Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Vəliyevlə birlikdə güllələnən Qasım Aşbazov haqqında daha bir fakt

Gəncə Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı həyata keçirilən sui-qəsd cinayətində ağır yaralanan mühafizəçi-polis Qasım Aşbazov haqqında yeni bilgilər üzə çıxıb


PİA.Z bildirir ki, Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, özünü icra başçısına görə güllənin qabağına verməsi Qasım Aşbazovun ilk qəhrəmanlığı olmayıb. Belə ki, o, bir neçə il əvvəl daxili qoşunların əsgəri olduğu zaman “Meşə Qardaşları” əməliyyatında da xüsusi şücaəti ilə seçilib.  

Qasım Aşbazov terrorçuların zərərsizləşdirilməsində ona verilən əməliyyat tapşırıqlarını yüksək səviyyədə həyata keçirib. Buna görə də o,  Daxili Qoşunların Komandanlığı tərəfindən təltif olunub.

Hərbi xidmətini başa vuran Qasım Aşbazov dərhal daxili işlər orqanlarına işə qəbul edilib.

Araşdırmamız zamanı onu da öyrəndik ki, Qasım Aşbazov Elmar Vəliyevin mühafizəçisi olmayıb. İcra başçısının özü ilə bərabər gəzdirdiyi mühafizəçisi Yevlaxdan gəlib və onun öz qohumudur. Qasım Aşbazov isə sadəcə ərazidə xidmət aparan polis əməkdaşı olub.

Bu yaxınlarda ailə həyatı quran Qasım Aşbazov Gəncədə kirayədə yaşayır.

Gununsesi.info-nun əməkdaşı yaralı polisin vəziyyətini də öyrənib.

Hazırda Gəncədəki Beynəlxalq Klinikada müalicə alan Qasım Aşbazovun sağlıq durumu yaxşılaşıb. Bir neçə günün onun evinə buraxılacağı deyilir.

Gununsesi.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar