rezonans

Xəbər xətti

16 İYUL

20:38 Tramp: “İrana imkan verməyəcəyik ki...”

20:32 Bakı klubunun baş məşqçisi istefa verdi

20:26 Bakıda 199 nömrəli avtobusun yolu uzadıldı

20:20 36 yaşlı oğlan əqli qüsurlu qıza dəfələrlə təcavüz etdi... - Bakıda

20:13 Putin: “Rusiya və ABŞ böyük məsuliyyət daşıyır”

20:06 Bilik Fondunun Himayəçilik Şurası üzvləri dəyişdirildi

20:02 Putinlə Trampın nümayəndə heyətlərinin iştiraklı ilə danışıqları başladı

19:59 BTC vasitəsilə 3 milyard barel neft ixrac olunub

19:54 DİN-nin iş otağında vəfat edən şöbə rəisinin FOTOsu yayıldı

19:48 “Şərq Tərəfdaşlığı” sammitinin vaxtı açıqlanıb

19:42 Donald Tramp Helsinki görüşündə Putinə göz vurub - Video

19:37 Bakı Metropolitenindən paytaxtdakı çökmə ilə bağlı açıqlama

19:30 Abituriyentlərə “Qarabağ”ın oyununa pulsuz bilet paylanacaq

19:24 İranlı nazir: “OPEC dağılmaq təhlükəsi ilə üz-üzə qala bilər”

19:17 Bakıda oğurluq edən keçmiş məhkum tutuldu

19:10 Gürcüstanın yeni baş prokurorunun adı məlum olub

19:04 Tünzalə Ağayeva Adnan Oktarın yaxın adamıyla - Fotofakt

18:59 “Qəbələ” Lüksemburqa yollanır

18:53 İran ABŞ-dan BMT-yə şikayət edib

18:47 Moskvada partlayış: Yaralılar var

18:41 Prezident İlham Əliyev ANAMA işçilərini təltif edib

18:35 Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı

18:29 Kaliforniyada meşə yanğınları tüğyan edir

18:23 Bakıda dönərə pulu çatmayan 14 yaşlı uşağı döydülər

18:17 Almaniya XİN başçısı: “Ağ Evə artıq tam etibar edə bilmərik”

18:11 Tramp və Putin arasındakı görüş başa çatdı

18:05 Ali Məhkəmə gizirin şikayətini rədd etdi

18:00 Əmircanda qadın sürücü piyadanı vuraraq öldürüb

17:53 Azərbaycanda da Adnan Oktardan zərər çəkənlər var

17:47 Türkiyə “Patriot” sistemləri almaq üçün ABŞ-la danışıqlar aparır

17:41 Rusiyada “quş qripi” tapıldı, məhsullar geri çağırılır

17:36 Dolların sabaha olan məzənnəsi

17:31 Ərdoğanla Tramp arasında telefon danışığı olub

17:26 “Ford”dan elektromobil həmləsi

17:20 Azercell-in 4G şəbəkəsi daha 5 bölgə boyu genişləndi

17:15 Özcanla Mahsun illər sonra barışdılar

17:10 “Qırmızı Xaç” Azərbaycana əsir düşən erməni kəşfiyyatı üçün danışıq aparır

17:04 Azərbaycan dilində qədim əlyazmanın surəti əldə edilib

16:59 Eldar Əzizov Bakı şəhər icra hakimiyyəti başçısının birinci müavini təyin olunub

16:54 Şimali Koreya lideri “xalq düşmənləri”ni əfv edəcək

16:36 Kitab müqabilində görüşən fahişə

16:30 Kim kimə qadağa qoyub?

16:25 Tramp: “2020-də prezidentliyə namizədliyimi verəcəyəm”

16:20 Britaniya “Brexit” üzrə ikinci referendum keçirmək niyyətində deyil

16:13 Azərbaycana ət idxalı 7,2% azalıb

16:07 Ağdaşda soyğunçu dəstə saxlanıldı

16:02 Putin İranı Trampa peşkəş edəcəkmi?

15:55 Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin səbəbi açıqlanıb

15:47 Məşhur rejissorun itmiş ssenarisi tapıldı

15:41 Bakıda qanunsuz inşa edilən 16 mərtəbəli binanın tikintisi dayandırıldı

15:37 Lavrov və Pompeo görüşüblər

15:31 Azərbaycanlı illüziyaçını kobra ilanı vurdu

15:26 Ermənistan NATO ilə sıx əməkdaşlığın səbəbini ilk dəfə açıqladı

15:20 “Qarabağ” – “Olimpiya” oyunu canlı yayımlanacaq

15:15 Helsinkidə Tramp və Putin arasında görüş başlayıb

15:10 Gürcüstanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi

15:04 Bir milyarddan çox adam sərinləməyə yer tapmır

14:58 Müasir cihazların ən mənasız funksiyaları

14:53 Xarici sərmayənin 79,4 faizi 9 ölkənin payına düşür

14:49 Rusiya ordusu Ermənistanda dronlardan istifadə etməklə təlim keçirir

14:14 Bu gecə Bakı-Sumqayıt yolunda rənglənmə işləri aparılacaq

14:09 “İran Hörmüz körfəzini bağlasa, özünü ayağından güllə ilə vurmuş olar”

14:05 Siyəzəndə qadın sürücü avtomobilini aşırdı: Bacısı öldü

14:00 Sabah bəzi rayonlarda güclü yağış yağacaq

13:55 Mogerini: “Şərq Tərəfdaşlığı”na dəstəyi artırmağı planlaşdırırıq”

13:51 Qüdrət Həsənquliyev: “Hadisələr hələ bitməyib”

13:47 Azərbaycan prezidenti Fransa yığmasının qələbəsi münasibəti ilə Makronu təbrik edib

13:42 Paşinyan: “Azərbaycan bütün cəbhə boyu qoşun cəmləşdirir”

13:40 “Nikoyl Bank”dan 45 milyon manat zərər

13:25 30 min manata kinoteatr satışa çıxarıldı

13:20 Gürcüstanda matəm elan olunub

13:15 Rusiya mundialı 3-cü ən məhsuldar dünya çempionatı oldu

13:10 Bakının Mir Cəlal küçəsində hərəkət tam məhdudlaşdırılacaq

13:10 Şirvanda itkin düşdüyü bildirilən 18 yaşlı oğlan tapılıb

13:05 “Azərbaycana qarşı olan qüvvələr sosial şəbəkələrdən istifadə edirlər”

13:01 Rəsmi Tehran Gəncə hadisələrinə dair bəyanat verdi

12:56 Tramp Finlandiyaya gəldi - Putinlə görüşə

12:51 Kürd terrorçuları Menbiçdən tamamilə çıxdılar

12:47 Bakıda tuneli bağlayıb şampan partladan gənclərlə bağlı araşdırma başladı

12:42 Şirvanda 18 yaşlı oğlan itkin düşüb

12:38 FIFA 2018-ci il dünya çempionatının ən yaxşı qoluna namizədləri açıqlayıb

12:34 Rusiya ordusu Ermənistanda dronlardan istifadə etməklə təlim keçirir

12:29 Əli Həsənov: “Milli iradəyə qalib gəlmək olmaz”

11:26 “Mossad”ın Tehranda məxfi əməliyyatının detalları üzə çıxdı

11:03 Rezidenturaya ixtisas seçimi başa çatır

10:58 Siqaret tanınmış aktrisanı reanimasiyalıq etdi

10:53 Gürcüstanda mədəndə qəza: Ölənlər və yaralananlar var

10:47 Bakıda işdən çıxarılan bağban ev sahibini yaraladı, həyat yoldaşını öldürdü

10:21 Nazir jurnalistlərlə belə rəqs etdi - Video

10:17 “Evlənmək barədə düşünmürük”

10:13 Böyük Britaniya şahzadələri Trampla görüşməkdən imtina ediblər

10:09 İsrail Suriyanın hava limanını bombaladı

10:04 4 uşaq anası olan 23 yaşlı qadın itkin düşdü - Goranboyda

10:00 Tramp Putinlə görüşmək üçün Britaniyadan Finlandiyaya səfər edib

9:57 Polis borclu şəxs kimi axtarışda olan 8 nəfəri saxlayıb

9:53 İşləyənlərin sayı artıb

9:50 Cəbhədə gərgin gecə: kəndlərimiz atəşə tutuldu

9:47 Sərnişinlə dolu avtobuslar ötüşdü - Video

9:43 Dollar həftəyə bu qiymətlə başladı

9:40 DİN həftəsonu baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yaydı

9:36 Neft ucuzlaşıb

9:32 Cüdoçularımızdan 2 qızıl, 1 gümüş medal

9:28 Azərbaycanda internetin orta sürəti açıqlandı

9:24 Mingəçevirdə avtomobil tərəfindən vurulan yaralıllardan biri dünyasını dəyişib - Foto

9:20 Şahzadələr Trampla görüşmək istəmədilər

9:17 Hicablı modelyer: “Mənə deyirlər ki, yanlış yoldasan”

9:14 Nigeriyada 70-ə yaxın hərbçi itkin düşüb

9:10 Rəcəb Tayyip Ərdoğan: “O gecə bizim üçün dua edənlərlə...”

9:07 FİFA dünya çempionatında iştirak edən komandaların mükafatını açıqlayıb

9:03 İstanbul mitinqində İlham Əliyevin fotolarını qaldırdılar

9:00 Bu gün bürcünüz nələr vəd edir?

15 İYUL

21:58 DÇ-2018-in ən yaxşı bombardiri müəyyənləşdi

21:31 Tohid İbrahimbəyli İranda “Hüseyniyyun” (Hüseynçilər) adlı silahlı dəstə yaradıb

21:16 Bakıda mənzildə meyit tapılıb

21:07 Fransa milli komandası futbol üzrə dünya çempoionudur

20:59 Cəlilabadda taxılla dolu “Qazel” aşıb, sürücü ölüb

20:44 “Böyük Britaniya hərbi sferada Rusiya və Çindən geri qalır”

20:35 Polisi qətlə yetirən Rəşad Böyükkişiyev qumbara istifafə etməyə çalışarkən məhv edilib

20:24 “Türkiyə S-400 alarsa, Rusiya F-35-lərin işləmə mexanizmini öyrənə bilər”

20:15 Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının bağlanış mərasimi keçirilib - Fotolar



GÜNDƏM

...

Elmar Vəliyevin güllələnməsinin mübhəmləri – Yeni faktlar

Tarix 06.07.18, 10:47

Font ölçüsü : - / +
bitmap-img6

İcra başçısını qana bələyən Yunis Səfərovun harada saxlandığı bilinmir; Abbas Abbasovun oğlundan hadisə ilə bağlı ritorik reaksiya: “Kim etsə xəyanət gəncəlilərə, Qisməti ya möhnət, ya işgəncədir!” yazdı


Gəncənin icra başçısı Elmar Vəliyevin odlu silahla atəşə tutulması gündəmin əsas mövzusu olaraq qalır.

 İcra başçısının sağlıq durumu haqda ziddiyyətli məlumatlar gəlməkdədir, onun həyatına təhlükə olmaması haqda da xəbərlər var. Elmar Vəliyevə edilən silahlı hücum zamanı yaralanan cangüdəni Qasım Aşbazovun isə səhhəti yaxşılığa doğru gedir. Əməliyyat edilən Q.Aşbazovun həyati təhlükəni adlatdığı deyilir. Onun yaxın zamanlarda reanimasiyadan palataya köçürüləcəyi də vurğulanır.

Bu arada sosial şəbəkələrdə Elmar Vəliyev və onun mühafizəçisi Aşbazova atəş açmış Yunis Səfərovun fotoları yayılıb. Ayaqlar altında, üzündə gözlə görünən xəsarətlər olan Səfərovun təzyiqlərə məruz qaldığı iddia olunur. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya deyib ki, Səfərova işgəncə verilməyib: 

“Gəncədə ağır cinayət törədən Yunis Səfərov tutulduqdan sonra heç bir işgəncəyə məruz qalmayıb. O ki qaldı onun sosial şəbəkələrdə yayılmış fotosuna, bəli, Yunis Səfərov cinayəti törətdikdən sonra həmin ərazidə xidmətdə olan polis əməkdaşları onun tutulması üçün dərhal hərəkətə keçib. Bu zaman silahlı cinayətkar polisə müqavimət göstərib. Belə olan halda polis güc tətbiq edib, onu vuraraq yerə yıxıb. Fotoda əks olunan xəsarətlər də həmin zaman onun aldığı xəsarətlərdir. Bir daha qeyd edirəm ki, Yunis Səfərov zərərsizləşdirilərək saxlanıldıqdan sonra ona heç bir işgəncə verilməyib”.

Baş Prokurorluğun yaydığı məlumatda isə deyilir ki, bəzi internet-informasiya resurslarında iyulun 3-də Gəncə şəhərində baş vermiş cinayətlə bağlı şübhəli şəxs qismində tutulmuş Yunis Səfərovun təsir və təzyiqlərə məruz qalması barədə yayılmış informasiyalar həqiqəti əks etdirmir. Bildirilir ki, cinayət işi üzrə Yunis Səfərov müdafiəçisinin iştirakı ilə dindirilərkən törətdiyi cinayətlərlə bağlı sərbəst ifadə verib, onun müdafiə və s. hüquqları tam təmin olunub, istintaq hərəkətlərinin gedişi və saxlanma şəraiti barədə hər hansı şikayət və ya müraciətləri daxil olmayıb.

Baş verən olayla bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin yaydıqları birgə rəsmi məlumatda deyilirdi ki, iyulun 3-də saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov icra hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Cinayəti törədən - 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərk-silah edilib. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29-cu, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılıb...

Hadisə anı haqda musavat.com-da özəl bilgilər var. Yunis Səfərov törətdiyi qanlı olay zamanı qısaqol köynəkdə olub. Silahı qoluna sarıtdığı gipsin içərisində xüsusi qaydada gizlədib və Gəncə İHB binası qarşısında Elmar Vəliyevin binadan çıxmasını gözləyib. Başçı tək bir mühafizəçi ilə - Qasım Aşbazovla binadan çıxıb. Giriş qapısının önündə isə 4 mühafizə polisi olub. Yunis Səfərov başçıya kənardan və hündürdən səslənərək, ona sözü olduğunu bildirib. Polislər dərhal onu əhatəyə alıb. Elmar Vəliyev geri dönərək, “buraxın gəlsin”, deyib. Yunis Səfərov qolu gipsdə, boynundan asılmış halda Elmar Vəliyevə yaxınlaşıb. Gözlənilmədən, cəld hərəkətlə silahı qolundakı sarğının arasından çıxararaq, dalbadal Vəliyevə iki, mühafizəçiyə bir dəfə atəş açıb. Güllələrdən biri başçının qaşını yalayaraq keçib, digəri qarın boşluğuna nüfuz edib. Qasım Aşbazova dəyən güllə isə ağız nahiyəsindən girərək, gözündən çıxıb. Daha sonra polislər Səfərovu yaxalayaraq, həbs ediblər...

Yunis Səfərovun tutulandan az sonra Rusiya vətəndaşı olmasını təsdiqləyən pasportunun fotosurəti yayılıb. Məlum olub ki, Y.Səfərova həmin pasport Gəncədə mühafizə polisinə xəsarət yetirib silahını oğurlayandan sonra verilib. Yəni Yunis Səfərov polisi döyüb silahını əlindən aldığına görə axtarışa verildikdən sonra Rusiyaya qaçıb və orada pasport alaraq yenidən Gəncəyə qayıdıb.

Onun Elmar Vəliyevə yaxınlaşmaq üçün əlini gipsə salması və bu şəkildə ona yaxınlaşması, hadisədən əvvəl polisdən zor tətbiq etməklə silah alması, Rusiya vətəndaşlığını qəbul etməsi deməyə imkan verir ki, başçıya qarşı sui-qəsd planlı olub.  Bəs motiv nədir? Niyə Elmar Vəliyevi öldürmək istəyiblər? Bu, sırf onun qaba idarəçiliyindən doğan qəzəbin bu şəkildə ifadəsidir, yoxsa ortada başqa məsələlər var?

Olaydan keçən 2 gün ərzində Yunis Səfərovun icra başçısına qarşı törətdiyi cinayətin motivi haqda ictimaiyyətə rəsmi məlumat verilməyib.

Bu arada youtube kanalında Gəncədə icra başçısına qarşı sui-qəsd törədən Yunis Səfərovun xanımı olduğu iddia edilən bir qadının səs yazısı yayılıb. Guya Yunisin “xanımı” sui-qəsd əməlinin motivini izah edir.

Xanım iddia edir ki, baş verən hadisə şəxsi qisas zəminində deyil, Yunisin icra başçısı Elmar Vəliyev tərəfindən guya təhqir edildiyi iddia olunan bacısı 9 ildir Gəncəyə, ümumiyyətlə, Azərbaycana gəlmir. Qadın iddia edir ki, məsələdə dini amil əsasdır: “Yunis İmam Hüseyn əleyhissəlamın qisasını aldı. Çünki o, dəfələrlə müsəlmanları, İmam Hüseyni təhqir edib. Aşura günü şərab festivalı keçirib” - deyə, qadın iddia edib. O deyib ki, Elmar Vəliyev Gəncə sakinlərini, hər kəsi söyüşlərlə təhqir edirdi: “Yunisin Elmar Vəliyevi vurmaq səbəbi budur. Onun Elmarla heç bir ədavəti yox idi. Allah ona bütün nemətləri vermişdi. Həm evi var idi, maşını var idi, özü ”yurist"lik oxumuşdu. Dünya nemətlərindən bir insanın payına düşəcək hər şeyi var idi. Lakin onun içindəki qeyrəti qoymadı evində rahat otursun. Deyirdi, necə mən evimdə rahat oturum ki, Hacı Taleh 3 körpə uşağından ayrıdı, ona uzun həbs veriblər, necə rahat oturum ki, qardaşlar zindandadır...  Elmar Vəliyev dəfələrlə İmam Hüseyn yazılan plakatları cırıb... Qoy hamı bilsin ki, Yunis öz şəxsi məqsədlərinə görə bu işi görməyib, İmam Hüseynin qisasını alıb, Gəncə camaatının hayıfını alıb. Çox qürurluyam, Allaha şükürlər olsun..."

Bu səs yazısının saxta olması haqda rəylər üstünlük təşkil edir.

Yunis Səfərovun hazırda harada saxlandığı da bilinmir. Ona qarşı Elmar Vəliyevin yaxınlarının hər hansı bir xoşagəlməz addım atacaqları da istisna deyil. Bu baxımdan onun Gəncədə hazırda saxlandığı məkandan Bakı İstintaq Təcridxanasına köçürülməsi üçün hansı işlərin görülüb-görülməməsi də ictimaiyyətə məlum deyil. Bundan başqa, ictimaiyyəti maraqlandıran suallardan biri də Yunis Səfərovun işi üzrə  aparılan istintaqa Vəliyevlərin təsir imkanları ilə bağlıdır. Belə ki, baş prokurorun müavini, respublikanın hərbi prokuroru Xanlar Vəliyev güllələnən Elmar Vəliyevin qardaşıdır. Onun əlaqələrindən istifadə edə biləcəyi ehtimalı da nəzərə alınmalıdır.  Bu halda Xanlar Vəliyevin Yunis Səfərovun istintaqı aparıldığı dönəmdə müvəqqəti olaraq vəzifəsindən uşaqlaşdırılması məsələsi də aktuallığını saxlayır. 

Bu arada Gəncənin sabiq deputatı, Abbas Abbasovun oğlu Aydın Abbasov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi hadisəsinə maraqlı reaksiya verib. Sabiq deputat düşmənçilik münasibətində olduqları Elmar Vəliyevin vurulmasına iki bənd şeirlə münasibətini ifadə edib.

A.Abbasovun bu gün sosial şəbəkədə paylaşdığı 2 bənd şeirdə gəncəlilərə xəyanətdən və buna görə cəzadan söhbət açılır:

- Gəncə xəzinədir əzəl binadan,

Qədir bilməyənə Gəncə qənimdir.

İndi gəncəlilər dursa kənarda,

Hər gələn deyər ki, Gəncə mənimdir.

Gəncəni sevənə Gəncə gencədir,

Ədalət hər şeydən burada öncədir.

Kim etsə xəyanət gəncəlilərə,

Qisməti ya möhnət, ya işgəncədir!

Qeyd edək ki, Abbasovlarla Elmar Vəliyevin münasibətləri 2013-cü ildən sonra düşmənçilik həddinə çatmışdı. Abbas Abbasov 2013-cü ilin prezident seçkiləri ərəfəsində Moskvada siyasi fəallıq göstərməyə başlayanda oğlu Aydın Abbasov Milli Məclisdə Gəncəni təmsil edirdi. Məlumata görə, həmin ərəfələrdə Elmar Vəliyevin göstərişi ilə deputat toxunulmazlığı daşımasına baxmayaraq, Aydın Abbasov Gəncə polisi tərəfindən saxlanılmış, təhqirlərə məruz qalmışdı. Bakının müdaxiləsindən sonra Aydın Abbasov bir daha Gəncəyə ayaq basmamaq şərtilə sərbəst buraxılmışdı.

Bu şərti irəli sürən isə təbii ki, Elmar Vəliyevdən başqası deyildi. Sonrakı illərdə isə Abbas Abbasovun yaxın ətrafı və qohum-əqrəbası Gəncədə təqiblərə məruz qalmışdı. Bu baxımdan Aydın Abbasovun Elmar Vəliyevin güllələnməsinə tikanlı münasibəti təsadüfi deyil...

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


GÜNDƏM

design-img

Vernisaj

Azərbaycanda da Adnan Oktardan zərər çəkənlər var

bitmap-img3

Rakurs

Beyləqanda Bakir Balakişiyev kabusu: Bələdiyyədən şəhər merinədək talan yolu

bitmap-img3

Seçmələr

Gəncədə öldürülən polis zabitlərindən biri axund Hacı Tahirin qardaşıdır

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru