarının qaydaları açıqlandı

12:04 Azərbaycanda daha 136 adda müdafiə təyinatlı məmulatın istehsalı planlaşdırılır

11:59 Şamaxıdakı qətl hadisəsi ilə bağlı rəsmi məlumat – DİN yaydı

11:55 Bakıda 155 saylı avtobus marşrutu bağlandı

11:51 Lənkəranda 61 yaşlı qadın qonşusu tərəfindən döyülüb

11:47 43 itirilmiş sənəd tapılıb

11:43 “Fənərbağça” azarkeşləri “Qarabağ” ın düşərgəsində

11:38 Almaniyada şok olay: Azərbaycanlı ailə polisi girov götürdü

11:34 Yanvarın 20-də Bakının bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

11:29 “Kimsə övladımın tərbiyəsizlik etdiyini deyə bilməz”

11:25 “Heç bir xəstəliyim yoxdur” - Əli

11:21 “Muğanbank”da “Forex” qalmaqalı: məhkəmə istintaqı başa çatdı

11:17 Saleh Məmmədovun Çöl-Ərəb korrupsiyası - Nazirə məktub

11:13 ABŞ-ın dünyada nufuzu rekord həddə azalıb

11:08 “Apple”dan köhnə “iPhone” istifadəçilərinə dəstək

11:04 Aydın Əliyev: “Gömrük orqanları 2017-ci ili uğurlarla başa vurub”

11:00 ABŞ Suriya sərhədində ordu yaratmaqdan niyə vaz keçdi? - Ərdoğanın ultimatumuna görəmi...

10:55 Anamın oğruları

10:49 İnhisarçılar ərzaq məhsullarını yenə bahalaşdırır

10:44 Nazim Hikmətlə bağlı qeyri-adi kitab

10:40 Papa təyyarədə nikah kəsdi - Foto

10:35 Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

10:30 Azərbaycanda 52 yaşlı ananın əkiz uşağı oldu

10:26 ABŞ-ın yeni kürd dövləti planı: Raqqa paytaxt olacaq

10:22 Bakı-Quba yolunda ağır qəza: Ölən var

10:18 Trampla Putinin daha bir əlaqəsi aşkar edilib

10:14 Rusiyada 9-cu sinif şagirdi məktəbə balta ilə hücum edib, bir neçə nəfər yaralanıb

10:10 Volqoqradda atışma: azərbaycanlı qardaşlar ağır yaralandı

10:07 Naməlum oliqarxla Əbülfəz Məlikovun hesablaşması – Təfsilat

10:07 Qızılın yeni qiymətləri

10:03 Tramp: “Meksika dünyanın ən təhlükəli ölkəsidir”

10:00 Dövlət Agentliyinin vəzifəli şəxsi vəfat edib

9:57 Neftçalada maşın istehsalı mart ayından başlayacaq

9:54 Şamaxı sakini fermada həmyerlisini güllələyib öldürdü

9:50 Qərbin düşmənlərinin əhatəsindəki Azərbaycan...

9:47 Dolların bu günə olan məzənnəsi

9:43 Rusiya Ankaranın səhvini gözləyir: Hücum zamanı...

9:40 Erməni silahlıları kəndlərimizi atəşə tutdular



MÜSAHİBƏ

...

Elmira Şabanova: “Niyə axı sənət adamlarına öləndən sonra qiymət verirlər?”

Tarix 14.11.17, 21:56

Font ölçüsü : - / +
bitmap-img6


“Həyat yoldaşım dedi, mənə xəyanət edirsən”


Görünüşü ilə fransız aktrisalarını xatırladan, istedadı və zəhməti ilə həm də onlardan geri qalmayan Elmira Şabanovanın adı gələndə yadımıza müxtəlif film adları düşür: "Ötən ilin son gecəsi", "Gəmi saatının sirri", "Təhminə", "Fəryad" və s. Sinədən gələn səsi, qüssəli, lakin qüssəli olduğu qədər də dolğun baxışları həmişə tamaşaçıların yadındadır. O özü də bunun fərqindədir. 

Və bu gün həyatda xalq sevgisinə görə özünü xoşbəxt sayır. "Dördüncü divar" layihəsinin bugünkü qonağı xalq artisti, gözəl sənətkarımız Elmira Şabanovadır. Noyabrın 1-i Elmira xanımın ad günü idi. Fürsətdən istifadə edib qəzetimiz adından ona can sağlıgı arzu edirik.
 
- Elmira xanım, kino sözü işlənəndə hansı hissləri yaşayırsınız?
 
- Bilirsiniz, kino dedikdə hər şey vəhdət təşkil etməlidir. Rejissor işi, operator işi, musiqi və s. hamısı bir-birini tamamlamalıdır. Kino serial deyil axı. İndiki seriallar necə deyərlər, teletamaşa xarakteri daşıyır. Digər tərəfdən kinonu anlamağın, hiss etməyin əsaslarından biri də ona geniş ekranda, kinoteatrda baxmaqdan ibarətdir. Kino maqnit kimi ekrandan tamaşaçının fikirlərini özünə çəkməlidir. Yəni demək istədiyim odur ki, kino tərbiyəvi əhəmiyyət daşıyır, insanlara necə yaşamağı, necə davranmağı öyrədir.
 
Sovet dövründə xaricdən gələn filmləri yalnız kino işçilərinə göstərirdilər. Çünki o zaman filmlərdəki intim səhnələri, oğurluq və ya saxtakarlıq mövzularını sovet insanına göstərmirdilər. Rəhmətlik həyat yoldaşım Rüfət Şabanov və mən kino ittifaqının üzvü olduğumuzdan biz həmin filmlərə baxa bilirdik. Bəzən intim səhnələr olanda mən baxmağa utanırdım. Çünki sovet insanının tərbiyəsi də indikinə baxanda bir az fərqli idi.
 
- Sovet dövrü ilə indiki dövrün fərqi nədədir?
 
- O vaxtı bizim filmləri xarici festivallara göndərmirdilər. Rusiya yalnız öz filmlərini yollayırdı. Bir də gürcü filmlərinə üstünlük verilirdi. Bizim filmləri ən yaxşı halda "Mosfilm"də göstərirdilər. Düzdür, o zaman da bütün filmlərimizin yaxşı olduğunu demək doğru olmazdı. Amma hər halda, filmlər çəkilirdi. Sadəcə olaraq bu filmlərin kənara çıxmasına imkan yaradılmırdı. İndi bu barədə elə yaxşı imkanlar yaradılıb ki, filmlərimiz kənara çıxa bilir. Misal üçün bu yaxınlarda təqdim  olunan "Nar bağı" filmi. Düzdür həmin filmə mən tam olaraq baxmamışam. Amma baxın, rejissoru gəncdir və film çəkiləndən sonra yüksək festivallara göndərilir. Və yaxud da Yavər Rzayevin ekranlaşdırdığı "İlahi məxluq" filmi mənim çox xoşuma gəldi. Düzdür, çox adam həmin filmi açıq-saçıq səhnələrə görə qınadı. Amma axı kino da incəsənətdir. Necə ki, rəssamlar açıq-saçıq rəsm əsərləri çəkirlər, eləcə də filmdə də belə kadrların olması lazımdır. Əsas odur ki, yaranan ekran əsəri insanı qıcıqlandırmasın.
 
O vaxtı, Allah rəhmət eləsin, Heydər Əliyev gənclərin bir çoxunu oxumaq üçün Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna göndərirdi. Mənim oğlum Fuad Şabanov da həmin institutun tələbəsi olub. Oranı bitirən gənclərin çəkdiyi filmlər hamısı yaxşı idi.
 
Bilirsiniz, qızım, hər şeyi dövlətdən də tələb etmək olmaz. Ola bilər ki, dövlət tam olaraq diqqət ayıra bilməsin. Amma sənət adamının özünün qazana biləcəyi xalq sevgisi olmalıdır.
 
- Elmira xanım, ikinci dəfə kinoya qırx yaşından sonra gəldiniz. Yəqin ki, peşmançılıq, təəssüf hissi yaşamısınız...
 
- Bizim ailəmizdə ümumiyyətlə kinoya yaxın adam olmayıb. Anam həkim, atam isə neftçi olmuşdu. Mən də həddindən artıq utancaq qız idim. Aktrisa olacağımı heç bir vaxt düşünməmişdim. Amerika aktrisası Qreta Qarbonu ekranda görəndən sonra kino sənətini sevdim və sözün əsl mənasında aktrisa olmağa qərar verdim. O vaxtı mənim ilk kino debütüm "Əsl dost" filmində olub. Daha sonra on yeddi yaşında "Səhər" filmində Sevda roluna çəkildim. Lakin əvvəl atam, sonra da ailə qurandan sonra həyat yoldaşım  mənə qadağa qoydular. Mən həyat yoldaşımı başa düşürdüm. Bizim insanlarımız bir az başqa cürdür. O, bilirdi ki, mənim istedadım var. Amma həmişə deyirdi ki, Elmira, məhəbbət filmində bircə rol ifa etsən, o dəqiqə şayiə yayılacaq ki, sən mənə xəyanət edirsən.
 
Ona görə də mən qırx yaşa qədər ancaq pedaqoji fəaliyyətlə məşğul oldum. Bundan sonra isə rejissorlar mənə ancaq ana rolları verdilər. Amma mən sizə açıq deyim ki, əsas xalq sevgisidir. Və mən bu sevgini qazana bildim. Yəni qadağalar olsa da, bu sənəti sevdim.
 
- Elmira xanım, bəlkə elə o dövrdə olan qadağaların nəticəsində insanlar sənəti çox sevirdilər, ona doğru indikinə nisbətən daha ciddi yanaşırdılar?
 
- Əlbəttə ola bilər... Amma yenə də deyirəm dövr dəyişdi. Hər şey başqalaşdı. O zaman dilin, dinin fərqi yox idi. Mağazalarda indiki kimi bolluq olmasa da, insanlar şən və mehriban idilər. O vaxtı mənim Fransadan bir qohumum bizə qonaq gəlmişdi. Biz onu müxtəlif yerlərə gəzintiyə aparırdıq. Bir müddət sıxılırdı, amma sonra bizim kimi sadə olmağa məcbur olurdu. Axırda həmin adam bizə dedi ki, mən sizinlə şənlənməkdən yoruldum. Ət tapırsınız sevinirsiniz, yağ tapırsınız yenə də sevinirsiniz. Siz necə də maraqlı yaşayırsınız... Yəni demək istədiyim odur ki, sovet dövrünün insanı maddiyyata yox, mənəviyyata, ruhi rahatlığa üstünlük verirdi. Amma indi kapitalizm hər yeri əhatə edib.
 
- Atanızın, sonra da həyat yoldaşınızın qadağasına baxmayaraq, siz Azərbaycan kinosunun ən yaxşı qadın simalarından birinə çevrilə bildiniz. Sizcə, bu tale idi, ya istedad?
 
- O zaman İncəsənət Universitetində indiki dillə desək, üç ulduz vardı. Mən, Şəfiqə Məmmədova və Amaliya Pənahova. Düzdür, onlar məndən üç-dörd yaş kiçik idilər. Amma biz bir dövrdə oxumuşuq. O vaxtı rəhmətlik Tofiq Kazımov məni teatra çağırdı ki, bəs "Sən həmişə mənimləsən" tamaşasında Nargilə rolunu ifa edim. Həmin pyesi İlyas Əfəndiyev sanki mənim üçün yazmışdı. Çünki mənim yoldaşım da məndən xeyli böyük idi. Tofiq müəllim çox istədi ki, mən həmin tamaşada ifa edim. Amma Rüfət qoymadı. Qızım da balaca idi. Yeni doğulmuşdu. Sonra həmin rolu Amaliya Pənahovaya verdilər. Daha sonra Mehdi Məmmədov "Canlı meyit" tamaşasına, "Hamlet" tamaşasının radio versiyasına dəvət etdi. Hətta bu barədə özü yoldaşımla danışdı. Amma o, "Canlı meyit" tamaşasına yox, birtəhər "Hamlet" tamaşasına razılıq verdi. "Canlı meyit" tamaşasında isə Şəfiqə Məmmədova ifa etdi. Təvazökarlıqdan uzaq olsa da, o vaxtın rejissorları nəsə məndə istedad görmüşdülər ki, filmlərə, tamaşalara dəvət edirdilər. Yadıma elə Tofiq Kazımov, Adil İskəndərov, Mehdi Məmmədov, Məhərrəm Aşumov kimi rejissorların tamaşa, film təklifləri düşür. Və mən onların hamısına yox cavabı verirdim... Adil İskəndərov məni teatra dəvət edəndə deyirdi ki, sən çox böyük aktrisa ola bilərsən, ailəyə bu qədər bağlılıq səni geri atır. Amma mən yenə də ailəni seçdim. Yoldaşım məni çox sevirdi, o, məndən yaşca böyük olsa da, mən də onu sevirdim və başa düşürdüm. İstəmirdim ki, mənə görə ona nəsə söz gəlsin. Heç indinin özündə də mənim adım heç bir zaman hansısa qalmaqalda, dedi-qoduda hallanmayıb.
 
Ancaq sizə deyim ki, həyatımdakı qadağalara görə çox ağladım... Lap çox... Çünki sənəti, kinonu çox sevirdim.
 
Ancaq görün mən necə xoşbəxt adamam ki, qırx yaşımdan sonra arzuma yetdim. Düzdür, istədiyim, arzusunda olduğum rollar artıq geridə qalmışdı. Amma yenə də siz deyən kimi, kinoda izim qaldı. Yəqin ki, istedad idi...
 
- Yaşınızın bu çağında nəyə heyifslənirsiniz?
 
- İndiki zəmanədə doğulmadığım üçün çox heyifslənirəm. İndiki dövrdə doğulsaydım, xaricə də gedərdim, tamaşalarda da ifa edərdim. Yəni özümü bir aktrisa kimi gənckən təsdiq edərdim. Bu baxımdan indiki gənclərə çox böyük imkanlar yaradılıb ki, Azərbaycan xalqının incəsənətini hansısa ölkənin vasitəsilə yox, müstəqil ölkə kimi birbaşa kənarda təqdim edə bilirlər.
 
- Son dövrlər çəkilən filmləri, serialları izləyirsiniz?
 
- Filmlərə imkan düşdükcə baxıram, təbii ki. Elə seriallara da baxıram. Amma sizə deyim ki, kinomuz indi yuxu dövrünü yaşayır. Güman edirəm ki, bu yuxu dövrü bitəcək, bizdə də yaxşı filmlər çəkiləcək. O ki, qaldı seriallara, bu baxımdan narazıyam. Bizim bugünkü seriallarımız demək olar ki, türk seriallarının eynisidir. Ssenaridən tutmuş, aktyor ifasına qədər hamısı türk seriallarından götürülür. Axı niyə? Əvvəllər onlar bizə baxıb nəsə götürürdülər, indi isə tərsinə olub. Bizim seriallarda hamı bahalı evlərdə yaşayır, bəzəkli kabinetlərdə əyləşir. Sən demə hamımızın qulluqçusu var. Ucdantutma hamı da mafiya rəhbəridir (gülür). Rejissorlar bu günün reallığını öz seriallarında əks elətdirə bilmirlər. Bu gün ümumiyyətlə bizdə ən böyük problem ssenari problemidir. Düzdür Elçin, Natiq Rəsulzadə hardasa bu boşluğu doldururlar. Amma ssenari bir-iki nəfərlə bitmir axı... Həyatı, reallıqları yazmaq və çəkmək lazımdır ki, bu gün böyüyən gənc nəsil üçün örnək olsun.
 
- Elmira xanım, sizə ilk dəfə zəng vuranda ad günü ərəfəsindəydiniz. Və danışmaq istəmədiyinizi, incik olduğunuzu dediniz. Nədən inciksiniz?
 
- Baxın, müxtəlif kanallar açılıb. Elə götürək "Mədəniyyət" kanalını. O kanalın bizə, sənət adamlarına aidiyyəti yoxdur? Niyə axı sənət adamlarına öləndən sonra qiymət verirlər? Mənim üçün bu, o qədər də vacib deyil. İnanın. Amma axı xalq artistiyəm, Prezident təqaüdçüsüyəm. Bu adı mən elə-belə yerə qazanmamışam, dövlət verib. "Mədəniyyət" kanalı mənim ad günümü qeyd etməklə və ya bir kəlmə ilə efirdən məni yada salmaqla axı heç nə itirmir. İnanın ki, mən küçəyə çıxa bilmirəm. İnsanlar səsimdən məni tanıyır və öz sevgisini bildirir. Sadəcə olaraq, mən diqqəti öz sağlığımda görmək, eşitmək istəyirəm. Əgər mən öləndən sonra haqqımda təriflər deyəcəklərsə, məni yada salacaqlarsa, lazım deyil. Və qızım, sizdən xahiş edirəm ki, bu sözlərimi mütləq qeyd edin.
 
- Elmira xanım, bayaq qeyd etdiniz ki, həyat yoldaşınız sizdən böyük olub. Üstəlik də sənət qadağaları... Bəs sizi ona bağlayan Rüfət müəllimin hansı xüsusiyyəti idi ki, çox şeyi ona qurban verdiniz...
 
- Yəqin ki, mənə olan sevgisi. Məni çox sevirdi... O, çox ziyalı insan idi. Ailəsinə, uşaqlarına qarşı çox qayğıkeş insan olub.
 
- Otuz beş illik pedaqoji fəaliyyətiniz olub. Tələbələrinizdən kimlərin adını çəkə bilərsiniz?
 
- Aktyorları nəzərdə tutursunuzsa, çox olub. Rita Əmirbəyova, Lyudmila Duxovnaya, Əliqismət Lalayev, İnarə Tağızadə, Firdovsi Atakişiyev, Nataliya Şarovskaya. Bu adlarını çəkdiyim aktyor nəslinə mən rejissorluqdan dərs demişəm. Otuz beş il az vaxt deyil axı. Çox yorulurdum. Dəfələrlə işdən çıxmaq istəyirdim. Yoldaşım qoymurdu. Deyirdi mən öləndən sonra çıxarsan. Elə o, rəhmətə gedəndən sonra da işdən çıxdım.
 
- Ceyhun Mirzəyev sizi "Fəryad" filmində öz anası obrazına çəkdi. Ceyhun Mirzəyevi necə xatırlayırsınız?..
 
- Ceyhun istedadlı insan idi. Onunla "Əsl dost" filminin çəkilişi zamanı tanış olmuşdum. Ceyhun o filmdə Fərmanın uşaqlığını ifa edirdi. Rüfət Şabanov isə filmin ikinci rejissoru idi. Rüfət mənə həmin filmdə vurulmuşdu. Ceyhun da mənə vurğun idi. Həmişə mənə yaxınlaşıb deyirdi ki, o kişi qocadır, sən onunla ailə qurma, bir az böyüyüm, özüm səninlə evlənəcəm (gülür). Sonra Ceyhun İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbul olundu. Mən ona universitetdə dərs demişəm. Həddindən artıq yaxşı və istedadlı insan idi. Bir gün zəng vurdu ki, Elmira xanım, sizi ana obrazına çəkmək istəyirəm. Rol o qədər də böyük deyil, amma mənim anamı ifa edəcəksiniz. Mən Ceyhuna heç bir vaxt rədd cavabı verə bilməzdim.
 
Həmin film  çox ağır dövrdə, çətin şərtlər altında çəkilirdi. Birini tapanda, o birini tapmaq olmurdu. Ceyhun "Fəryad" filmini çəkərkən çox əsəb və həyəcan keçirtdi. Bəlkə də elə ona görə çox erkən köçdü həyatdan... Mən sizə bir söz deyim, həmin filmdə mən olan kadrların çəkilişi zamanı Ceyhun məni ana deyib çağıranda, sanki mənimlə vidalaşırdı. Ya da mən özüm Ceyhunun çox yaşamayacağını, taleyinin yarıda kəsiləcəyini hiss etmişdim... O kadrlardakı baxışları indi də yadıma düşəndə tüklərim biz-biz olur. Heyf Ceyhundan. Çox tez ayrıldı həyatdan...
 
- Böyük sənət adamları ömürlərinin ahıl yaşında təkliyi seçirlər. Siz də tək yaşayırsınız. Təkliyi də istirahətinizin bir növü hesab etmək olar?
 
- Mənim cavanlığım elə dolğun, qaynar keçib. Universitet, teatr, kino çəkilişləri, ailə mənim həmişə hərəkətdə olmağıma səbəb olub. Sonralar uşaqlar böyüdü. Qızım ərə getdi, oğlum Moskvaya oxumağa. Biz ikimiz həyat yoldaşımla tək qaldıq. Amma onda da həyatımız maraqlı keçirdi. İndi sakitlik arzulayıram. Qızım da, oğlum da tez-tez zəng vururlar. İndi də görürsünüz bir neçə dəfə zəng etdilər. Amma mənim üçün belə yaşamaq, sakitlik daha rahatdır...
 
 
Söhbətləşdi: Samirə Əşrəf
 
“Ədəbiyyat qəzeti”

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

“10 dollara almırlar, ancaq 50 dollara satırlar” - Gömrük şefi

bitmap-img3

Rakurs

Ağciyər İnstitutunda budama əməliyyatında Oqtay Şirəliyev faktoru: Gənc kadrlar niyə hədəfdədir?

bitmap-img3

Seçmələr

Əli İnsanov: “Belə qərarlar məni yolumdan döndərə bilməz”

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru