Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmira Axundovadan oğlu haqqında yazılanlara reaksiya


Həbib Axundov ona qarşı ittihamların əsasını təşkil edən məsələlərin üstündən niyə sükutla keçir...


Deputat Elmira Axundova və oğlu Həbib Axundovun adının 8 milyonluq dələduzluq qalmaqalına qarışması haqda mətbuatda dəfələrlə yazılıb. 

Axundovlar onlara yönəlik ittihamların doğru olmadığını söyləsələr də, qarşı tərəf iddialarında israrlıdır. “Yeni Müsavat”da bu mövzu ilə bağlı bir neçə yazı dərc olunub. 

“Deputatın oğlu Gömrük Komitəsindən qovuldu” sərlövhəli, bu mövzuda son yazı Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmovun müraciəti əsasında hazırlanmışdı. Müraciət müəllifləri iddia edirlər ki, H.Axundov və onun dostu Elnur İbrahimovun “biznes plan”ı onların külli miqdarda - 8 milyon manata yaxın pullarının mənimsənilməsinə xidmət edib. Qısa olaraq qeyd edək ki, müraciət müəlliflərinin təqdim etdikləri məlumatlardan belə nəticəyə gəlmək olurdu ki, aralarında narazılıq yaranandan sonra Axundovlar kəskin şəkildə varlanıblar. 

2012-ci ilədək Rusiya istehsalı olan “OKA” və “VAZ” markalı avtomaşınların sahibi olan Həbib Axundov birdən-birə belə varlanaraq, dəyəri yüz minlərlə olan bahalı Avropa istehsalı olan avtomaşınlar alıb. Şəhərin mərkəzində 6 mərtəbəli qeyri-yaşayış binası tikdirməyə başlayıb, Port Baku yaşayış kompleksində sahəsi 370 kv.m olan 2 mənzil alıb. Müraciət müəllifləri dediklərinin təsdiqi kimi H.Axundovun Türkiyə, İngiltərə və ərəb ölkələrindəki bahalı istirahətlərini əks etdirən fotolar da təqdim etmişdilər.

Yazı dərc olunandan sonra Həbib Axundov mətbuatda özü barədə yazılan məqalələrə etirazını ifadə edən yazı yazıb və redaksiyamıza göndərib. Həmin yazını təqdim edirik: “Artıq xeyli müddətdir bəzi saytlarda Milli Məclisin üzvü Elmira Axundova və mənim barəmdə yer alan şantaj və böhtan dolu yazılara dəfələrlə ”Deputatın oğlu ittihamlara cavab verdi", “Fərman Məmmədovun yazdıqları yalan, şantaj və böhtandır...” kimi yazılarla ətraflı aydınlıq gətirmişəm. Xatırlatmaq istəyirəm ki, sizin saytınızda da 15 iyul 2015-ci il tarixində (http://musavat.com/news/olke/deputat-oglu-ittihamlara-cavab-verdi-ag-yalandir_278955.html) həmin əsassız ittihamlara cavabım dərc edilib. Sizin kimi dəyərli və oxucu kütləsi olan ciddi bir saytda eyni xarakterli yazıya yenidən yer verilməsi, sözün düzünü desəm, məndə təəssüf hissi oyatdı. Hazırda mənim də zərərçəkən kimi tanındığım işin hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını nəzərə alsaq,  mənə və ailəmə qarşı yönəlmiş heç bir əsası olmayan, mənim tərəfimdən dəfələrlə təkzib olunan məsələnin yenidən saytınızda dərc edilməsi başa düşülən deyil. 

Qısaca bir daha xatırladıram ki, mən özüm də qeyd edilən işdə zərərçəkən kimi tanınmışam. Elnurun aldatdığı digər şəxslərin və o cümlədən mənim ərizəm əsasında bu dələduzu Azərbaycanın hüquq-mühafizə orqanları axtarır, onun şəkli isə bütün polis bölmələrinin qarşısında asılıb. Hüquq-mühafizə orqanlarına şikayət edənlər və zərərçəkmiş kimi tanınanlar sırasında isə Fərman Məmmədovun adı yoxdur.

Yeri gəlmişkən, Elmira Axundova və mənim barəmdə yalan və şantaj dolu yazıları dərc etdirdiyinə görə artıq Fərman Məmmədovla bağlı rəsmi qaydada məhkəməyə müraciət etmişəm. Mənim Fərman Məmmədova qarşı iddiam əsasında Binəqədi Rayon Məhkəməsində proses başlayır. Fərman Məmmədov bu cür şantaj və böhtan kampaniyası apardığına görə vicdanı və qanun qarşısında gec-tez cavab verəcək. Məhz onunla bağlı məhkəməyə müraciət etməyimdən sonra eyni yazılar indi də Ziya Vəliyev adlı şəxsin adından saytlara göndərilir. 

Bu bir neçə ayda KİV-lərdə mənə qarşı olan yazılara fikir versək, görərik ki, hamısının müəllifi eynidir, Fərman Məmmədovun sifarişi əsasında Firuz Haşımov. Mən əminəm ki, bu cür yalan dolu yazıları dərc etdirdiyinə, məni ağır cinayətdə ittiham etdiyinə görə Ziya Vəliyev barədə də məhkəməyə müraciət etsəm, növbəti dəfə bu yazılar məqalədə adıçəkilən və Fərman Məmmədov tərəfindən bu işə süni şəkildə cəlb edilən digər şəxslərin adından verilməyə başlayacaq. Bir maraqlı məqam da odur ki, o şəxslərdən bəzilərini ümumiyyətlə tanımıram. Ona görə də artıq dərəcədə xahiş edirəm, bu qeyri-ciddi yazıları araşdırmadan öz saytınızda onlara yer verməyəsiniz. Fərman Məmmədovla bağlı məhkəmə prosesi yekunlaşdıqdan sonra tərəfimdən saytlara məlumat veriləcək.

Sonda bir daha vurğulamalıyam ki, Fərman Məmmədovun mənə qarşı hər hansı iddiası varsa, nə üçün məhkəməyə müraciət etmir? Nə üçün məhkəmədə öz iddialarını sübut etmək əvəzinə, ucuz şoulara əl atır, mənim və ailəmin adını heç bir sübutu olmadan mətbuatda ləkələyir? Nə üçün KİV-lərin arxasında gizlənir? Axı nə vaxtdan KİV hüquq-mühafizə orqanlarının funksiyasını yerinə yetirməyə başlayıb? Heç kəs kütləvi informasiya vasitələrini öz çirkin oyunlarına alət etməməli, öz hüquqlarını qanuni yolla qorumalıdır. Hüquqi dövlətdə yaşayırıq, hər şey qanuni yolla, əxlaq çərçivəsində, məhkəmədə həll edilməlidir".

Maraqlıdır ki, H.Axundov ona yönəlik ittihamların mahiyyətinə varmadan, qəfil varlanmasının səbəbini izah etmədən, işdən çıxarılması məsələsinə aydınlıq gətirmədən bu cür mövqe sərgiləyib. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar