Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Vəliyev onların taleyini yaşayıb


Hansı dövlət adamları və prezidentlər silahlı hücuma, sui-qəsdə məruz qalıblar?


Gəncənin icra başçısı Elmar Vəliyevin sui-qəsdə məruz qalması mövzusu hazırda cəmiyyətin ən çox müzakirə etdiyi mövzudur. Amma E.Vəliyev sui-qəsdə uğrayan ilk məmur deyil. Bundan öncə də tarixdə sui-qəsd qurbanı olan çoxlu sayda məmur, prezident və lidelər olub. Onların hekayəsi də bir-birindən ilgincdir.

“Yeni Müsavat”  onların bir neçəsini yada salır. Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin 2011-ci il oktyabrın 20-də öldürülməsi kadrları hələ də arxivlərdədir. Qəddafinin ölümü ilə bağlı versiyalar arasında ən maraqlısı onun boğularaq qətlə yetirilməsi ilə bağlıdır. Məlumata görə, Qəddafi üsyançıların Sirt şəhərinə hücumu zamanı hər iki ayağından və başından yaralansa da qaçmağa çalışırmış.

O, hətta sürünərək Sirt şəhərinin qərbində yerləşən kanalizasiya borularınadək gəlib çıxıb və orada gizlənib. M.Qəddafi gizləndiyi yerdən çıxarıldıqdan sonra üsyançılar onu necə öldürəcəkləri ilə bağlı xeyli mübahisə ediblər. Bəziləri onu işgəncə ilə öldürməyin tərəfdarı olsalar da, digərləri Qəddafinin sağ saxlanılmasını istəyiblər. “Youtube” video portalında hətta Qəddafinin son anlarının videgörüntüsü də öz əksini tapıb. 

Videoçarxda M.Qəddafi üzünü liviyalılara tutaraq müraciət edir: “Övladlarım, siz məni öldürürsünüz? Siz günah işlədirsiniz. Bu, mənəm, Qəddafi, sizin lideriniz”. Ancaq verilən məlumatda bildirilir ki, üsyançılar Qəddafinin çağırışlarına məhəl qoymayaraq onu boğaraq qətlə yetiriblər.

Keçmiş Rumıniya diktatoru Nokolay Çauşeski də hakimiyyətdən qiyam yolu ilə devrildikdən sonra həyat yoldaşı ilə birlikdə üsyançılar tərəfindən güllələnib. Çauşeskilər Buxarestdəki hərbi qəbiristanlıqda dəfn olunublar.

Amerikanın sui-qəsdə məruz qalan ilk prezidenti Endryu Cekson olub. 1835-ci ilin 30 yanvarında Kapitoliya binasında 35 yaşında bir rəngsaz ona yaxınlaşıb, dalbadal iki dəfə silahla atəş açmaq istəyib. Cinayətkar dərhal yaxalanıb və daha sonra etiraf edib ki, prezidenti məhz işsiz qaldığı üçün öldürmək istəyib. Prezident özü isə iddia edib ki, bu adamı ona siyasi düşmənləri yollayıblar.

1881-ci ilin 2 iyulunda Vaşinqton vağzalında əsəb gərginliyindən əziyyət çəkən Çarls Gito prezident Ceyms Qarfildi güllələyib. Prezident bir neçə ay sonra, bu güllələnmənin nəticəsi olaraq qan zəhərlənməsindən dünyasını dəyişib.

911-ci ilin 6 sentyabrında Çikaqoda Panamerikan Sərgisinin açılışı zamanı prezident Uilyam MakKinli ciddi yaralanıb. Onun qatili də 28 yaşlı anarxist Leon Spolqots olub.

1912-ci ilin 14 oktyabrında, Viskonsin ştatındakı seçkiöncəsi mitinqdə Teodor Ruzveltə qarşı sui-qəsd olub. Sinəsindən ciddi yara almasına baxmayaraq prezident çıxışını bitirmədən kürsüdən düşməyib. Və yalnız çıxışı bitəndən sonra həkimə müraciət edib.

15 fevral 1933-cü ildə, seçkilərdəki qalibiyyətindən dərhal sonra Franklin Delano Ruzveltə qarşı da sui-qəsd gerçəkləşib. Florida ştatında ona Cüzeppe Zanqarra adlı anarxist hücum edib. Yaxınlıqda dayanan qadın atəş açılan zaman qatilin əlindən tutmağa çalışıb. Zanqarra Ruzvelti öldürməyi bacarmasa da, Çikaqonun meri Entoni Çermakı ölümcül yaralamağa nail olub.

1963-cü ilin 22 noyabrında Dallasda prezident Con Kennedi öldürülüb. 1995-ci ildə Milli Təhlükəsizlik Agentliyinin və Amerika ordusunun keçmiş kəşfiyyatçısı Con Nyuman Li Harvi Osvaldın şəxsi işinin Kennedinin öldürülməsinə qədər və sonra dəfələrlə dəyişdirildiyini göstərən şahid ifadələrini dərc etdi. Nyumanın məlumatına görə, Amerika xüsusi xidmət orqanları, prezidenti qəsdlə bağlı məlumatlandırmaq imkanına malik olmalarına baxmayaraq, bunu etməyiblər. Bundan əlavə, 2007-ci ildə Qvatemalada “pbsuccess” əməliyyatını keçirən və “Uotorgeyt skandalı”nın iştirakçılarından olan MKİ-nin keçmiş agenti Hovard Hantın kitabı çıxır. Kitabda Hant MKİ-nin Kennedinin qətlində əli olduğunu deyirdi. Sonradan Hantın oğlu “Rolling Stones” jurnalına müsahibəsində bu məlumatları təsdiqləmişdi.

Onun sözlərinə görə, guya ölüm ayağında ikən Hant, qətldə əli olanlar arasında sonralar Kennedini əvəzləyən prezident Lindon Consonun, Kubadakı MKİ-nin əməliyyatlar üzrə rəhbəri Devid Etli Filipsin, MKT agentləri Kord Meyer, Uilyam Harvi, David Sançes Moralesin, Hantın Uotorgeyt 2 qalmaqalı" üzrə iş ortağı Frenk Surcis və naməlum fransız snayperinin adlarını çəkib.

2008-ci ilin avqustunda prezidentliyə namizəd olan Obamaya sui-qəsd hazırlanıb. Sui-qəsd Denverdə Demokratlar Partiyasının seçkiqabağı qurultayında reallaşdırılmalı idi. Federal Təhqiqatlar Bürosu son anda cinayətkarları ələ keçirməyi bacarıb. Afroamerikalının ölkə prezidenti olmasını istəməyən sui-qəsdçilərin üzərindən 3 tapança götürülüb. Ələ keçirilənlərin adları Deniel Kovart və Pol Şlesselman olub.

Bu SSRİ liderini çoxları öldürmək istəsə də heç bir uğur əldə etməyiblər. Onun mühafizəsi həddən artıq diqqətli və hazırlıqlı olub. 1942-ci ildə Stalini Saveli Dmitriyev öldürmək istəyib. Dmitriyev Qırmızı Meydanda içərisində Stalinin olduğunu güman etdiyi avtomobilə atəş açıb, lakin SSRİ liderinin yerinə avtomobildə Xarici Ticarət Komissarlığının rəhbəri Anastas Mikoyan olub. Hücum zamanı heç kim xəsarət almayıb. Dmitriyev 1950-ci ildə güllələnərək öldürülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar