Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Vəliyev üç nazirə problem yaradır


Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vəsəhiyyə naziri Oqtay Şirəliyevlə ciddi sıxıntılar yaşayır


Reyting.az-ın məlumatına görə, Elmar Vəliyev hər üç nazirin rəyini nəzərə almadan təhsil, səhiyyə və mədəniyyət idarələrinə öz kadrlarını yerləşdirmək istəyir.

 Lakin onun təqdimat verdiyi kadrların barəsində ciddi narazılıqların olması və çoxsaylı şikayətlərin davam etməsi nazirləri də çətin vəziyyətlə üzləşdirib. Çünki haqlarında bu qədər şikayətlər olan şəxsləri həmin vəzifələrə təyin etmək nazirlərin də nüfuzuna zərbədir. Ona görə də icra başçısının təqdimat və rəylərini nəzərə almaq istəmirlər. Bu isə şəhərdə digər problemin əsasını qoyur. Elə ötən ay Gəncə Dövlət Filarmoniyasının direktorunun təyinatı ilə bağlı yaranan böyük səs-küylü hadisələr də belə narazılıqlardan qaynaqlanır.

Məlumatlı şəxsin sözlərinə görə, Elmar Vəliyevin şəhərdə yerləşən universitet rektorlarını və məktəb direktorlarını da öz iradəsinə tabe etdirmək istəyi təhsil naziri Mikayıl Cabbarovun ciddi narazılığına səbəb olub. Lakin o da səhiyyə naziri Oqtay Şirəliyev kimi, hələ ki icra başçısına ciddi müqavimət göstərə bilmir. Hələlik çalışırlar ki, Elmar Vəliyevlə ortaq məxrəcə gəlib, vəziyyəti ictimai müzakirə olmadan həll eləsinlər. Ancaq görünən odur ki, nə Mikayıl Cabbarov, nə də Oqtay Şirəliyev onunla dil tapa bilmir.

Amma hər iki nazirdən fərqli olaraq, Əbülfəs Qarayev icra başçısının nazı ilə oynamaq niyyətində deyil: "O, ötən ay filarmoniyaya təyin etdiyi direktor Gülçin Mirzəyevanın Elmar Vəliyevin diqtəsi ilə Musiqi Kollecinin direktoru olarkən barəsində açılmış cinayət işinin bu günlərdə yenidən qabardılmasından sonra daha da qəzəblidir. Əminəm ki, Əbülfəs Qarayev sonadək icra başçısının rəyini nəzərə almadan nazirliyin şəhərdəki qurumlarına öz iradəsini qəbul etdirəcək. Məncə, yaxın aylarda Gəncə şəhər Mədəniyyət və turizm idarəsinin müdiri Sənan Hacıyevlə də yollar ayrılacaq. Təəssüf ki, eyni addımı təhsil və səhiyyə nazirləri ata bilmirlər. Hər iki nazirliyə tabe olan qurumların Gəncədəki rəhbər şəxsləri icra başçısının bir kəlməsini iki etmir”.

Məlumatda qeyd edilir ki, M.Cabbarovla O.Şirəliyevin E.Vəliyevin qarşında aciz davranmalarının bir sıra səbəbləri var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar